Bakı Bəyannaməsi - müttəfiqliyə doğru inamlı addım
27.08.2022 [07:12]
İmkanlar, gözləntilər, perspektivlər...
Əvvəli ötən sayımızda…
Yüksək ehtiram, qarşılıqlı hörmət - əlaqələrin gələcək inkişafına inam böyükdür
Səfər çərçivəsində baş tutan görüşlərdə ən diqqət çəkən məqamlardan biri iki dövlətin lideri arasındakı səmimiyyət, qarşılıqlı hörmət olub. Qazaxıstan dövlət başçısı Prezident İlham Əliyevə ölkəsinin “Altın kıran” - “Qızıl qartal” ali ordenini təqdim edərkən bildirib ki, “Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Bu münasibətlə Sizi bu gün şəxsi görüşümüz zamanı təbrik etmişəm. Siz dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verirsiniz”.
Təbii ki, Azərbaycanın son illərdə regionda formalaşdırdığı yeni reallıqlar bütövlükdə böyük bir coğrafiya üçün mühüm perspektivlər yaradır. Prezident İlham Əliyevin qətiyyəti ilə yaranan bu perspektivlər digər region ölkələri kimi Qazaxıstan üçün də əsaslı əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin yürütdüyü çoxvektorlu, milli maraqlara və qarşılıqlı iqtisadi mənafeyə söykənən siyasət kursu bütün ölkələrlə münasibə?lərin bu səviyyədə inkişafına öz töhfəsini verir. Bu isə göründüyü kimi Qazaxıstanda da yüksək dəyərləndirilir.
Azərbaycan və Qazaxıstan qarşılıqlı siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq müxtəlif platformalarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası kimi beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Bunun nəticəsidir ki, bir müddət öncə ölkəmizin təşəbbüsü ilə Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin ilk üçtərəfli görüşü keçirilib. Görüşdə imzalanan Bakı Bəyannaməsi isə üçtərəfli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu, həm də onu göstərir ki, 3 ölkə qardaşlıq münasibətlərinə əsaslanmaqla əməkdaşlığı dərinləşdirməyə böyük səy göstərirlər. Bu səy Kasım-Jomart Tokayevin Bakı səfəri ilə bir daha təsdiqləndi və möhkəmləndi. Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlarda qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirən ölkələrimiz arasında mühüm sahələrdə əməkdaşlıq daha da yaxınlaşdırıldı.
Azərbaycan - Qazaxıstan münasibətləri yeni mərhələdə
Bakıda imzalanan 20-dən artıq sənəd isə iqtisadi, sosial və digər sahələr üzrə qarşılıqlı əlaqələrin möhkəmlənməsinə də öz töhfəsini verəcək. Yeni iqtisadi-siyasi reallıqların fonunda ölkələr arasında nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı mühüm və əhəmiyyətli planlar mövcuddur. Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşirlər. Hər iki ölkənin marağı bu tranzit xəttinin imkanlarından maksimal dərəcədə faydalanmaqdır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Beynəlxalq Dəniz Limanı, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına xidmət edir. Bu mənada, hazır infrastruktur qarşıdakı mərhələdə nəqliyyat-logistika əlaqələrinin inkişafı baxımından mühüm perspektivlər yaradır.
İkitərəfli əlaqələrin inkişafında Qazaxıstan tərəfi xüsusilə maraqlıdır. Bunu Kasım-Jomart Tokayev də “Mən Bakıya xüsusi missiya ilə gəlmişəm - əməkdaşlığımızı yeni səviyyəyə çatdırmaq missiyası” fikri ilə təsdiqlədi. Son illərdə ticarətin həcmi praktiki olaraq 3 dəfə artıb. Amma bu göstəricinin daha da inkişaf etdirilməsi üçün münbit şərait və imkanlar mövcuddur. Qarşıdakı hədəf isə ölkələr arasında ticarətin həcmini bir milyard dollara çatdıra bilməkdir.
İmzalanan sənədlər arasında “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram” və “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi əhəmiyyət daşıyır. Adından da göründüyü kimi, Bəyannamə özündə strateji tərəfdaşlıqla yanaşı həm də müttəfiqliyi ehtiva edir. Bu mənada, imzalanan sənəd əməkdaşlığın çoxşaxəli formatını müəyyənləşdirir ki, bu da gələcək fəaliyyət üçün mühüm üfiqlər açır. Mətbuata bəyanatla çıxışında bu məsələyə toxunan Prezident İlham Əliyev Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapdığını bildirib: “Fikrimcə, bu da təbiidir, çünki xalqlarımızın tarixi də, ənənələri də, mədəniyyəti də bütün sahələrdə daha sıx qarşılıqlı fəaliyyət göstərilməsini tələb edir”.
Öz növbəsində Prezident Kasım-Jomart Tokayev də əməkdaşlığın gələcək inkişafına nikbinliklə baxdığını bəyan edib: “Qazaxıstana gəldikdə isə bizim tərəfimizdən hər hansı maneə olmayacaq, biz çox səmərəli işləyəcəyik. Biz tamamilə haqlı olaraq ölkələrimiz arasında qarşılıqlı münasibətlərin strateji xarakter daşımasından danışırıq. “Strateji” sözü çox öhdəliklər qoyur, bu söz konkret məna, konkret məzmun daşımalıdır və biz bunun üzərində işləməliyik. Mən əməkdaşlığımızın gələcəyi barədə çox nikbinəm”.
Mədəni əlaqələr - birlik,
birgəlik nümunəsi
İki ölkə arasında olan çoxşaxəli münasibətlərdə isə mədəni əlaqələr xüsusi yer tutur. Azərbaycanla Qazaxıstanın münasibətlərinin daim yüksələn xətlə inkişafının ən önəmli şərtlərindən biri kimi iki ölkə xalqlarının tarixdən gələn bağlılığı xüsusi vurğulanmalıdır. Bu mənada, ortaq mədəniyyətə, yaxın dillərə mənsub xalqlarımız arasında oxşarlıqlar da çoxdur. Ən əsası isə bu tarixi kökdən gələn bağlılıq bütün məqamlarda bir-birinə kömək durmaq, ən çətin anlarda bir-birinin yanında olmaq kimi bir məsuliyyət yaradır. Hər iki xalq bu məsuliyyətin öhdəsindən layiqincə gəlir. Qazax xalqı hər iki Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib. Böyük qazax mütəfəkkiri Oljas Süleymenov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya çatdırması isə hələ də yaddaşlardadır. Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan qazax şəhidi Yerbol Barımbekovun xatirəsi daim anılır. Vətən müharibəsi dövründə isə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Təsadüfi deyil ki, Qazaxıstanın ölkəmizdəki səfirliyi Qarabağda yaradılacaq kitabxanalara dəstək verməyə hazır olduğunu qeyd edib.
Qazaxıstan Prezidentinin ölkəmizə səfəri çərçivəsində bu ölkənin “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə də tanışlıq həyata keçirilib. Məlumat verilib ki, bu layihə Kasım-Jomart Tokayevin şəxsi tapşırığı əsasında qısa müddət ərzində hazırlanıb. Artıq məkan müəyyən edilib. 2 hektar ərazidə müasir memarlığa uyğun binalar, amfiteatr inşa ediləcək. Burada uşaqların yaradıcılığını üzə çıxarmaq və inkişaf etdirmək üçün hər cür şərait olacaq.
Bununla yanaşı, avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan-Qazaxıstan diplomatik əlaqələrinin 30 illiyi münasibətilə Dənizkənarı Milli Parkda qurulmuş “Qazax yurtası” ilə də tanış olublar. “Qazax yurtası”nda dost və qardaş ölkənin turizm potensialı təqdim edilir. Bu aksiyada “Welcome to KZ” informasiya-turizm mərkəzi tərəfindən ziyarətçilərə Qazaxıstanın müasir istirahət mərkəzləri, tarixi və adət-ənənələri, “Qazaxıstan” mehmanxanası, “Şımbulak” dağ-xizək kurortu, “Air Astana” aviaşirkəti, “Baykonur” kosmodromu, “Kıran” milli şahin ovu mərkəzi və digər turizm məkanları ilə bağlı ətraflı məlumat verilir, təqdimatlar nümayiş olunur, mədəni, konsert və əyləncə proqramları keçirilir. Yurta ziyarətçilərin Qazaxıstanın müasir inkişafı, mədəni və gəzməli-görməli yerləri, ölkənin tarixi və ənənələri ilə tanış olmaq, qədim köçərilərin dünyasına daxil olmaq, Böyük Çöl ölkəsinin melodiyalarını dinləmək, milli təamlarının dadına baxmaq imkanı yaradır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Analitik
29 Oktyabr 09:13
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30

