Avropanın üç ölkəsini güclü meşə yanğınları bürüyüb
13.07.2022 [14:08]
Fransa, İspaniya və Portuqaliyada yüzlərlə insan son həftələrdə ikinci isti hava dalğasının səbəb olduğu meşə yanğınları ilə mübarizə aparır.
Bu barədə “Reuters” məlumat verir.
Fransada bir neçə gündür ki, ölkənin cənub-qərbində 1500 hektara yaxın meşə sahəsini əhatə edən və minlərlə turistin təxliyəsinə səbəb olan yanğını nəzarət altına almağa çalışırlar.
“Qonşu departamentlərdən dörd təyyarə və çoxlu sayda yanğınsöndürən səfərbər edilib”, - deyə yanğından zərər çəkmiş Jironda departamentinin yerli hakimiyyət orqanları bildirib.
Jirondada baş verən iki yanğından ən böyüyü Bordodan cənubda, yolların bağlandığı və yüzlərlə insanın təxliyə edildiyi Landiras şəhəri ətrafında olub, alov isə artıq 1000 hektardan çox ərazini yandırıb.
Digəri, Atlantik okeanı sahili boyunca, Avropanın ən hündür qum təpəsi (dyuna) olan məşhur “Dyuna dyu Pilat” yaxınlığında, Arkaşon körfəzi bölgəsində baş verib ki, buraya düşərgələrdən 6000 nəfər təxliyə edilib.
Portuqaliyanın mərkəzi bölgəsini bir neçə meşə yanğını bürüyüb. Ölkədə istilərlə mübarizə aparıldığı bir şəraitdə yanğınsöndürənlər alovları söndürməyə və yüzlərlə yerli sakini təxliyə etməyə çalışırlar.
Portuqaliyada keçən həftə nəzarət altına alınan yanğınlar Lissabonun şimalında 40 dərəcədən yuxarı temperatur səbəbilə yenidən başlayıb.
Mülki müdafiə orqanları bir neçə kənddən 300 nəfərin təxliyə edildiyini bildiriblər. Leyriya bələdiyyəsində bir neçə ev yanıb, yanğınlar səbəbindən üç əsas magistral yol bağlanıb.
Bir çox sakinlər yanğını söndürmək üçün yanğınsöndürənlərin və resursların azlığından şikayətlənirlər.
Mülki müdafiə orqanlarının məlumatına görə, 501 texnika ilə dəstəklənən 1700-ə yaxın yanğınsöndürən ölkə üzrə 14 aktiv yanğınla mübarizə aparıb. Ölkə ərazisinin yarıdan çoxu təhlükənin ən yüksək səviyyəsi olan “qırmızı həyəcan” vəziyyətindədir.
Qonşu İspaniyada isə ölkənin qərbində baş verən yanğın nəticəsində azı 1500 hektar ərazi məhv olub, buna görə 400-ə yaxın sakin təxliyə edilib. Səlahiyyətlilər Kastiliya və Leonun mərkəzi bölgəsində meşə yanğınları riskinin yüksək olduğunu bildiriblər.
Şimal-qərbdəki Ourense əyalətində temperaturun 42 dərəcəyə çatacağı gözlənildiyi üçün “qırmızı xəbərdarlıq” elan edilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

