Nizami rayonunda Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib
21.09.2026 [14:53]
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə “Zəfərlə ucalan Azərbaycan və suverenlikdən doğan güc” mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə YAP Sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Rasim Musabəyov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, şəhid Cavid Manafovun anası Natəvan İbrahimova, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Zaur Hüseynov və Azərbaycan Universitetinin tələbəsi Adəm Quliyev çıxış ediblər.
Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasətdən, 2020-ci il Vətən müharibəsində əldə olunan Zəfərdən və 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin nəticələrindən bəhs olunub. Qeyd edilib ki, həmin tədbirlər nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa olunub, dövlət bayrağımız ölkənin bütün ərazilərində ucaldılıb.
Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ölkənin çoxəsrlik tarixində yeni mərhələnin başlanğıcını qoyub. Bu tarixi nailiyyət regionda təhlükəsizlik və əməkdaşlıq məsələlərinə də yeni reallıqlar gətirib.
Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli maraqlarına əsaslanan siyasət həyata keçirdiyi, ölkənin öz dövlət maraqlarını və hüquqlarını beynəlxalq müstəvidə ardıcıl şəkildə müdafiə etdiyi vurğulanıb. Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyinin ölkənin regional və beynəlxalq müstəvidə rolunun güclənməsinə töhfə verdiyi qeyd olunub.
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20

