Misirdəki çevriliş imperialist mərkəzlərin maraqlarına xidmət edir
01.08.2013 [09:37]
Xarici qüvvələrin də təsiri ilə Misirdə baş verən proseslər bu ölkədə sabit sosial-siyasi sistemin formalaşmasına mane olur
Məlum olduğu kimi, Misirdə devrilmiş prezidentin tərəfdarları və “Müsəlman Qardaşlığı” hərəkatının üzvləri ilə ordu arasında qanlı toqquşmaların davam etdiyi bir vaxtda Avropa İttifaqının xarici əlaqələr üzrə ali komissarı Ketrin Eştonun bu ölkəyə səfəri gerçəkləşib. Qurum rəsmisi ölkənin hərbi çevriliş nəticəsində devrilmiş prezidenti Məhəmməd Mursi, hazırkı müvəqqəti prezident Adli Mənsur, ordunun generalı Əbdül Fəttah əl-Sisi və digər rəsmilərlə görüşlər keçirib. Görüşlərdən sonra verdiyi açıqlamalarda K.Eşton zorakılıqlara son qoymağa, məsələni bütün tərəflərin iştirakı ilə danışıqlar yolu ilə nizamlamağa, Mursinin həbsdən azad edilməsini tələb edən tərəfdarlarını isə iğtişaşları dayandırmağa çağırıb. Bütövlükdə, Avropa İttifaqının yüksək rəsmisinin Misirə səfər etməsi, hərbi çevrilişin əsas simaları, eləcə də, yeni prezidentlə görüşməsi və bəyanatları Qərb dairələrinin bu ölkədəki çevrilişi dəstəklədiyini göstərdi.
Xatırladaq ki, hərbi çevrilişdən dərhal sonra Qərb dövlətləri demokratik yolla seçilmiş prezidentin devrilməsinə etirazlarını bildirmişdilər. Ümumiyyətlə, həmin dövrdə Misirdəki çevrilişin hərbçilər tərəfindən deyil, kütləvi etirazlar nəticəsində baş verməsi ilə bağlı mediada və sosial şəbəkələrdə geniş təbliğat aparıldı. Çünki Misir ordusunun Qərbdən maliyyələşdiyi məlumdur və bu səbəbdən də çevrilişin hərbçilər tərəfindən həyata keçirilməsi bu işə Qərb dairələrinin ən azından razılıq verməsi təəssüratını yaradır. Lakin o da bəllidir ki, Mursi prezident seçildikdən sonra fəaliyyətə başladığı ilk gündən hakimiyyətə nəzarəti əldən vermək istəməyən ordu rəhbərliyi və prezidentin səlahiyyətlərini məhdudlaşdırmağa çalışan Ali məhkəmə ilə mübarizə aparmalı olmuşdu. Mursinin 1 il davam edən prezidentliyi sonda onun bu mübarizədə məğlubiyyətə uğraması ilə nəticələndi. Təsadüfi deyil ki, çevrilişin aparıcı siması ordu generalıdır, hərbçilər tərəfindən təyin olunan yeni müvəqqəti prezident Ali məhkəmənin hakimidir, həmçinin, liberalların lideri Məhəmməd əl-Baradeyinin vitse prezident təyin olunması bu prosesdə “Müsəlman Qardaşlığı”na müxalif mövqedə dayanan bütün qüvvələrin iştirakının təsdiqidir. Mursi tərəfdarları isə yeni hökumətin tərkibində keçmiş Hüsnü Mübarək rejiminin nümayəndələrinin yer almasını əsas gətirərək çevrilişi “əksinqilab” adlandırırlar. Belə qənaətə gəlmək olar ki, Mursinin devrilməsi spontan xarakterli hadisə olmayıb, bu, “Müsəlman Qardaşlığı” ilə ordu rəhbərliyi başda olmaqla ali məhkəmə üzvlərindən, liberallardan və keçmiş rejimin qalıqlarından təşkil olunan əks cəbhə arasında gedən hakimiyyət uğrunda mübarizədə indiki məqamda islamçıların məğlubiyyətə uğramasıdır.
Misirdə baş verən proseslərlə bağlı maraqlı məqamlardan biri isə beynəlxalq ictimaiyyətin, daha doğrusu, bu ifadə altında çox zaman nəzərdə tutulan aparıcı dövlətlərin və beynəlxalq təşkilatların sərgilədiyi mövqedir. Bir qədər əvvələ nəzər salsaq görərik ki, Misirdə keçmiş diktator Hüsnü Mübarəkə qarşı etirazlar başlayan zaman təkcə hərbçilər və liberallar deyil, “Müsəlman Qardaşlığı” hərəkatı da Qərbdən ciddi dəstək alırdı. Bu vəziyyət Mursi prezident seçiləndən sonra dəyişdi, Qərb mərkəzləri islamçılara demokratiya quruculuğunda şübhə ilə yanaşdıqlarını bəlli etdilər və müxalifəti dəstəkləməyə başladılar. Buradan Qərb çevrələrinin ölkələrə yanaşmasındakı ənənəvi taktika özünü göstərir. Yəni, həmin çevrələr hakimiyyətdə təmsil olunan qüvvələrlə, hətta çox yaxşı münasibətdə olsalar belə, daim müxalif qüvvələrə də gizli və açıq dəstək göstərərək siyasi sabitliyin təmin olunmasına, normal fəaliyyət göstərə bilən siyasi sistemin formalaşmasına mane olurlar. Belə olduqda, hakimiyyət demokratik və ya qeyri-demokratik üsullarla formalaşmasından asılı olmayaraq, daim zəif və kövrək qalır, siyasi çəkişmələr, cəmiyyət daxilində ideoloji parçalanmalar, sosial qeyri-sabitlik daimi xarakter alır. Daxildə sabitliyi təmin edə bilməyən və təzyiqlər qarşısında davam gətirməyən hakimiyyət isə xarici mərkəzlərin təsiri altına düşür, onların diktəsi ilə hərəkət etmək məcburiyyətində qalır. Yaxın Şərq və Şimali Afrikanın bir sıra ölkələrindəki inqilabları dəstəkləyən və bölgədə iqtisadi maraqları olan qüvvələr üçün isə hökumətləri arzuladıqları iqtisadi əməkdaşlıq şərtlərinə razı salmaq üçün əlverişli imkan yaranır.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43

