Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

10.06.2026 [12:14]

Dağıstanın Kızılyurt rayonunda magistral qaz kəmərində güclü partlayış baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dağıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Bavtuqay və Gelbax kəndləri arasında yerləşən Mozdok–Qazıməmməd magistral qaz kəmərində baş verən partlayışdan sonra 15 metr hündürlüyündə yanğın yaranıb. Hadisə nəticəsində 100-dən çox sakin təxliyə edilib.

İlkin məlumata əsasən, diametri 1200 millimetr olan qaz kəmərində üç partlayış qeydə alınıb. Ölən və yaralanan yoxdur.

Qəzanın aradan qaldırılması üçün əraziyə 25 nəfər şəxsi heyət və yeddi texnika cəlb olunub. Qaz kəmərinin bir neçə on kilometrlik hissəsində nəql müvəqqəti dayandırılıb.

Paylaş:
Baxılıb: 389 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31