Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək

Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək

04.06.2026 [14:22]

Rusiya Federasiya Şurası xarici vətəndaşların tibbi müayinədən keçmə müddətinin azaldılmasını və əmək miqrasiyası sahəsində nəzarətin gücləndirilməsini nəzərdə tutan qanunu təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, yeni qanuna əsasən Rusiyaya daxil olduqdan sonra tibbi müayinədən keçmə müddəti 90 gündən 30 günə endirilir. Tibbi müayinələr müvəqqəti yaşayış və ya iş icazəsi almaq, eləcə də patentin yenilənməsi üçün mütləq olacaq.

Bundan əlavə, Rusiyada 30 gündən çox qalan xarici vətəndaşlar hər il tibbi müayinədən keçməlidirlər.

Sənəd müayinə zamanı vasitəçiliyi qadağan edir: bunu yalnız səlahiyyətli tibbi təşkilatlar apara biləcək.

Müayinənin nəticələrinə görə, rəy, məlumatlar Vahid Dövlət İnformasiya Səhiyyə Sisteminə (VDİSS) daxil edilməklə, o cümlədən elektron formada da tərtib ediləcək.

Qanun Rusiya Prezidenti tərəfindən imzalandıqdan sonra 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək.

Paylaş:
Baxılıb: 416 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31