Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının yeni inkişaf mərhələsi
09.07.2026 [11:30]
Elməddin Abbasov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 1 iyul 2026-cı il tarixində Azərbaycana səfəri zamanı verdiyi bəyanat Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Bu səfər təkcə yüksək səviyyəli diplomatik təmas kimi deyil, həm də son illər formalaşmış etibarlı tərəfdaşlığın məntiqi davamı kimi qiymətləndirilməlidir. Bəyanatda səsləndirilən fikirlər göstərdi ki, tərəflər artıq əməkdaşlığı yalnız müəyyən istiqamətlər üzrə deyil, uzunmüddətli strateji baxış əsasında inkişaf etdirmək niyyətindədirlər. Azərbaycan müstəqil xarici siyasəti, etibarlı öhdəlikləri və beynəlxalq hüquqa əsaslanan mövqeyi sayəsində Avropa üçün etimad doğuran tərəfdaş statusunu daha da möhkəmləndirib.
Bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, iqtisadi inkişaf prosesində də mühüm yer tutur. Qarşılıqlı investisiyaların artması, ticarət əlaqələrinin genişlənməsi və yeni iqtisadi layihələrin həyata keçirilməsi münasibətlərin davamlı xarakter aldığını təsdiqləyir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat dəhlizlərinin mərkəzində yerləşməsi ölkəmizin strateji əhəmiyyətini daha da artırır. Xüsusilə Orta Dəhlizin inkişafı fonunda Azərbaycanın logistika imkanları Avropa ilə Asiya arasında etibarlı körpü rolunu daha da gücləndirir. Bu reallıq ölkəmizi təkcə enerji sahəsində deyil, beynəlxalq yükdaşımalar və ticarət əlaqələri baxımından da əvəzolunmaz tərəfdaşa çevirir.
Prezident İlham Əliyevin bəyanatında xüsusi diqqət çəkən məqamlardan biri əməkdaşlığın yeni istiqamətlərindən olan bərpaolunan enerji sahəsi ilə bağlı oldu. Azərbaycan zəngin külək və günəş enerjisi potensialından səmərəli istifadə etməklə yaşıl enerji keçidinə mühüm töhfə verir və bu sahədə Avropa Komissiyası ilə əməkdaşlığını ardıcıl şəkildə genişləndirir. Eyni zamanda ölkəmiz ənənəvi enerji resurslarının etibarlı təchizatçısı olaraq Avropanın enerji təhlükəsizliyində mühüm rolunu qoruyub saxlayır. Bu gün Azərbaycanın enerji siyasəti yalnız iqtisadi maraqlara deyil, həm də qarşılıqlı etimada, uzunmüddətli sabitliyə və beynəlxalq tərəfdaşlığa söykənir.
Bəyanatın mühüm siyasi mesajlarından biri isə regionda sülhün bərqərar olunmasına dair Azərbaycanın prinsipial mövqeyi idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sülh artıq uzaq bir hədəf deyil, hiss olunan və real nəticələri görünən bir prosesdir. Bu yanaşma Azərbaycanın müharibədən sonrakı dövrdə regionda sabitlik, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin formalaşdırılması istiqamətində həyata keçirdiyi siyasətin məntiqi davamıdır. Davamlı sülhün təmin olunması nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsinə, iqtisadi əməkdaşlığın dərinləşməsinə və bütün region ölkələrinin rifahına xidmət edə bilər. Azərbaycan məhz bu məqsədlə konstruktiv təşəbbüslər irəli sürür və dialoqun tərəfdarı olduğunu ardıcıl şəkildə nümayiş etdirir.
Bugünkü geosiyasi reallıqlar fonunda Azərbaycan ilə Avropa Komissiyası arasında formalaşan münasibətlər qarşılıqlı maraqların, etibarlı tərəfdaşlığın və ortaq gələcək baxışının ifadəsidir. Prezident İlham Əliyevin bəyanatı göstərir ki, ölkəmiz həm regional, həm də qlobal miqyasda sabitliyin, enerji təhlükəsizliyinin, yaşıl inkişafın və iqtisadi əməkdaşlığın təşviqində mühüm rol oynamağa davam edir. Bu strateji xətt Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirməklə yanaşı, Avropa ilə münasibətlərin yeni uğurlarla zənginləşəcəyinə də ciddi əsas yaradır.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10

