Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
03.07.2026 [10:49]
Müasir beynəlxalq münasibətlər sistemində qarşılıqlı etimad və ortaq maraqlara əsaslanan tərəfdaşlıq münasibətləri dövlətlərin iqtisadi inkişafında və regional sabitliyin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında formalaşmış əməkdaşlıq da məhz qarşılıqlı fayda, etibarlılıq və uzunmüddətli strateji maraqlara söykənən münasibətlər nümunəsidir. Xüsusilə son illərdə enerji təhlükəsizliyi, ticarət, nəqliyyat, yaşıl enerji və regional bağlantılar sahəsində əldə olunan nailiyyətlər bu tərəfdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Avropa İttifaqına üzv dövlətlərin payına düşür. Eyni zamanda, Azərbaycan da Avropa İttifaqının Cənubi Qafqaz regionunda ən böyük ticarət tərəfdaşıdır və regionun Avropa İttifaqı ilə ümumi ticarət dövriyyəsinin təxminən 70 faizini ölkəmiz təmin edir. Bu göstəricilər Azərbaycanın regional iqtisadiyyatın aparıcı aktoru olduğunu, Avropa bazarları ilə qarşılıqlı iqtisadi inteqrasiyanın davamlı şəkildə genişləndiyini nümayiş etdirir.
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın ən mühüm istiqamətlərindən biri enerji sahəsidir. Qlobal enerji bazarında baş verən dəyişikliklər fonunda ölkəmiz etibarlı enerji təchizatçısı kimi öz mövqeyini daha da möhkəmləndirib. Bu baxımdan 2022-ci ildə enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoydu. Memorandumun icrası nəticəsində Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərə təbii qaz ixracı qısa müddət ərzində təxminən 65 faiz artıb.
Hazırda Azərbaycanın ixrac etdiyi təbii qazın yarısı Avropa İttifaqı ölkələrinə çatdırılır. Bu gün Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazından istifadə edir və mövcud infrastruktur gələcəkdə bu coğrafiyanın daha da genişləndirilməsinə imkan verir. Bu, bir tərəfdən Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir, digər tərəfdən isə Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunu daha da artırır.
Azərbaycanın enerji siyasəti yalnız karbohidrogen ehtiyatlarının ixracı ilə məhdudlaşmır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yaşıl enerji strategiyasının həyata keçirilməsinə də böyük önəm verir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl enerji zonası" elan edilməsi, külək və günəş enerjisi layihələrinin reallaşdırılması, Xəzər dənizinin böyük bərpaolunan enerji potensialından istifadəyə yönəlmiş təşəbbüslər Avropa İttifaqı ilə əməkdaşlığın yeni istiqamətlərini formalaşdırır. Bu əməkdaşlıq gələcəkdə yaşıl elektrik enerjisinin Avropaya ixracı üçün də geniş imkanlar yaradır.
Bununla yanaşı, Azərbaycan Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat-logistika mərkəzi kimi də Avropa İttifaqının diqqət mərkəzindədir. Orta Dəhlizin inkişafı, müasir nəqliyyat infrastrukturunun yaradılması və beynəlxalq yükdaşımaların genişləndirilməsi Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə mühüm töhfə verir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı nəqliyyat layihələri regionun tranzit imkanlarını artırmaqla yanaşı, Avropa İttifaqı üçün də etibarlı alternativ marşrutların formalaşmasına xidmət edir.
Azərbaycan - Avropa İttifaqı münasibətlərinin əsas üstünlüklərindən biri tərəflər arasında etimad mühitinin mövcud olmasıdır. Ölkəmiz indiyədək bütün beynəlxalq öhdəliklərinə sadiq qalaraq enerji təchizatında etibarlı tərəfdaş olduğunu dəfələrlə sübut edib. Məhz bu etibarlılıq Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, Avropa İttifaqı ilə əməkdaşlığın daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır.
Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil, həm də regional sabitliyin, iqtisadi əməkdaşlığın və davamlı inkişafın təşviqində mühüm rol oynayan dövlətdir. Avropa İttifaqı ilə strateji tərəfdaşlığın genişlənməsi ölkəmizin iqtisadi potensialını artırmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində mövqeyini daha da gücləndirir.
Bütün bunlar göstərir ki, Azərbaycan - Avropa İttifaqı münasibətləri qarşılıqlı maraqlara söykənən, uzunmüddətli perspektivə hesablanmış və hər iki tərəfin rifahına xidmət edən strateji əməkdaşlıq modelidir. Enerji təhlükəsizliyi, ticarət, yaşıl enerji, nəqliyyat və iqtisadi inteqrasiya sahələrində əldə olunan uğurlar bu tərəfdaşlığın gələcəkdə daha da genişlənəcəyini və yeni nailiyyətlərlə zənginləşəcəyini deməyə əsas verir.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

