Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyədə yeni dron monitorinq sistemi tətbiq ediləcək

Türkiyədə yeni dron monitorinq sistemi tətbiq ediləcək

31.05.2026 [23:26]

Türkiyə hakimiyyəti daha təhlükəsiz və istismarına nəzarət edilən yeni İHATTYS pilotsuz uçuş aparatı (PUA) monitorinq sistemini tətbiq edəcək.

AZƏRTAC xəbər verir ki, yeni sistem PUA-ları üç əməliyyat riski kateqoriyasına ayıracaq: “açıq” və “xüsusi” istifadəli, həmçinin “sertifikatlı” dronlar.

“Sertifikatlı” dronlara izdihamlı ərazilər üzərindən uçmağa və insanları və ya təhlükəli yükləri daşımağa icazə veriləcək.

“Açıq” və “xüsusi” kateqoriyalardakı dron pilotları üçün yaş həddi 16 il olacaq.

İHATTYS qeydiyyatdan keçmiş dronların yerini real vaxt rejimində izləməyə imkan verəcək.

Eyni zamanda, sistem çərçivəsindən kənarda dronları idarə edən fərdlər və qurumlar əhəmiyyətli cərimələr ilə üzləşəcək.

Xaricdə qeydiyyatdan keçmiş pilotsuz uçuş aparatları üçün Türkiyədə uçuş icazəsi istifadədən ən azı 20 gün əvvəl alınmalıdır.

Paylaş:
Baxılıb: 372 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31