Qaraciyərin səssiz düşməni...
28.07.2026 [08:32]
Hepatiti erkən tanımaq niyə vacibdir?
Qaraciyər insan orqanizmində maddələr mübadiləsinin tənzimlənməsi, toksik maddələrin zərərsizləşdirilməsi, vitamin və mineralların ehtiyat şəklində saxlanılması kimi vacib funksiyaları yerinə yetirir. Bu orqanın iltihabi xəstəliyi olan hepatit insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Vaxtında diaqnoz qoyulmadıqda qaraciyər serrozu, qaraciyər çatışmazlığı, hətta qaraciyər xərçəngi kimi ağır fəsadların inkişafına səbəb ola bilir. Xəstəliyin müxtəlif növləri mövcud olsa da, xüsusilə B və C virus hepatitləri uzun müddət gizli inkişaf etdiyinə görə insanlar çox zaman özlərində infeksiyanın olduğunu bilmədən yaşayır. Nəticədə xəstəlik irəliləyərək qaraciyər serrozu, qaraciyər çatışmazlığı, hətta qaraciyər xərçəngi kimi ağır fəsadlara səbəb olur. Bütün bunlar erkən müayinələrin və müntəzəm tibbi nəzarətin nə qədər vacib olduğunu bir daha xatırladır.
İyulun 28-i bütün dünyada Ümumdünya Hepatitlə Mübarizə Günü kimi qeyd olunur. Bu gün təkcə təqvimdə yer alan əlamətdar tarixlərdən biri deyil, uzun illər heç bir əlamət vermədən orqanizmdə inkişaf edən virus hepatitlərinə qarşı cəmiyyətin diqqətini artırmaq, erkən diaqnostikanın və vaxtında müalicənin əhəmiyyətini vurğulamaq məqsədi daşıyan qlobal həmrəylik günüdür.
Gigiyena qaydalarına əməl edilmədikdə...
Hepatit müxtəlif səbəblərdən yarana bilir. Uzun müddət və nəzarətsiz şəkildə qəbul edilən bəzi dərman preparatları, həddindən artıq alkoqol qəbulu, zəhərli kimyəvi maddələrin təsiri və maddələr mübadiləsinin bəzi pozğunluqları da qaraciyərin iltihabına səbəb ola bilər. Bu da xəstəliyin yalnız virus mənşəli olmadığını göstərir.
Hepatit A və E əsasən gigiyena qaydalarına əməl edilmədikdə, çirkli su və ya virusla çirklənmiş qida məhsullarının qəbulu nəticəsində yayılır. Hepatit B, C və D isə yoluxmuş qan ilə təmas zamanı, steril olmayan tibbi alətlərdən istifadə edildikdə, təhlükəsiz olmayan inyeksiyalar zamanı yayıla bilir. Hepatit B infeksiyası doğuş zamanı anadan körpəyə ötürülə bilər. Bu səbəbdən fərdi gigiyena qaydalarına riayət olunması, yalnız steril tibbi alətlərdən istifadə edilməsi və təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması böyük əhəmiyyət daşıyır.
Xəstəliyin əlamətləri nədir?
Xəstəliyin ilkin mərhələsində bir çox insan heç bir narahatlıq hiss etmədiyi üçün hepatit uzun müddət gizli şəkildə inkişaf edə bilər. Bəzi hallarda halsızlıq, iştahasızlıq, ürəkbulanma, qarının sağ yuxarı nahiyəsində ağırlıq hissi, qızdırma, dərinin və göz ağlarının saralması kimi əlamətlər meydana çıxa bilər. Belə hallar müşahidə olunduqda mütləq həkimə müraciət edilməli, laborator analizlər və digər müayinələr vasitəsilə dəqiq diaqnoz qoyulmalıdır.
Hepatitlə mübarizədə ən təsirli vasitələrdən biri...
Müasir tibb hepatitlərin diaqnostikası və müalicəsi sahəsində mühüm nailiyyətlər əldə edib. Xüsusilə, hepatit C infeksiyasının müasir antiviral preparatlarla əksər hallarda tam sağaldılması mümkündür, hepatit B infeksiyası isə bir çox hallarda tam aradan qaldırılmasa da, müasir dərman vasitələri ilə virusun fəaliyyəti uzun müddət nəzarətdə saxlanıla, qaraciyərin zədələnməsinin qarşısı alına və xəstələrin həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırıla bilər.
Hepatit A və E infeksiyalarında isə müalicənin əsas məqsədi orqanizmin bərpasına kömək etmək, kifayət qədər maye qəbulu, düzgün qidalanma və həkim nəzarəti altında simptomatik müalicə aparmaqdan ibarətdir. Çünki bu infeksiyalar əksər hallarda öz-özünə sağalma ilə nəticələnir, lakin ağırlaşma riski olan xəstələr daim tibbi nəzarətdə saxlanılmalıdır.
Mütəxəssislər bildirirlər ki, hepatitlə mübarizədə ən təsirli vasitələrdən biri profilaktikadır. Xüsusilə, hepatit A və B əleyhinə peyvəndlərin tətbiqi xəstəliyin qarşısının alınmasında yüksək effektivlik nümayiş etdirir. Eyni zamanda qan donorlarının müayinədən keçirilməsi, tibbi müəssisələrdə sterilizasiya qaydalarına ciddi əməl olunması, şəxsi gigiyena vərdişlərinin formalaşdırılması və risk qrupuna daxil olan insanların mütəmadi müayinələrdən keçməsi yoluxma hallarının azalmasına mühüm töhfə verir.
Unutmaq olmaz ki, hepatitə qarşı mübarizə yalnız həkimlərin və səhiyyə qurumlarının deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir. Məlumatlı olmaq, vaxtında müayinədən keçmək, peyvənd olunmaq və profilaktik qaydalara riayət etmək hər bir insanın həm öz sağlamlığını, həm də yaxınlarının gələcəyini qorumasına xidmət edir. Məhz bu səbəbdən 28 iyul hər birimiz üçün sağlamlığın dəyərini yenidən xatırladan, biganəliyin deyil, məsuliyyətin seçilməli olduğu mühüm bir çağırış kimi yadda qalmalıdır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19

