Ötən 7 ayda...
19.08.2026 [11:05]
Qeyri-neft ixracı 3 dəfəyə yaxın artıb
Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun artım dinamikası ixracın həcm və dəyərinin artmasına da təsir göstərib. Belə ki, 2026-cı ilin yanvar-iyul aylarında iqtisadiyyatda yaradılan 76,8 milyard manat həcmində əlavə dəyərin 53,9 milyard manatı və ya 78 faizi qeyri-neft mənbələrində cəmləşib ki, bu da həmin drayverlərin ixrac hərəkətliliyini artırıb. Bunun nəticəsidir ki, cari ilin 7 ayında qeyri-neft-qaz ixracı rekord təzələyərək 5 milyard 933 milyon 171 min dollara çatıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə (həmin dövrdə göstərici 2 milyard 87 milyon 970 min dollar olub) 3 milyard 845 milyon 201 min dollar çoxdur. Beləliklə, qeyri-neft-qaz məhsullarının ümumi ixracdakı payı 13,7 faizdən 30,7 faizə yüksəlib. Yəni, faktiki olaraq ixracın 3-dən biri və ya hər 3 dolların 1 dolları qeyri-neft məhsulllarından ibarətdir.
Qızıl ixracı rekord həddə çatıb
Qeyri-neft ixracında əsas məhsul qızıl olub, sarı metalın ixrac dəyəri 3,7 milyard dollar təşkil edib. Qızılın çəki həcmi isə 24,52 ton işlənməmiş, yarımişlənmiş və ya toz şəklində olub. Bu məhsul ümumi ixracın 19,2 faizini, qeyri-neft-qaz ixracının isə 62,5 faizini formalaşdırıb. Ötən 7 ayda qeyri-monetar (qızıl nəzərə alınmadan) ixracın dəyəri isə 2,5 milyard dollar olub. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,3 faiz artım deməkdir. Bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 123 milyon dollar, qeyri-yeyinti məhsullarının ixracı isə 26 faiz artaraq 261,8 milyon dollar təşkil edib.
Cari ilin yanvar-iyul aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 2,6 dəfə, pambıq iplik 81,9 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 39,5 faiz, alüminium və ondan hazırlanan məmulatlar 39,4 faiz, pambıq lifi 24,9 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 23,3 faiz, çay 19,5 faiz, meyvə-tərəvəz 16,4 faiz, spirtli və spirtsiz içkilər isə 3 faiz artıb.
Ümumilikdə, aqrar məhsullar üzrə ixrac 22,1 faiz artaraq 673,4 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac 24,8 faiz artaraq 223,1 milyon dollar təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22,8 faiz artaraq 896,4 milyon dollara bərabər olub.
“Azərkosmos” ixrac potensialını artırır
Qeyri-neft məhsullarının ixracında Rusiya Federasiyası ilk yeri tutur. Sonrakı yerlərdə Türkiyə, Gürcüstan, İsveçrə, Qazaxıstan və digər ölkələr dayanır. İxracda isə “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”, “Agrarco” MMC, “Prime Cotton” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Baku Steel Company” QSC, “Prime Lm” MMC, “P-Aqro” MMC, “Khan-El” MMC, “Mors Trading” MMC, “Stp Alüminium” əsas yer tutur. Həmçinin, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına “AzerGold” QSC xüsusi yerə malikdir. Eləcə də “SOCAR POLYMER”, “Azəralüminium” MMC, Azərbaycan Respublikası “Azərpambıq” Aqrar Sənaye Kompleksi, “Socar Cape” MMC, “Sənayecihaz” EİM, “İstisu” Mineral Su Zavodu, Qaradağ Şüşə Zavodu da ixracatçıların reytinq siyahısında xüsusi paya malikdir.
Qeyd edilən dövrdə Azərbaycanın kosmik və rəqəmsal məhsullarının ixracında da əhəmiyyətli artım baş verib. Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 33 ölkəsindən olan 90-dək şirkətə 14 milyon dollardan çox telekommunikasiya xidmətləri ixrac edilib. Bu, qurumun formalaşan ümumi gəlirlərinin təxminən 64-65 faizi deməkdir. Peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində Birləşmiş Krallıq, Lüksemburq, Türkiyə, Pakistan və Misir qərarlaşıb.
“Azexport” - qeyri-neft ixracının elektron platforması...
Azərbaycanın ixrac imkanlarının artmasında “Azexport” portalı da mühüm yer tutur. 10 ilə yaxındır ki, ölkəmizdə istehsal olunan malların vahid elektron məlumat bazası rolunu oynayan portal Azərbaycanda istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda təşviqinə dəstək verir. “Azexport”, həmçinin ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması üçün ixracatçı sahibkarlara nəqliyyat, logistika, ödəniş və sertifikatlaşdırma, sahəsində dəstək göstərir. “Azexport” artıq ixrac sektorunda tərəf kimi xarici ölkələrin biznes nümayəndələri ilə elektron ticarətin intensiv aparılmasını təmin edən çevik bir struktura çevrilib.
“Azexport” portalının qlobal rəqəmsal ticarət platformalarına inteqrasiyası ənənəvi bazarlardan fərqli yeni bazarlara çıxış imkanlarına da əlverişli mühiti təmin edib. Nəticədə, portal “Made in Azerbaijan” məhsullarının ixrac istiqamətlərinin genişləndirilməsində də böyük rol oynayan resursa çevrilib. “Made in Azerbaijan” brendi məhsullarının ixrac coğrafiyasını genişləndirmək və yerli istehsalçılara yeni potensial müştərilərin tapılmasında dəstək olmaq məqsədi ilə, daha bir neçə beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlanılıb. “Azexport” Azərbaycanda istehsal olunan məhsulların ixracını dəstəkləyən “Alibaba.com”, “eBay.com”, “Wholesale”, “Amazon”, “All.biz” kimi dünya elektron ticarət platformalarına inteqrasiya olunub və Azərbaycan məhsullarına beynəlxalq bazarlarda sərfəli potensial alıcı tapmaqda mühüm vasitəçiyə çevrilib.
İxracatçıların xaricdəki ünvanı - Ticarət Evləri
Azərbaycanda qeyri-neft ixracının artmasında Ticarət Evlərinin də mühüm əhəmiyyəti var. Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması, satışının təşkili və əlaqələndirilməsində Ticarət Evlərinin imkanları kifayət qədər böyükdür. “Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının ixracının artırılması məqsədilə xaricdə Ticarət Evləri 2017-ci ildən yaradılmaqdadır. Azərbaycanın ötən illərdə Rusiya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Ukrayna, Polşa, Latviya, Çin, Qazaxıstanda Ticarət Evləri fəaliyyət göstərir.
Ticarət Evləri Azərbaycan məhsullarının təkcə satışı və tanıdılması üçün əhəmiyyət daşımır, bu cür iqtisadi strukturlar həm də iki ölkə arasında faydalı iqtisadi müzakirələr üçün platforma rolunu oynayır, Azərbaycan ixracatçılarının potensial imkanlarını nümayiş etdirir. Son illərdə Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirən Çində Azərbaycan Ticarət Evlərinin sayının artması da bunu təsdiqləyir. İndiyədək Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində Azərbaycanın Ticarət Evləri açılıb, eləcə də Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 Şərab Evinin fəaliyyəti təmin edilib.
Eləcə də Körfəz ölkələri ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında yeni mərhələnin başlanması bu region ölkələrində də ixrac xəritəsinin coğrafiyasını genişləndirib və yeni Ticarət Evlərinin yaradılması işlərini sürətləndirib. Eyni zamanda, potensial ixrac bazarları ölkələrində logistika mərkəzlərinin yaradılması və Ticarət Evləri ilə fəaliyyətinin əlaqələndirilməsi istiqamətində görülən işlər də yeni ixrac bazarlarının təşkilində mühüm rol oynmaqdadır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

