ABŞ jurnalistləri fəaliyyətlərinin məhdudlaşdırılmasından şikayətlənirlər
12.07.2014 [11:18]
Bu ölkədə jurnalistlərin fəaliyyətinə yaradılan məhdudiyyətlər, media azadlığının pozulması halları ardıcıl xarakter alıb
Sirr deyil ki, bu gün demokratiya, insan haqları, söz, mətbuat azadlığı kimi anlayışlar müxtəlif dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Bu təzyiqlərin, ittihamların arxasında isə çox zaman demokratiya və insan haqlarının durumundan həqiqi narahatlıq hissi deyil, bəzi ölkələrin özlərinin hökmranlıq iddialarını başqa dövlətlərə qəbul etdirmək istəyi dayanır. Adətən, bu cür təzyiq üsullarına əl atanlar məhz özlərini demokratiyanın “sarsılmaz sütunu”, “sadiq hamisi” hesab edən və dünyanı da buna inandırmağa çalışan dövlətlərdir. Lakin mütəmadi olaraq yayılan informasiyalar həmin ölkələrin özləri barədə yaratdıqları imicin həqiqətlə ziddiyyət təşkil etdiyini ortaya qoyur.
Məsələn, belə ölkələrdən biri olan ABŞ beynəlxalq münasibətlərdə getdikcə artan hegemonluq iddiaları, aqressiv xarici siyasəti ilə özünün beynəlxalq imicinə kifayət qədər zərbə vuraraq, mənfi ictimai rəy qazanıb. ABŞ-ın imicini daha da pisləşdirən amillərdən biri isə Vaşinqtonun başqalarında axtardığı qüsurların bir çoxunun elə bu ölkənin öz içərisində olmasıdır.
Buna nümunə olaraq, bu günlərdə “Washington Examiner” onlayn qəzetinin yaydığı məlumata əsasən, ABŞ-ın peşəkar jurnalist təşkilatlarının ölkədə mətbuata təzyiqlərin göstərilməsi, informasiya vasitələrinin fəaliyyətinə kifayət qədər sərbəstliyin verilməməsindən narazılığın ifadə olunduğu məktubu göstərmək olar. ABŞ prezidenti Barak Obamaya ünvanlanan məktubu ABŞ Peşəkar Jurnalistlər Cəmiyyəti, Milli Mətbuat Fondu, Milli Qəzet Assosiasiyası, Milli Mətbuat Fotoqrafları Assosiasiyası, Regional Müxbirlər Assosiasiyası, Sərhədsiz Müxbirlər Təşkilatı kimi yüzlərlə və bəlkə də minlərlə jurnalisti əhatə edən 38 iri media təşklatının rəhbər şəxsləri imzalayıblar. Aparıcı media qurumlarını təmsil edən jurnalistlərin ölkə prezidentinə ünvanladıqları məktubda qeyd olunur ki, ABŞ hökumətinin mətbuat vasitələrinin informasiya əldə etməsinə qoyduğu məhdudiyyətlər “böhran həddinə” çatıb. Prezident Barak Obamanın seçkiöncəsi müsahibə və görüşlərində mətbuat azadlığı üçün böyük imkanlar açacağı, şəffaf mühit yaradacağı barədə vədləri isə yerinə yetirilməyib. Bunun əvəzində, ölkə prezidenti “maraqlı şəxslər”in və imkanlı adamların mənafelərini müdafiə edən qrupların lobbiləşdirilməsinə geniş şərait yaradıb.
Məktubda ölkədə mövcud olan məyusluğun demokratik hökumətə münasibətdə inamsızlıq yaratması barədə ABŞ prezidentinin sözləri xatırladılır: “Siz bu məyusluğun əsas səbəblərini kənarda yox, öz administrasiyanızda, federal təsisatlar barədə xəbər və məlumatların siyasi motivli təzyiqlərə məruz qalmasında axtarmalısınız”.
Bundan başqa, amerikalı jurnalistlər ABŞ-ın dövlət və hökumət orqanlarında çalışan məmurların mətbuat vasitələrinin onlarla ünsiyyət qura bilməsinə ciddi qadağa qoymasından şikayətləniblər. Onlar bildiriblər ki, mətbuatın dövlət orqanlarına ünvanladığı sualların böyük əksəriyyəti cavabsız qalır, bir qədər tənqidi məzmunlu yazıların müəllifləri isə “qara siyahı”ya salınırlar.
Əslində, jurnalistlərin qeyd olunan şikayəti və məktubda göstərdikləri problemlər heç də təəccüb doğurmur. Çünki son illərdə ABŞ-da jurnalistlərə göstərilən təzyiqlərlə bağlı kifayət qədər faktlar məlumdur. Onların bir qədər yumşaldılmış və ixtisar edilmiş formasına “Freedom House” kimi təşkilatların hesabatlarında da rast gəlmək olar. Məlumdur ki, 2011-2012-ci illərdə ABŞ-da müşahidə olunan “İşğal et” hərəkatı zamanı həbs olunanlar və polisin fiziki təzyiqlərinə məruz qalanlar arasında xeyli sayda jurnalistlər də olub. Eyni zamanda, son dövrlərdə də ABŞ-da jurnalistlərin virtual və gerçək məkanda izlənməsi barədə məlumatlar yayılır. Quantanamo həbs düşərgəsindən reportaj hazırlamaq istəyən jurnalistlərə qoyulan məhdudiyyətlər ildən-ilə sərtləşdirilir. Bundan başqa, xarici jurnalistlər də ABŞ-da söz və informasiya azadlığına yaradılan məhdudiyyətlərlə üzləşirlər. Belə faktlardan birinə görə, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin dünya üzrə internet və telefon istifadəçilərini izləməsini tənqid edən almaniyalı jurnalist İlya Troyanovun 2013-cü ildə konfranslarda iştirak məqsədilə ölkəyə girişinə məhdudiyyət yaradılıb, aylarla davam edən mübarizədən sonra jurnalistə viza verilib. Bənzər faktların nəzərə çarpacaq qədər çox olduğunu diqqətə alsaq, belə bir sual meydana çıxır: öz ölkəsinin ərazisində jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yol verən ABŞ hökumətinin başqa dövlətlərə bu sahədə iradlar tutmağa, “demokratiya dərsi” keçməyə nə dərəcədə haqqı var?
Öz növbəsində məsələyə münasibət bildirən Əməkdar jurnalist, millət vəkili Aqil Abbas deyib ki, ABŞ-da jurnalist fəaliyyətinin məhdudlaşdırılması halları kifayət qədər geniş yayılıb: “ABŞ-da hökumət lazım bildikdə mediaya senzura tətbiq edir, həmçinin, maraqlarına uyğun olaraq müəyyən ölkələrdə apardığı müharibələrlə bağlı mediaya çıxarılan məlumatları ciddi süzgəcdən keçirir. Bunlar ABŞ-ın öz daxili siyasətidir. Lakin ABŞ başqa ölkələrin işlərinə müdaxilə edə bilməz. Həmçinin, öz ölkəsində media azadlığının məhdudlaşdırıldığı ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın Azərbaycanın daxili məsələlərinə qarışmağa haqqı yoxdur. Azərbaycan dövləti öz qanunları ilə idarə olunur. Biz heç kimin xoşuna gəlmək üçün yaşamırıq. Hər hansı bir ölkənin dövlətimizə qarşı təzyiq cəhdləri qəbuledilməzdir”.
“Lider” televiziyasının əməkdaşı Mətanət Ağamirli isə bildirib ki, “demokratiyanın beşiyi” hesab olunan ABŞ-da etirazçıların döyülməsi, həbs olunması halları müşahidə olunur: “ABŞ-ın peşəkar jurnalist təşkilatlarının prezident administrasiyasını kəskin tənqid etməsinə gəlincə, bir daha görürük ki, bu ölkənin özündə insan haqları baxımından vəziyyət heç də yüksək səviyyədə deyil. Bu məktub dünyada supergüc sayılan bir dövlətin jurnalistlərinin çaldığı həyəcan təbilidir. Hər zaman bütün dünyaya demokratiya dərsi keçməkdə iddialı olan, əslində isə münasibətlərini, mövqeyini öz maraqlarına uyğun müəyyənləşdirən ABŞ administrasiyası bu gün daxili demokratiya və söz azadlığı baxımından böhran keçirir”.
M.Ağamirli onu da vurğulayıb ki, başqa dövlətləri tənqid etməzdən qabaq ABŞ rəsmiləri öz ölkələrinə diqqət yetirməlidirlər: “ABŞ-da fəaliyyət göstərən bəzi təşkilatların müxtəlif hesabatlarında bir çox hallarda Azərbaycan dövləti ilə bağlı qeyri-dəqiq, subyektiv fikirlər, qərəzli münasibətlər nümayiş etdirən şəxslər, qurumlar, eləcə də, səfir Riçard Morninqstar öncə özlərinə nəzər salmalıdırlar”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Gündəm
28 Oktyabr 16:52
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22

