Aİ dəvətli deyil...
13.08.2025 [11:33]
Avropa İttifaqının dövlət və hökumət başçıları Ukrayna ilə bağlı bəyanat qəbul ediblər. Belə ki, bəyanatda qeyd olunur ki, Aİ Ukraynanın öz gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququnu dəstəkləyir və ölkənin Aİ-nin üzvü olması yolunda dəstəyi davam etdirməyə hazırdır. Sənəddə ABŞ Prezidenti Donald Trampın “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin dayandırılmasına və onun üçün ədalətli, davamlı sülh və təhlükəsizliyin əldə edilməsinə yönəlmiş” səyləri alqışlanır. Aİ ölkələrinin başçıları bəyan ediblər ki, Aİ ABŞ və digər müttəfiqlərlə əlaqəli şəkildə Ukraynaya siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik yardım göstərməyə, həmçinin Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə davam edəcək. Liderlər, həmçinin qeyd ediblər ki, konstruktiv danışıqlar yalnız atəşkəs və ya döyüş əməliyyatlarının intensivliyinin azaldılması şəraitində mümkündür.
Aİ Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak etmək niyyətindədir
Ukraynada səfərdə olan Çexiyanın XİN rəhbəri Yan Lipavski jurnalistlərə açıqlamasında bildirib ki, Aİ Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak etməlidir - o, əsaslandırıb ki, rəsmi Kiyevə ən böyük hərbi yardım edən tərəf Aİ-nin üzv ölkələridir. Y.Lipavskinin sözlərinə görə, ABŞ mütəmadi olaraq əsas avropalı oyunçuları məlumatlandırır. “Demək olmaz ki, Avropa tamamilə kənarlaşdırılıb, lakin məlumat nisbətən azdır, ona görə də gəlin, tələsməyək. Dəyişməz olaraq qalan odur ki, Ukrayna nəyə razı olub-olmadığına hazır olduğuna qərar verməlidir”, - deyə çexiyalı nazir əlavə edib. Çexiyanın XİN rəhbəri üç il yarım ərzində Rusiya qoşunlarının əsassız tammiqyaslı işğalına müqavimət göstərən Ukraynanın ərazi bütövlüyünü sarsılmaz prinsip adlandırıb.
Makron masa kənarında...
Fransa rezidenti Emmanuel Makron da Tramp və Putin arasında Alyaskada planlaşdırılan görüş ərəfəsində bəyanatla çıxış edib. O, Ukrayna Prezidenti ilə danışaraq bir daha vurğulayıb ki, “Ukraynanın gələcəyi, artıq üç ildən çoxdur azadlıq və təhlükəsizlik uğrunda mübarizə aparan ukraynalılar olmadan müəyyən edilə bilməz”. Fransa Prezidenti bu bəyanatı Fransanın Var bölgəsində yerləşən Breqansondan Volodimir Zelenskiyə etdiyi telefon zəngindən sonra X sosial şəbəkə platformasında paylaşıb. Söhbət zamanı o, Trampın Rusiya ilə ərazi mübadiləsi barədə verdiyi təklifə də toxunub və bunun təhlükəli presedent yarada biləcəyi barədə xəbərdarlıq etdiyi bildirilir.
Fransa Prezidenti qeyd edib: “Avropalılar da bu məsələnin həllində iştirak etməlidir, çünki bu, onların təhlükəsizliyi ilə birbaşa bağlıdır”. O, həmçinin Almaniyanın kansleri Fridrix Mers və Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə də bu mövzuda məsləhətləşmələr apardığını açıqlayıb.
Hazırda diqqət Tramp və Putin arasında Alyaskada keçiriləcək sammitə yönəlib. Lakin Makronun bu görüşdən kənarda qalması və proseslərə yalnız şərhlərlə reaksiya verməsi, bir çox müşahidəçilər tərəfindən Fransanın beynəlxalq arenada Ukrayna məsələsindəki rolunun zəiflədiyi kimi qiymətləndirilir.
Makronun “Ukrayna olmadan sülh mümkün deyil” çağırışı dəyərli olsa da, Fransa artıq sülh prosesindəki əsas danışıq masalarından kənarda qalıb. Bu, Fransa üçün diplomatik bir uğursuzluqdur.
Fransa lideri hələ də Avropanı birləşdirməyə çalışsa da, Trampın monoloji idarə strategiyası fonunda bu səylər səmərə vermir.
Almaniyanın onlayn konfrans təşəbbüsü
Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa ölkələrinin dövlət və hökumət başçıları ilə Rusiya-Ukrayna müharibəsinə dair məsləhətləşmələr aparmaq niyyətindədir. Almaniyanın “Tagesschau” informasiya agentliyinin məlumatına görə, məsləhətləşmələrin video konfrans çərçivəsində aparılması planlaşdırılır. Onlayn məsləhətləşmələrdən əvvəl F.Mertsin Fransa, Böyük Britaniya, İtaliya, Polşa və Finlandiyanın dövlət və hökumət başçıları ilə virtual görüşü təşkil olunacaq. Görüşdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, NATO-nun Baş katibi Mark Rutte və Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edəcəklər.
ABŞ Aİ-nin danışıqlarda iştirak etməsində maraqlı deyil
Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, ABŞ-ın Avropa İttifaqına Rusiya ilə Ukrayna arasında aparılacaq danışıqlarda iştirak etməsinə imkan verəcəyi inandırıcı görünmür.
“Tramp Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin yalnız ABŞ-ın vasitəçiliyi altında aparılmasında israrlıdır. Ağ Evin rəhbəri Avropa İttifaqının və ya Aİ-nin hər hansı üzv ölkəsinin bu danışıqlarda iştirak etməsini istəmir. Bunun səbəbi də bəllidir. Aİ və ABŞ-ın Ukrayna ilə bağlı siyasi mövqeləri fərqlidir, demək olar ki, bir-birilə ziddiyyət təşkil edir. Aİ Ukraynanın ərazi bütövlüyünü və suverenliyini prioritet hesab edir və sülh danışıqlarında bu prioritetin nəzərə alınmasını və münaqişənin məhz Ukraynanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasını tələb edir. Aİ-nin liderləri, rus ordusunun Ukraynadan tamamilə geri çəkilməsini münaqişənin nizamlanması üçün zəruri hesab edir. Tramp administrasiyası isə tam fərqli mövqe sərgiləyir. Tramp Ukraynada müharibənin tez bir zamanda sona çatmasında və iki münaqişə tərəfi arasında atəşkəsin əldə olunmasında maraqlıdır. Bunun üçün də Ukraynanı ərazi güzəştlərinə getməyə vadar edir. Mövqelərin üst-üstə düşmədiyinə görə, ABŞ prezidenti Aİ-ni danışıqlar prosesindən kənarlaşdırmağa çalışır. Avqustun 15-də ABŞ-ın Alyaska ştatında Donald Tramp ilə Vladimir Putin arasında ikitərəfli görüşün keçirilməsi gözlənilir. Bu görüşdə Ukrayna ilə bağlı çox mühüm məsələlər müzakirə olunacaq. Nə Aİ, nə də Ukraynanın rəhbərliyi Alyaska görüşünə dəvət edilməyib,” - deyə Ə.İbrahimov vurğulayıb.
Aİ-nin danışıqlarda iştirakı zəruridir?
“Hesab edirəm ki, Aİ-nin danışıqlar prosesində iştirak etməsi zəruridir. Ona görə ki, hazırda Ukraynada baş verən proseslər Avropanın təhlükəsizliyinə təsir göstərir. Əgər Rusiya Ukraynada öz istədiyinə nail olarsa, sonrakı mərhələdə Avropa ölkələrinin sabitliyi və təhlükəsizliyi təhdid altında olacaq. Ukraynada münaqişənin sülh və ədalətli şəkildə nizamlanması Avropada mövcud vəziyyətin davam etməsi üçün xüsusi əhəmiyyət kəsb edir,” - deyə Ə.İbrahimov əlavə edib.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Gündəm
20 Yanvar 11:51
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47

