Almaniya Kansleri hökumətdə kadr dəyişiklikləri edir
24.07.2026 [20:10]
Almaniya Kansleri Fridrix Merts hökumətdə və rəhbəri olduğu Xristian Demokratlar İttifaqının (CDU) rəhbərliyində kadr dəyişikliklərini elan edib.
AZƏRTAC xəbər verir ki, F.Mertsin qərarına əsasən, Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı (CDU/CSU) blokunun Bundestaqdakı fraksiyasının rəhbəri vəzifəsindən istefa vermiş Yens Şpanı Kansler Aparatının rəhbəri Torsten Fray əvəz edib. Səhiyyə naziri Nina Varken Kansler Aparatının yeni rəhbəri, CDU-nun baş katibi Karsten Linnemann isə səhiyyə naziri təyin olunur. Rəqəmsallaşma Nazirliyinin parlament dövlət katibi Filip Amtor (CDU) federal hökumətlə əyalətlər arasında münasibətlərə cavabdeh dövlət naziri vəzifəsini tutacaq.
Kansler açıqlamasında bu dəyişikliklərin davam edəcəyini və yaxın vaxtlarda hökumətdə əlavə kadr islahatlarının həyata keçiriləcəyini qeyd edib.
Yerli media Kanslerin nəqliyyat naziri Patrik Şnayderin (CDU) də fəaliyyətindən narazı qaldığını, onun da öz vəzifəsindən ayrılmasının gözlənildiyini yazıb.
Qeyd edək ki, kadr dəyişikliklərinə Yens Şpanın ABŞ-də surroqat ana vasitəsilə övlad sahibi olması ilə bağlı ictimai müzakirələr fonunda CDU/CSU fraksiyasının sədri vəzifəsindən istefa verməsi səbəb olub. Bu addım Almaniyada qüvvədə olan qanunvericilik və Y.Şpanın əvvəlki siyasi mövqeyi ilə ziddiyyət təşkil etdiyi üçün həm ictimaiyyət arasında, həm də partiya daxilində tənqidlərə səbəb olmuşdu.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10

