/ / Cenevrədə COP29 zamanı keçiriləcək Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsü ilə bağlı brifinq təşkil olunub
Cenevrədə COP29 zamanı keçiriləcək Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsü ilə bağlı brifinq təşkil olunub
25.10.2024 [15:53]
Bir sıra xarici ölkələrin Cenevrədə akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri və diplomatları üçün brifinq təşkil olunub.
Bu barədə AZƏRTAC-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Brifinq Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tərəfindən COP29 zamanı keçiriləcək Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsü ilə bağlı keçirilib.
Brifinqə Cenevrədə fəaliyyət göstərən 30-a yaxın diplomatik missiyadan nümayəndə qatılıb. Tədbir zamanı BTİ Baş katibinin müavini Tomas Lamanauskas, ölkəmizin Cenevrədəki daimi nümayəndəsi Qalib İsrafilov, RİNN-in Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov və Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov çıxış edərək adıçəkilən təşəbbüsün əhəmiyyəti barədə brifinq iştirakçılarını məlumatlandırıblar. Tədbirdə, həmçinin təşəbbüs və bu çərçivədə keçiriləcək yüksək səviyyəli tədbirə hazırlıq prosesinin gedişatı, planlaşdırılan işlər və qarşıda duran məsələ və prioritetlərə dair təqdimat olub.

Brifinq zamanı iqlim fəaliyyəti və davamlılığın artırılması naminə rəqəmsallaşmanın transformativ potensialından istifadə etmək üçün birgə səylərin vacibliyi vurğulanıb. Bildirilib ki, COP29 çərçivəsində tarixdə ilk dəfə olaraq noyabrın 16-da Rəqəmsallaşma Günü keçiriləcək. Bu, öz növbəsində iqlim böhranı ilə mübarizədə rəqəmsal texnologiyaların əvəzolunmaz roluna dair müzakirələrə əlavə təkan verəcək və bu istiqamətdə birgə fəaliyyəti təşviq edəcək. Həmin gün Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksək səviyyəli dəyirmi masa keçiriləcək və yekun sənəd olaraq Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunacaq. Bəyannamə sürətli rəqəmsallaşmanın ətraf mühitə mənfi təsirlərini yumşaltmaqla yanaşı, iqlimlə bağlı fəaliyyətin və davamlılığın artırılması üzrə əməkdaşlıq üçün çərçivə rolunu oynayacaq.
Sonda brifinqə qatılan diplomatlar bu mühüm təşəbbüsü dəstəkləməyə, yüksək səviyyəli tədbirə və bəyannaməyə qoşulmağa dəvət olunublar.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

