Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ermənistandan etiraf...

Ermənistandan etiraf...

29.10.2025 [09:38]

“Sülh şəraitinə uyğun düşüncə və davranış formalaşdırmaq asan olmayacaq”

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, sülhün imzalanması istiqamətində davam edən proses nəticəyə yaxınlaşır - bu ilin avqustunda Vaşinqtonda sülh sazişi layihəsinin paraflanması, ATƏT-in Minsk Qrpunun ləğvi prosesinin əsasının qoyulması, eləcə də Zəngəzur dəhlizi (TRİPP) layihəsinin gerçəkləşməsinin razılaşdırılması bir çox mətləblərdən xəbər verir - illərdir özünün qeyri-konstruktiv mövqeyi ilə regionda sülhün və təhlükəsizliyin təmin olunmasına maneçilik törədən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan tərəfi də artıq reallığı qəbul edir. Sənədin məhz ABŞ-ın paytaxtında imzalanması isə qlobal miqyasda sülh prosesinə verilən dəstəyin ifadəsidir.

Vaşinqtonda reallaşan razılaşmalar bir çox aspektlərdə vacib və mütərəqqi geosiyasi nəticələr vəd edir. Ən mühüm kontekst kimi önə çıxan məsələ Cənubi Qafqazda 30 ildən artıq bir dövrdən sonra sülhə nail olunmasıdır - 30 ildən artıq davam edən münaqişə 2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə başa çatdı. 2023-cü ilin sentyabrında baş verən antiterror tədbirləri nəticəsində isə bölgədəki separatizm meyilləri “dəfn olundu”. 8 avqust razılaşması isə Bakının sülh təşəbbüsünün qlobal təsdiqi kimi yadda qaldı. Beləliklə, qarşıda yeni dövr, yeni mərhələ və yeni münasibətlər sisteminin qurulması prosesi dayanır.

Paşinyan yenə sülhdən danışdı...

Azərbaycanın atdığı addımlar, bölgədə yaratdığı yeni siyasi reallıqlar sülhün demək olar ki, bütün ştrixlərini müəyyənləşdirib. Bütün dünya bu reallıqları qəbul edir - hər kəs dərk edir ki, yeni münasibətlər sistemində, xüsusilə yeni iqtisadi nizamın astanasında Azərbaycan bütün dünya üçün ən vacib addımı atıb: Böyük bir geocoğrafi məkanda təhlükəsizliyin təmini üçün bütün standartları müəyyənləşdirib, yeni yol xəritəsi formalaşdırıb. Beynəlxalq aləm bütövlükdə ölkəmizin bu addımını təqdir edir, Zəngəzur dəhlizinin (TRİPP) açılmasını və sülh ilə bağlı son mərhələyə qədəm qoyulmasını dəstəkləyir. Bakının təşəbbüsü ilə 2022-ci ildə meydana gələn sülh təşəbbüsləri artıq yeni dövrdə zərurətə çevrilib - bunu Ermənistan cəmiyyəti və siyasi hakimiyyəti də dərk edir. Təsadüfi deyil ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin ABŞ ilə “Tramp marşrutu” adlandırılan təşəbbüs çərçivəsində fəal şəkildə əməkdaşlıq apardığını bildirib. Paşinyan parlamentdə çıxışı zamanı regionda sülh prosesinə də toxunaraq qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh faktiki olaraq artıq mövcuddur. Biz qəbul etməliyik ki, sülh bizim üçün yeni və fərqli bir anlayışdır. Ermənistan müstəqillik əldə etdiyi ilk gündən münaqişə şəraitində yaşayıb. Sülh şəraitinə uyğun düşüncə və davranış formalaşdırmaq isə asan məsələ deyil”, - deyə, o vurğulayıb.

Baş nazir əlavə edib ki, sülhün qorunması və möhkəmləndirilməsi Ermənistan hökumətinin əsas prioritetlərindən biridir. Onun sözlərinə görə, “Tramp marşrutu” üzrə ABŞ-la aparılan danışıqlar da məhz bölgədə uzunmüddətli sabitliyin təmin edilməsinə yönəlib.

Azərbaycanın sülh səyləri yüksək dəyərləndirilir

Beləliklə, münasibətlərin normallaşması Cənubi Qafqaz regionu üçün geostrateji, geoiqtisadi, geosiyasi mənada yeni üfüqlər açmaqla yanaşı, həm yaşadığımız coğrafiyaya, həm də, ümumilikdə, Şərq-Qərb kontenti üzrə münasibətlərə yeni bir ruh qazandırır. Artıq Cənubi Qafqaz sözügedən Şərq-Qərb, Şimal-Cənub qlobal cəhətlərarası münasibətlərdə əsaslı dönüş nöqtəsi rolunu oynayacaq. Sülh prosesində əsaslı yolun gedildiyini nəzərə alsaq, qısa zamanda nəticəyə nail olunacağına da ümid yaranır. Azərbaycanın mövqeyi hər zamankı kimi, açıq və şəffafdır: Bakı Cənubi Qafqazda əbədi sülhün yaranması, qütblərarası münasibətlərdə yeni bir cığırın açılması, qlobal inteqrasiyanın sürətlənməsi üçün səy göstərir. Yeni ticari münasibətlərin ən vacib geostrateji nöqtəsi sayılan Cənubi Qafqazın sabit və inkişafa yönəlik üstünlükləri göz önünə çıxaraq yeni dividendlər yaradacaq. Ümumiyyətlə, son dövrlərdə Azərbaycanın apardığı effektiv siyasi xətt bütün dünyada yüksək dəyərləndirilir. Ən mühüm nümunə də məhz Vaşinqton görüşünə ev sahibliyi etmiş ABŞ-ın məsələyə münasibətidir. Rəsmi Vaşinqton ölkəmizin regionda yaratdığı yeni reallıqları yüksək dəyərləndirir və Prezident Tramp bu faktı həm imzası ilə təsdiqləyib, həm də görüşdən sonra dəfələrlə dilə gətirib. Azərbaycan liderinin fəaliyyətini yüksək dəyərləndirməklə, ölkəmizi etibarlı tərəfdaş adlandırmaqla Prezident Tramp bir daha ABŞ-ın Azərbaycanla strateji əlaqələrdə maraqlı olduğunu ortaya qoyub.

Minsk Qrupunun ləğvi reallaşır - yeganə maneə: konstitusiya!

Yaşadığımız regionun əbədi sabitliyə qovuşmasına bir addım qalır - artıq sülhün imzalanması ilə Cənubi Qafqaz uzun illər həsrət qaldığı təhlükəsiz və təhdidsiz, silahsız və işğalsız, qansız-qadasız yaşamına qovuşacaq. Bunun üçün isə hazırkı etimad mühiti daha da möhkəmlənməlidir. Qeyd edək ki, avqustun 9-da Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflamaqla yanaşı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti də imzalayıblar. Bu müraciət ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə idi. Bunun əsasında da bu ilin sentybarından Minsk Qrupunun ləğvi prosesinə rəsmək start verilib. İrəvanın növbəti atacağı addım isə konstitusiyasında müvafiq dəyişiklikləri etməsi, ölkəmizə qarşı açıq ərazi iddialarının aradan qaldırılması olacaq. Təbii ki, sülhlə bağlı nə qədər danışılsa da, iki ölkədən birinin digərinə qarşı ərazi iddiası varsa, bu sülh heç bir nəticə verməyəcək. Hazırda qalan yeganə maneə Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasıdır. Konstitusiyada müvafiq dəyişikliklərin edilməsi isə sülh prosesini daha da sürətləndirər, ona yeni bir rəng qatar.

Zəngəzur dəhlizi (TRİPP) münasbətlərə yeni ahəng vəd edir

Paşinyanın çıxışında diqqət çəkən məqamlardan biri də, Ermənistanın qeyri-adekvat davranışları nəticəsində inşası illərdir gecikən yeni qlobal xarakterli layihə sayılan Zəngəzur dəhlizidir (TRİPP). Artıq rəsmi İrəvan dəhlizin realaşması məsələsində müsbət fikirdədir - hətta bununla bağlı, artıq ABŞ bir sıra maliyyə dəstəyini də Ermənistana göstərib. Beləliklə, yeni logistik xəttin aparıcı seqmentlərindən birinə çevrilmə perspektivinə malik Zəngəzur dəhlizi (TRİPP) ümumən regionun inkişaf dinamikasını artıracaq. Ümumiyyətlə, Azərbaycan bütövlükdə Cənubi Qafqazın bu yeni iqtisadi-siyasi, xüsusilə ticari prosesdən uğurla və yüksək dividnd qazanaraq çıxması üçün çalışır -  başqa sözlə, Azərbaycan istər təşəbbüskarı olduğu, istərsə də iştirakçı kimi təmsil olunduğu qlobal layihələrin ilk növbədə Cənubi Qafqaz regionunu əhatə etməsi, bölgəyə dividendlər qazandırması faktoruna fokuslanır. Eyni zamanda, bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürə bilərlər.

Bu dəhliz Azərbaycanla yanaşı bütövlükdə bölgə və Orta Asiya ölkələri üçün yeni iqtisadi imkanlar deməkdir - bazarlara çıxış, tranzit gəlirləri və daha sıx əməkdaşlıq imkanları yaranacaq. Dəhlizin fəaliyyətə başlaması ilə region daxilində ticarət dövriyyəsinin artacağı, logistika xərclərinin azalacağı və iqtisadi münasibətlərin güclənəcəyi gözlənilir. Əslində bu layihə yalnız coğrafi məkanları deyil, həm də iqtisadiyyatları birləşdirir. Bu, həm regional, həm də qlobal sərmayələrin Cənubi Qafqaza yönəlməsinə təkan verəcək. Azərbaycan bölgənin inkiaşfı ilə bağlı bütün lazımi addımları atır - onlardan biri də bir neçə gün əvvəl rəsmi Bakının Ermənistana yük tranzitinə qoyduğu qadağanı aradan qaldırmasıdır. Bu, münasibətlərdə yeni bir sistem formalaşdırmaqla yanaşı, siyasi münasibətlərin sabitləşməsi üçün də mühüm bir addımdır.

Nəticə etibarı ilə, Zəngəzur dəhlizi (TRİPP) Azərbaycan üçün milli maraqların təminatı, region üçün sabitlik və inkişaf, dünya üçün isə yeni ticari yol deməkdir. Bu dəhliz həm iqtisadi, həm siyasi, həm də geostrateji baxımdan Cənubi Qafqazın gələcəyini müəyyənləşdirən əsas layihədir. Azərbaycanın qətiyyətli siyasəti nəticəsində reallaşan bu təşəbbüs Türk dünyasını birləşdirməklə, regionun qlobal iqtisadiyyata inteqrasiyasını gücləndirməklə yanaşı, beynəlxalq əməkdaşlığa yeni nəfəs gətirəcək....

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31