ABŞ ilə Rusiya arasında...İnformasiya müharibəsi şiddətlənir
09.12.2021 [10:23]
Nurlan QƏLƏNDƏRLİ
Dekabrın 7-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında videoformatda görüş keçirilib. Hər iki tərəfin verdiyi açıqlamalardan görünür ki, əsas müzakirə mövzusu ikitərəfli əlaqələr və Ukrayna məsələsi ilə əlaqədar yaranmış vəziyyət olub.
“Soyuq müharibə” dövründən sonrakı ən kəskin informasiya savaşı
Görüşlə əlaqədar təfərrüatlar bəlli olmasa da, ekspertlərin diqqət yetirdiyi əsas məsələlərdən biri son zamanlar tərəflərin bir-birinə qarşı informasiya müharibəsini şiddətləndirməsidir. Məhz buna görə də belə bir qənaət ifadə olunur ki, hazırda Rusiya və ABŞ arasında faktiki olaraq İkinci soyuq müharibə müşahidə edilir. İndi klassik soyuq müharibə dövründən sonrakı ən aqressiv informasiya savaşına (kəşfiyyat, təxribat, təbliğat və s.) şahidlik edirik. Ümumiyyətlə, qlobal situasiya ilə yanaşı, bir neçə məqam hazırkı informasiya qarşıdurmasını əvvəlkindən fərqləndirir.
Təbliğatın vahid dili yoxdur
Ekspertlərin qənaətinə əsasən, tərəflər qarşı cəbhə ilə əlaqədar neqativ imic yaratmaq üçün təkcə dezinformasiyadan deyil, daha çox real məlumatlardan ittiham və tənqid vasitəsi kimi istifadə edir. Həm ABŞ, həm də Rusiya bir-birinin daxili auditoriyasına istiqamətlənmiş xüsusi təbliğat mexanizmi formalaşdırıblar. Burada çap mətbuatı və elektron informasiya resurslarının xidmətlərindən yararlanılır. ABŞ Rusiyada fəaliyyət göstərən bir sıra media orqanlarında anti-Rusiya təbliğatına xidmət edən məlumatlar və analitik materiallar yayımlanmasına çalışır. Eyni addım Rusiya tərəfindən də atılır. Paralel olaraq tərəflər bir-birinin sosial media platformasını informasiya bombardmanı vasitəsilə qlobal ictimai rəydə dəyişikliklər etməyə çalışırlar. Bu prosesdə əsas zərbə gücü kimi videomateriallardan istifadə edilir. Nəhayət, indiki situasiyada təbliğatın vahid dili yoxdur. Qlobal informasiya məkanında populyar olan müxtəlif dillər piar aləti kimi seçilib.
Nəticədə qlobal informasiya məkanında şiddətli toqquşma və mübarizə prosesinə şahidlik edirik. Proseslərin zaman-zaman artan və azalan dinamika ilə davam edəcəyi şübhəsizdir. Ən əsası, bütün bunlar III Dünya müharibəsi axtarışında olanlar üçün real faktlar və həqiqət anıdır. Çünki informasiya savaşı həm də hibrid müharibənin tərkib hissəsi kimi çıxış edir...
Xəbər lenti
Hamısına baxGündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55

