Ədalətdən sülhə aparan Azərbaycan yolu
17.09.2026 [14:42]
Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyevin çıxışında Azərbaycanın keçdiyi yolun mühüm məqamlarına da toxunulub. Dövlət başçısının səsləndirdiyi fikirlər xalqımızın ədalətin bərpası uğrunda mübarizəsini, sülhə münasibətini və birlik amilinin əhəmiyyətini bir daha önə çıxarır.
Azərbaycan xalqının tarixində elə bir mərhələ var ki, onun nəticələri yalnız ölkəmizin taleyini deyil, beynəlxalq münasibətlər sistemində müəyyən təsəvvürləri də dəyişdi. Uzun illər ərzində torpaqlarının işğal altında qalması ilə barışmağa məcbur edilən Azərbaycan nəhayət, bu ədalətsizliyə özü son qoydu. Təxminən 30 il davam edən işğalın aradan qaldırılması ilə Azərbaycan xalqı göstərdi ki, beynəlxalq hüququn işləmədiyi şəraitdə belə milli iradə, dövlətçilik və güclü ordu tarixi reallığı dəyişə bilər. Bu baxımdan Azərbaycanın yaratdığı nəticə bir presedent kimi diqqət çəkir: ərazi bütövlüyü və suverenliyi pozulmuş dövlət öz hüquqlarını bərpa etmək üçün siyasi, diplomatik və hərbi imkanlarını səfərbər edə bilər.
Lakin Azərbaycanın mübarizəsinin mahiyyətini yalnız hərbi nəticə ilə ölçmək doğru olmaz. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan heç vaxt Ermənistandan fərqli olaraq əliyalın, mülki şəxslərə qarşı müharibə aparmayıb. Azərbaycan Ordusunun hədəfi hərbi obyektlər olub. Bu yanaşma Vətən müharibəsi zamanı da özünü aydın göstərdi. Ermənistan tərəfindən yaşayış məntəqələrimizin atəşə tutulmasına baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri hərbi məqsədlərə yönəlmiş əməliyyatlar həyata keçirdi. Bu fakt Azərbaycanın müharibə aparmaq mədəniyyəti ilə bağlı mühüm məqamdır: məqsəd insanlara zərər vurmaq deyil, işğal faktını aradan qaldırmaq və haqqı bərpa etmək idi.
Azərbaycanın qələbəsindən sonrakı davranışı da bu mövqenin davamı oldu. Torpaqlarını azad edən ölkə qarşı tərəfə düşmənçilik çağırışları ilə deyil, sülh gündəliyi ilə müraciət etdi. Bu, təsadüfi seçim deyildi. Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etdikdən sonra regionun gələcəyinin yeni qarşıdurmalar üzərində deyil, sülh, əməkdaşlıq və qarşılıqlı hörmət üzərində qurulmasının tərəfdarı olduğunu ortaya qoydu. Bu gün həmin seçimin nə qədər uzaqgörən olduğu getdikcə daha aydın görünür. Kommunikasiyaların açılması və regional əməkdaşlıq imkanlarının genişlənməsi sülh gündəliyinin real nəticələr doğura biləcəyini göstərir.
Burada Azərbaycanın birlik amili də xüsusi əhəmiyyət daşıyır. İllərlə davam edən işğalın yaratdığı çətinliklər qarşısında xalq-dövlət birliyi əsas dayaqlardan birinə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət cəmiyyətin müxtəlif təbəqələrini ümumi milli məqsəd ətrafında birləşdirdi. Vətən müharibəsində nümayiş etdirilən həmrəylik bunun ən parlaq nümunələrindən biri oldu. Bu birlik yalnız qələbənin əldə olunmasına deyil, qələbədən sonrakı böyük quruculuq prosesinin həyata keçirilməsinə də güc verir.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa işləri də həmin milli həmrəyliyin davamıdır. İşğaldan azad edilmiş ərazilərdə yeni yollar, yaşayış məntəqələri, məktəblər, xəstəxanalar və digər sosial obyektlər yaradılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Birlik həm də əldə edilmiş nəticəni qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha güclü Azərbaycan miras qoymaq deməkdir.
Azərbaycanın seçdiyi sülh gündəliyinin əhəmiyyəti məhz burada üzə çıxır. Gücünü göstərmiş, ərazi bütövlüyünü bərpa etmiş ölkənin sülhə üstünlük verməsi region üçün yeni imkanlar açır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz gələcəyə baxmağı bacarmalıyıq. Keçmişin ağrılarını unutmaq mümkün deyil, lakin gələcəyi yalnız həmin ağrıların üzərində qurmaq da olmaz. Azərbaycan öz haqqını döyüş meydanında bərpa etdikdən sonra sülhə, sabitliyə və əməkdaşlığa üstünlük verdi.
Bu siyasətin məntiqi aydındır: güclü olmaq sülhdən imtina etmək deyil, əksinə, sülhü təmin etmək üçün daha möhkəm mövqeyə sahib olmaqdır. Azərbaycanın təcrübəsi göstərir ki, milli birlik, dövlət iradəsi və beynəlxalq hüquqa əsaslanan mövqe bir araya gəldikdə, uzun illər dəyişməz görünən reallıqlar dəyişə bilər. Bu gün dünyanın diqqətində olan Azərbaycan nümunəsi həm də onu göstərir ki, ədalətin bərpasından sonra ən böyük məsuliyyət sülhü qorumaq və onu davamlı əməkdaşlığa çevirməkdir.
Emil Tağıyev
YAP Xaçmaz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32

