Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sabirabadda qəsdən adam öldürməyə cəhdlə bağlı cinayət işi məhkəməyə göndərilib

Sabirabadda qəsdən adam öldürməyə cəhdlə bağlı cinayət işi məhkəməyə göndərilib

29.03.2024 [15:15]

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Bu barədə Sabirabad rayon prokurorluğu məlumat yayıb.

Qeyd edilib ki, ötən ilin sentyabrın 24-də Sabirabad rayon sakini Ceyhun Mehdiyevə kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirilməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla Salyan rayon sakini Elmin Abdullayevin Sabirabad rayonunun Xankeçən kəndi ərazisində xuliqanlıq niyyəti ilə Ceyhun Mehtiyevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elmin Abdullayevə Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 221.1-ci (xuliqanlıq) maddələri ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Paylaş:
Baxılıb: 510 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31