Azərbaycan susmur və qəti etirazını bildirir
08.07.2026 [11:25]
Ukraynanın Nikolayev vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar Rusiya tərəfinə müvafiq nota təqdim edilib
Çoxvektorlu müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan digər dövlətlərlə münasibətlərini paritet əsaslarla qurur və hər zaman beynəlxalq hüquq normalarından çıxış edir. Ölkəmizin belə yanaşması həm coğrafi və əhali baxımından böyük, həm də kiçik dövlətlərə aiddir. Təəssüf ki, biz qonşu Rusiyadan respublikamıza qarşı eyni yanaşmanı izləmirirk.
Son illərdə Azərbaycan-Rusiya münasibətlərində məhz qarşı tərəfin məsuliyyətsizliyi səbəbindən müəyyən ziddiyyətli proseslərin şahidi oluruq. Elə bu günlərdə Rusiya Ukrayna ərazisində Azərbaycana qarşı növbəti müharibə cinayətinə əl atıb. Belə ki, iyunun 5-də axşam saatlarında Ukraynanın Nikolayev vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsi Rusiya silahlı qüvvələrinin dron hücumuna məruz qalıb. Dron hücumu zamanı yanacaqdoldurma məntəqəsində partlayış baş verib və obyektə ciddi ziyan dəyib.
Ölkəmiz yaxın qonşuluq prinsipinə sadiq qalsa da...
Azərbaycan bütün region dövlətləri ilə münasibətlərini Prezident İlham Əliyevin dəfələrlə əsaslandırdığı “heç bir ölkə qonşularla yaxşı əlaqələr qurmadan inkişaf edə bilməz” tezisinə uyğun qurur. Belə yanaşma həmçinin şimal qonşumuz olan Rusiyaya da aiddir. Azərbaycan və Rusiya 2022-ci il 22 fevral tarixində “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayıblar. Sənəddə iki ölkə arasında münasibətlərin xalqlarımızın mənafeyi naminə keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılması niyyəti ifadə olunub.
Özlüyündə bu bəyannamə hər iki tərəf üçün məsuliyyət yaradır. Azərbaycan öz məsuliyyətini yaxşı başa düşür və Rusiya ilə xoş niyyətə əsaslanan qonşuluq siyasətini davam etdirməkdə maraqlıdır. Ölkəmizin yanaşması belədir ki, çoxvektorlu əməkdaşlıqda hər iki tərəfin milli maraqları qorunmalı və suverenlik prinsipinə əməl olunmalıdır.
Ancaq eyni sözləri Rusiya barəsində söyləmək mümkün deyil. Son vaxtlarda bu ölkədən, necə deyərlər, yenidən Şimal küləyinin əsdiyi müşahidə edilir. Xüsusilə də Rusiyanın ayrı-ayrı dairələrində Azərbaycan zaman-zaman əsassız hücumlara məruz qalır ki, bütün bunlar da iki ölkə arasında tarixən formalaşmış dostluq ənənələrinə, yuxarıda bəhs etdiyimiz bəyannamənin ruhuna ziddir. Buna aid çoxlu sayda misallar göstərmək mümkündür. 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Rusiya səmasında vurulmasını xatırlayaq. Uzun müddət ərzində rəsmi Moskva hadisə ilə bağlı qeyri-müəyyən mövqe sərgilədi, iz azdırmağa, günahı başqalarının üzərinə atmağa çalışdı. Ancaq Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradə ortaya qoyması Rusiyanı geri çəkilməyə, həqiqəti dilə gətirib üzr istəməyə və adekvat hüquqi addımlar atmağa məcbur etdi. Həmçinin vaxtaşırı Rusiyanın ayrı-ayrı şəhərlərində miqrasiya qaydalarının möhkəmləndirlməsi bəhanəsi ilə azərbaycanlılara qarşı total hücumlar həyata keçirilir. Soydaşlarımız müxtəlif bəhanələrlə sıxışdırılır, təqib edilir, həbsə alınır və yaxud öldürülürlər. Bütün bunların konkret hansı cinayətlərə görə edildiyi isə izah olunmur. Əksinə, insanlığa, humanizm prinsiplərinə, yaxın qonşuluq münasibətlərinə zidd olan belə hadisələrlə paralel şəkildə Rusiyanın siyasi elitasına yaxın olan KİV-də Azərbaycana və xalqımıza münasibətdə “qara piar”a rəvac verilir...
Respublikamıza qarşı təkrarlanan müharibə cinayətləri
İyunun 5-də baş verən hadisə Rusiyanın Ukraynada Azərbaycana qarşı törətdiyi yeganə müharibə cinayəti deyil. Belə hallar mütəmadi olaraq təkrarlanır. Rusiya silahlı qüvvələri Azərbaycanın Ukraynadakı enerji obyektlərini məqsədli şəkildə hədəfə alıb. Əvvəlcə Azərbaycan qazını Ukraynaya ixrac edən Transbalkan boru kəmərinə ziyan vuruldu. Bundan sonra ötən il avqustun 8-də Ukraynanın Odessa vilayətində SOCAR-a məxsus obyektə pilotsuz uçuş aparatları ilə hücum təşkil edildi. Eyni obyektə hücumlar bir neçə gün sonra yenidən təkrarlandı. Belə ki, avqustun 18-nə keçən gecə sözügedən neft bazası “Şahed” tipli PUA-ların silsilə hücumuna məruz qaldı. Verilən məlumatlara görə, bir neçə birbaşa zərbədən sonra ərazidə yanğın baş verib. Nəticədə 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb.
2025-ci il noyabrın 14-də gecə saatlarında Rusiyanın Kiyevə endirdiyi raket və pilotsuz uçuş aparatları hücumu zamanı “İsgəndər” tipli ballistik raketlərdən biri Azərbaycanın Ukraynadakı səfirliyinin ərazisinə düşmüşdü. Partlayış nəticəsində səfirliyin hasarının bir hissəsi tamamilə dağılmış, inzibati bina zədələnmiş, konsulluq şöbəsinə ziyan dəymişdi. Səfirliyə aid xidməti avtomobillər tamam sıradan çıxmışdı.
Bundan başqa, 28 avqust 2025-ci il tarixində də Azərbaycanın Ukraynadakı səfirliyinə qarşı təxribata yol verilib. Belə ki, səfirliyimizin yaxınlığına - təxminən 50 metr məsafəyə endirilən hava zərbəsi nəticəsində səfirliyin inzibati binası, konsulluq şöbəsi və səfirin iqamətgahı zədələnib. Qeyd etmək yerinə düşər ki, hələ 2022-ci ilin aprel ayında Ukraynadakı bütün Azərbaycan diplomatik nümayəndəliklərinin dəqiq koordinatları Rusiya tərəfinə rəsmi qaydada təqdim olunub və Rusiya Müdafiə Nazirliyi həmin koordinatların nəzərə alınacağını bildirib. Lakin faktlardan da göründüyü kimi, Rusiya vədini yerinə yetirməyib və buna görə də hansısa bir izahat verməyə, üzr istəməyə lüzum görməyib.
Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Həmçinin respublikamız humanizm prinsipindən çıxış etməklə Ukraynaya humanitar yardımlar göndərir. Rusiyanı qəzəbləndirən amillərdən biri də məhz budur. Şimaldan gələn siqnallardan aydın olur ki, rəsmi Moskva postsovet məkanında yerləşən dövlətlərin Ukraynaya dəstək verməsini heç cür sinirə bilmir və onları cəzalandırmaq üçün ən çirkin vasitələrə əl atmaqdan çəkinmir. Bütün bunlar isə Rusiyanın çarəsizliyinin göstəricisidir. Moskvada anlamalıdırlar ki, müharibə döyüş meydanında aparılır. Kreml təmsilçiləri Azərbaycanın Ukraynaya humanitar yardım göstərməsini tamam fərqli, reallıqla heç bir əlaqəsi olmayan baxış bucağından təqdim edirlər. Guya Azərbaycan Ukraynaya humanitar yardım yox, silah göndərib.
Bütün bunlar Rusiyanın hələ də imperiya təfəkkürünün girovluğunda qaldığını təsdiqləyir. Zaman dəyişsə də, Kremlin yaxın və uzaq coğrafiyalara münasibətdə siyasəti dəyişmir.
Rusiya izahat verməlidir
Ukraynada Rusiya ordusu tərəfindən Azərbaycana qarşı törədilmiş son müharibə cinayəti ölkəmizdə ciddi narahatlıqla qarşılanıb. Azərbaycan susmur və qəti etirazını bildirir. İyulun 6-da Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı, iyulun 5-də axşam saatlarında Ukraynanın Nikolayev vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.
Görüşdə, sözügedən dron hücumunun ilk hal olmadığı, bundan əvvəl də qazpaylayıcı kompressor stansiyası və Odessada neft bazasına hücumlar daxil olmaqla, Ukraynada SOCAR-a məxsus obyektlərin hərbi zərbələrə və hərbi əməliyyatların digər dağıdıcı təsirlərinə məruz qaldığı, nəticədə əhəmiyyətli maddi ziyan dəydiyi, şirkətin əməkdaşları arasında yaralananlar olduğu xatırlanıb.
Dəfələrlə xəbərdarlığa baxmayaraq, belə halların davam etməsinin hücumların məqsədyönlü şəkildə həyata keçirildiyinə dəlalət etdiyi bildirilib.
Görüşdə, həmçinin Kiyevdəki səfirliyimizin və Xarkov şəhərində yerləşən fəxri konsulluğun binalarının zərər gördüyü bir neçə hava zərbələrinə diqqət yönəldilib, Vyana Konvensiyalarına uyğun olaraq diplomatik və konsulluq nümayəndəliklərinin binalarının qorunması üzrə öhdəliklərə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb.
Rusiya tərəfi qeyd olunan bütün faktlar üzrə hərtərəfli araşdırma aparmağa, baş vermiş hallarla bağlı müvafiq izahat verməyə, habelə mülki obyektlərin və diplomatik nümayəndəliklərin qorunması üzrə beynəlxalq öhdəliklərə riayət etməyə çağırılıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34

