Abadlıq-quruculuq, xoşbəxt həyat və sülh
29.10.2025 [18:09]
Məlumdur ki, II Qarabağ müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda yeni inkişaf mərhələsi başlayıb. Yeri gəlmişkən, ötən gün cənab Prezidentin Cəbrayıl və Zəngilana səfəri zamanı da Böyük qayıdışın, bərpa-quruculuq işlərinin növbəti mərhələsinin şahidi olduq. Qeyd etmək lazımdır ki, azad olunmuş ərazilərə ilk köç 2022-ci ilin yayında Zəngilan rayonunun Ağalı kəndinə baş tutub. Ötən gün Ağalı kəndinə daha 100 ailə, Məmmədbəyliyə isə 180 ailə köçürüldü. Sakinlərlə görüş zamanı Cənab Prezidentin də söylədiyi kimi, “biz “Böyük Qayıdış” Proqramının başlanğıcını da Zəngilan rayonunda qoyduq. Birinci kənd - Ağalı kəndində artıq üç il yarımdır ki, insanlar yaşayır və çox gözəl şərait yaradılmışdır.” Eyni zamanda vətən müharibəsinin ilk həftəsində erməni işğalından azad edilən Cəbrayılın Horovlu kəndində də birinci mərhələdə 1400 insan məskunlaşacaq. Horovlu sakinləri ilə görüşdə Prezident İlham Əliyev bəyan etdi ki, ikinci mərhələdə digər vətəndaşlar üçün də evlər tikiləcək.
Onu da qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. “Böyük Qayıdış Proqramı”nın birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Hazırda “Böyük qayıdış” proqramının icrası plan üzrə davam edir. Bu gün bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır. Artıq 50 mindən çox insan Qarabağda, Şərqi Zəngəzurda yaşayır, çalışır, təhsil alır. Onlardan təqribən 20 mini öz doğma yurduna qayıdan keçmiş köçkünlərdir.
Xüsusilə qeyd etmək lazımdır ki, dövlət keçmiş məcburi köçkünlərin təhlükəsiz və rahat yaşayışını təmin etmək üçün hər cür şərait yaradır. Təəssüf ki, bəzi üzdənqiraq dairələr bərpa-quruculuq, “Böyük qayıdış” proqramı ilə bağlı da müxtəlif qarayaxma kampaniyaları təşkil etməyə çalışır. Şəffaflıq, əhalinin sosial təmiantı baxımından qərəzli rəy formalaşdırmağa cəhd edirlər. Lakin bu iddiaların heç bir əsası olmadığı gün kimi aydındır. Cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı yeni yaşayş məntəqələrinin siması, burada yaradılan şərait, eləcə də sakinlərlə görüş zamanı onların fikirləri bir daha sübut edir ki, bu prosesə kölgə salmaq cəhdləri də iflasa uğramaqdadır. Azərbaycanda dövlət siyasətinin mərkəsizndə vətəndaş və onun maraqları dayanır. Cənab Prezidentin Cəbrayıl sakinləri ilə görüşdə də söylədiyi kimi, “azad olunmuş ərazilər bundan sonra daha çox inkişaf edəcək. Əsas odur ki, burada insanlar yerləşsin, uşaqlar çoxalsın, ailələr böyüsün, işlər getsin. Abadlıq-quruculuq, xoşbəxt həyat və sülh. Bundan sonra heç kim bizə qarşı baş qaldıra bilməz.” 2022-2024-cü illərdə yenidən qurulan 10 kənd və şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub. Bu il də proses davam edir.
Məlum olduğu kimi, ötən gün Xocalının Təzəbinə, Ballıca və Badara kəndinə, eləcə də Xocavəndin Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə, bu gün isə Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç karvanı yola salındı. Ümumiyyətlə, cari ildə daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünlərin qayıtması nəzərdə tutulur.
Ən əsası, azad olunmuş ərazilərdə təhlükəsizlik tədbirləri də davam etdirilir. Belə ki, ərazilərin minalardan təmizlənməsi olduqca vacibdir. Bura qayıdan vətəndaşların təhlükəsizliyinin təminatı başlıca vəzifələrdən biridir.
Bəhmən Əmirov,
YAP Göygöl rayon təşkilatı üzrə Gigiyena və Epidemiologiya Mərkəzi ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51

