Seçki, 102-ci baza və Samvel Karapetyan...
02.04.2026 [09:53]
Paşinyanın Moskva səfərinin pərdəarxası
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri böyük maraq və təəccüb doğurub. İstər Ermənistanın, istərsə də Qərb dünyasının mediası bu səfəri fərqli istiqamətlərdə izah edirlər. Qeyd edək ki, dünən Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə görüşüb. Kreml hələ səfərdən öncə Rusiya və Ermənistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin hazırkı vəziyyətinin və perspektivlərinin, Avrasiya məkanında inteqrasiya əməkdaşlığının, eləcə də regional gündəliyin aktual məsələlərinin, xüsusilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafının müzakirə edilməsinin planlaşdırıldığını bəyan etmişdi.
Maraqlıdır ki, bundan öncə Paşinyan bir neçə dəfə Rusiyaya səfərini təxirə salıb. Ermənistan hökumətinin rəhbəri KTMT və MDB müstəvisində görüşlərdə iştirakdan imtina edib. Bu isə onun son illərdə tutduğu “qərbpərəst” siyasi xətti ilə əlaqələndirilirdi. Aİ üzvlüyünə namizədlik hədəfi müəyyənləşdirən Ermənistan son illərdə açıq şəkildə Moskvanın orbitindən imtina edərək Kremlə rəqib düşərgənin çətiri altına sığınıb. Bu mənada Paşinyanın Moskva səfərinin müəmmaları olduqca maraqlıdır.
Seçkinin “pul” mərhələsi
Qərb mətbuatı bu səfəri Ermənistanda palament seçkilərinə cəmisi 2 ay qalmış “strateji həmlə” kimi dəyərləndirir. Seçkilərdə Paşinyanın əsas rəqibləri olan Samvel Karapetyanın və Robert Köçəryanın şansları bir müddət öncəyə qədər aşağı qiymətləndirilirdisə, indiki halda vəziyyət müəyyən mənada dəyişib. Xüsusilə Rusiya vətəndaşı olan Samvel Karapetyan Paşinyan üçün “qorxulu yuxu” ya çevrilməkdədir. Ev dustaqlığında olan Karapetyan geniş maddi imkana malikdir - bu isə, onsuz da sosial cəhətdən acınacaqlı vəziyyətdə olan Ermənistanda elektorat toplamaq üçün müəyyən mənada şans yaradır. Təsadüfi deyil ki, Paşinyan da öz rəqibini məhz buradan vurmağa çalışır. Erməni baş nazir “Facebook” səhifəsində paylaşdığı videoaçıqlamada Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən aşkarlanan “səs alma” sxemlərində vətəndaşlara əmtəə kimi yanaşıldığını bildirib. Xatırladaq ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin verdiyi açıqlamada Taşir Samo tərəfindən təşkil edilən səs alma şəbəkəsi ifşa edilib. Məlumata görə, bu sxem iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Po-Naşemu” hərəkatı ilə əlaqəlidir. Məlumata görə, vətəndaşlar Metsamor rayonunda yaradılmış “Po-Naşemu” ictimai təşkilatı vasitəsilə rəsmi olaraq işçi kimi qeydiyyatdan keçiblər, lakin əslində prosesə seçici kimi cəlb ediliblər. Verilən vəsaitin rüşvət olmasını ört-basdır edilməsi üçün pul maaş kimi təqdim edilib. Hadisə ilə bağlı cinayət işi açılıb, axtarışlar və həbslər aparılıb.
Paşinyan deyib ki, bu, Köçəryan-Karapetyan-Çarukyan qüvvələrinin Ermənistan vətəndaşlarına münasibətini nümayiş etdirən çox vacib bir məqamdır: “Onlar üçün insan, vətəndaş 50, 100, 180 və ya 200 min dramlıq “qablaşdırıla” bilən və müxtəlif vasitəçilər vasitəsilə bu və ya digər siyasi qüvvəyə ötürülə bilən bir maldır”. Paşinyan vurğulayıb ki, belə bir yanaşma Ermənistanda baş verən siyasi dəyişikliklərlə ziddiyyət təşkil edir.
Göründüyü kimi, Karapetyan tək revanşist qüvvələrin dəstəyini almaq üçün kampaniya aparmır - həm də özünün əlindəki resurslardan geniş istifadə edir. Paşinyanın Putinlə görüşünün arxa pərdəsinin məhz buna həsr olunacağı bildirilir. Siyasi şərhçilər deyir ki, Paşinyan son addımlarında antiRusiya “dozasını” çoxaldıb. Xüsusilə, Ermənistanın dəmir yollarının Rusiya mülkiyyətindən Ermənistan mülkiyyətinə qaytarılması istiqamətində aparılan fəaliyyət Kremli düşünməyə vadar edib. Qeyd olunur ki, Karapetyana “geniş meydan” açılması da məhz bununla əlaqəlidir. Hətta Paşinyanın öz işini davam etdirməsinə razı olduğu halda, Kreml ona bu yolla “xəbərdarlıq” edir.
102-ci baza müəmması...
Digər tərəfdən, son dövrlərdə Gümrüdə yaşanan narahatlıqlar Paşinyan üçün başağrısına çevrilib. Ermənistanın ən böyük şəhərlərindən olan Gümrü əhalisinin Paşinyana müxalif olması sirr deyil - son bələdiyyə seçkilərində baş verənlər də bunu təsdiqlədi. Parlament seçkiləri dövründə isə vəziyyət daha da ağırlaşa bilər. Nəzərə alınmalıdır ki, Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazası qanuni olaraq Ermənistan ərazisində, Gümrüdə yerləşir. Bazada yerləşən xüsusi təyinatlı qüvvələrin seçkiyə müdaxiləsi isə proqnozlaşdırılmayan bir haldır - bir sıra siyasi şərhçilər bunun mümkünlüyünü istisna etməyiblər. Əgər söhbət Karapetyanı müdafiə etməkdən gedirsə, buna da “qanun” icazə verir. Belə ki, əmr verilsə, Karapetyanı qorumaq üçün xüsusi əməliyyat keçirə bilər. Bu, Rusiya qanunları ilə tənzimlənir. Ermənistan mediası yazır ki, Dövlət Dumasına xaricdə həbs edilən Rusiya vətəndaşlarını qorumaq üçün ordudan istifadəyə icazə verən qanun layihəsi təqdim edilməsi buna rəsmən yol açır.
102-ci bazanın bağlanması üçün açıq təbliğat aparan hazırkı iqtidar son bir neçə ildə buna nail ola bilmədi. Razılaşmaya görə, baza 2040-cı ilədək işini davam etdirməlidir. Paşinyan isə özünü sığortalamaq üçün bu bazanın seçki prosesinə müdaxiləsini zərərsizləşdirməlidir. Siyasi analitiklərin fikrincə, qarşıdakı dövrdə müəyyən məsələlərdə Rusiya - Ermənistan razılaşmalarının da şahidi olmaq mümkündür - Paşinyanın 102-ci bazanın sükutunun qarşılığında nələr vəd edəcəyi isə bəlli deyil...
SADİQ
Xəbər lenti
Hamısına baxXəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04

