Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

08.06.2026 [15:09]

Səudiyyə Ərəbistanında zəvvarlara xidmətin yaxşılaşdırılması və onların ölkələrinə qayıdış prosedurlarının asanlaşdırılması məqsədilə beynəlxalq hava limanlarında elektron qapı (E-gates) texnologiyası tətbiq edilib.

AZƏRTAC “əş-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, elektron qapı texnologiyası zəvvarlara biometrik məlumatların saniyələr ərzində yoxlanılması yolu ilə çıxış prosedurlarını müstəqil şəkildə tamamlamağa imkan verir. Bu isə sərnişin axınının sürətlənməsinə və pasport nəzarəti zonalarında gözləmə müddətinin azalmasına şərait yaradır. Bu texnologiya Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi tərəfindən zəvvarlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, ziyarətçi təcrübəsinin zənginləşdirilməsi və əsas keçid məntəqələrində xidmətlərin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Həcc mövsümünün uğurla başa çatdığını elan edib. Təhlükəsizlik, təşkilatçılıq və xidmət sahələrində qurulan inteqrə olunmuş sistem zəvvarların ibadətlərini rahat və təhlükəsiz şəkildə yerinə yetirməsinə imkan verib.

Məlumata görə, 2026-cı il Həcc mövsümündə ümumilikdə 1 milyon 707 min 301 nəfər zəvvar iştirak edib. Onlardan 1 milyon 485 min 729 nəfəri hava nəqliyyatı, 54 min 429 nəfəri quru yolları, 6 min 497 nəfəri isə dəniz yolu ilə ölkəyə daxil olub.

Paylaş:
Baxılıb: 384 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31