Dost dar gündə tanınar
30.07.2026 [12:31]
Dostluq insanları birləşdirən ən qiymətli sərvətdir...
Dostluq insan həyatının elə bir mənəvi sərvətidir ki, onun dəyərini maddi imkanlarla ölçmək mümkün deyil. Zaman dəyişsə də, həyat insanı müxtəlif sınaqlarla üz-üzə qoysa da, həqiqi dostun varlığı insana güvən hissi bəxş edir, çətinliklərin öhdəsindən daha inamla gəlməyə kömək edir. Bu baxımdan nəcib və misilsiz hisslərin təzahürü olan dostluq bəşəriyyət üçün böyük əhəmiyyətə malikdir. Dünyanın elə bir guşəsi yoxdur ki, orada dostsuz-yoldaşsız yaşamaq mümkün olsun. Təbii ki, hamı ilə dost olmaq mümkün deyil. Bu baxımdan dost seçimində ilk öncə ağlımız, yəni həyata baxışımız dost olacağımız insanla uyğun olmalıdır. Bizi başa düşə bilən, hisslərimizi paylaşan, lazım olanda bizə dəstək olan, hər şeydən əvvəl bizi incitmədən səhvlərimizi söyləyən insanlarla dost olmalıyıq. Bəlkə elə buna görədir ki, 2011-ci ildə Paraqvay Respublikasının təşəbbüsü ilə BMT-nin Baş Məclisi iyulun 30-nu Beynəlxalq Dostluq Günü elan edib. Qurumun üzvü olan ölkələrdə Dostluq Gününün qeyd olunmasının Baş Məclis tərəfindən tövsiyə edilməsi həm də xalqlar, ölkələr, mədəniyyətlər arasında sülh səylərini ruhlandırmaq və icmalar arasında körpülər qurmaq ideyasından irəli gəlirdi.
Yaxınlıq və oxşarlıq...
Dostluğun formalaşmasında ən vacib amillərdən biri yaxınlıqdır. İnsanlar bir-birinə fiziki cəhətdən yaxın olduqda, məsələn, eyni məhəllədə yaşayırlarsa, eyni məktəbdə oxuyur və ya eyni iş yerində işləyirlərsə, daha çox dostluq edirlər. Bundan əlavə, oxşarlıq da dostluğun inkişafında rol oynayır. Biz ümumi maraqları, dəyərləri və münasibətləri paylaşdığımız biri ilə dost olmağa meyl edirik.
Qarşılılıq və güvən...
Qarşılılıq dostluğun mühüm aspektidir. Balanslaşdırılmış duyğular, dəstək və lütf mübadiləsi dostlar arasındakı bağı gücləndirir. Dostluqda güvən də vacib nüansdır. Çünki güvən əsl dostluğun mühüm göstəricilərindən sayılır.
Dostluğun əsas funksiyalarından biri emosional dəstək verməkdir. Dostlar dinləmək, empatiya qurmaq və həyatdakı çətinliklərin öhdəsindən gəlməyə kömək etmək üçün yanımızdadırlar. Belə ki, başqalarının keçirdiyi hisləri başa düşmək və bölüşmək bacarığı güclü bir dostluq əlaqəsinin olduğunu sübut edir.
Münaqişələrin həlli və ünsiyyət...
Dostlar münaqişələrdən və fikir ayrılıqlarından qorunmur. Onların baş vermiş münaqişələri necə həll etmələri və hisslərini ifadə etmələri dostluq münasibətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Effektiv ünsiyyət, aktiv dinləmə və konfliktləri konstruktiv həll etmək bacarığı sağlam dostluq münasibətlərinin qorunması üçün vacibdir.
Psixoloji sağlamlıq üçün vacibdir
Mütəxəssislər dəfələrlə qeyd ediblər ki, sağlam dostluq münasibətləri insanın psixoloji durumuna müsbət təsir göstərir. Stresin azalmasına, özünəinamın artmasına və cəmiyyətə daha fəal inteqrasiya olunmasına şərait yaradır. Çünki insan sosial varlıq olaraq hisslərini bölüşməyə, anlayış görməyə və etibar edə biləcəyi insanların əhatəsində yaşamağa ehtiyac duyur. Məhz buna görə də dostluq təkcə mənəvi deyil, həm də sosial rifahın əsas dayaqlarından biri hesab edilir.
Tarix boyu xalqlar arasında sülhün, qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmlənməsində dostluq münasibətlərinin mühüm rol oynadığı dəfələrlə sübut olunub. Qarşılıqlı etimadın formalaşdığı cəmiyyətlərdə həm inkişaf daha sürətli olur, həm də insanlar fərqli baxışlara və mədəniyyətlərə daha böyük hörmətlə yanaşır. Nəticədə isə həm fərdi, həm də ictimai münasibətlər sağlam təməl üzərində qurulur.
Xalqımız da əsrlər boyu dostluğa, sədaqətə və etibara xüsusi önəm verib, folklorumuzda, atalar sözlərimizdə və klassik ədəbiyyatımızda dostluğun müqəddəs dəyər kimi təqdim olunması bunun bariz nümunəsidir. Xalq hikməti yaxşı dostun insan üçün ən böyük sərvətlərdən biri olduğunu hər zaman ön plana çəkib.
Ümumdünya Dostluq Günü bir daha xatırladır ki, zaman keçdikcə və həyatın şərtləri dəyişdikcə insanın ən böyük ehtiyacı anlayış, etibar, sədaqət və səmimiyyət olaraq qalır. Bütün bu dəyərlərin cəmləşdiyi dostluq isə insan ömrünü zənginləşdirən, çətinlikləri yüngülləşdirən, uğurları daha mənalı edən və dünyanı humanist, mehriban və yaşanılan bir məkana çevirən əvəzolunmaz mənəvi sərvətdir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35

