Qara dəniz strategiyası: Vaşinqtonun “vahid geosiyasi cəbhə” planı
26.09.2014 [09:30]
Yaxın Şərq və Ukraynada baş verən proseslərin geniş geosiyasi məkana təsir edə biləcəyini mütəxəssislər istisna etmirlər. Müasir dövrdə regionlar bir-biri ilə müxtəlif sahələr üzrə sıx əlaqədədir. Burada vahid cəbhə xətti olmasa da, bütövlükdə Qərb-Rusiya qarşıdurmasından söhbət gedir. Həmin kontekstdə analitiklər ABŞ-ın dəqiq işlənmiş fəaliyyət konsepsiyasına malik olmasının zəruriliyini vurğulayırlar. Belə ki, Vaşinqton Suriya-İraq və Ukrayna hadisələrini Qara dəniz-Qafqaz məkanının təhlükəsizliyi aspektində əlaqələndirə bilməlidir. Hər iki istiqamətdə bir-biri ilə uzlaşdırılmış siyasət yeritməlidir. Bu, Cənubi Qafqazın bəri başdan hansısa geosiyasi oyunlara cəlb edilməsinin bir təzahürüdür. Onun mümkün nəticələri üzərində düşünməyə dəyər.
Corc Fridman: “Azərbaycansız Gürcüstanın “çəkisi” çox aşağıdır”
Suriya-İraq və Ukrayna məsələləri arasında geosiyasi əlaqənin olması siyasi analitikanı maraqlandırır. Bunları birləşdirən ortaq cəhət kimi Qara dəniz hövzəsinin təhlükəsizliyi məsələsi hesab edilir ki, bu da əlavə düşüncələrə yol açır. Hiss olunur ki, söhbət geniş bir ərazidə vahid geosiyasi “cəbhə”nin yaradılmasından gedir. Hansı əlamətlərə görə coğrafi və mədəni baxımdan bir-birindən uzaq olan Yaxın Şərqlə Ukrayna vahid geosiyasi kontekstdə nəzərdən keçirilə bilər?
“Stratfor” analitik mərkəzinin təsisçisi və icraçı direktoru Corc Fridman özünün təhlili yazısında bununla bağlı maraqlı müqayisələr aparır (bax: George Friedman. Ukraine, Iraq and a Black Sea Strategy / Stratfor, 2 sentyabr 2014). Məqalədə ABŞ-ın strateji maraqlarının təmin edilməsi kontekstində Qara dəniz hövzəsinin geosiyasi əhəmiyyəti xüsusi vurğulanır. Suriya-İraq məsələsinə bu aspektdə baxdıqda, problemin gizli tərəfləri üzə çıxarılmış olur. Məlum olur ki, hazırda Yaxın Şərqdə baş verənlər daha geniş miqyaslı geosiyasi məqsədlərə xidmət edir. Əks halda, Suriya-İraq məsələsinin Ukrayna ilə nə əlaqəsi vardır?
Yaxın Şərqdə Qərbin strateji maraqlarına radikal dini qruplar mane olur. Ukraynada isə bu rolu Rusiya oynayır. “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə Rusiya kimi böyük dövlətin Qara dənizin təhlükəsizliyi kontekstində yanaşı qoyulması ilk baxışdan təəccüb doğurur. Ancaq geosiyasi müstəvidə bunları birləşdirən amillərin oxşar olması mümkündür. Deməli, burada söhbət geniş geosiyasi məkanda Qərbin konkret maraqlarının təmin edilməsindən gedir.
Doğrudur, C.Fridman da etiraf edir ki, gələcəkdə İŞİD Rusiya üçün də təhlükə mənbəyinə çevrilə bilər (bunun başvermə ehtimalı az deyil). Ancaq bu gün ABŞ-ın maraqları baxımından onlar eyni rolu oynayırlar. Bu səbəbdən Vaşinqton bu iki məsələ arasında əlaqəni təmin etməli, həmin əsasda da Qara dəniz hövzəsinin təhlükəsizliyi konsepsiyasına konkret məzmun verməlidir.
Əgər bu məntiqlə Qara dəniz-Qafqaz məkanının geosiyasi mənzərəsinə diqqət yetirsək, onda Azərbaycanın təhlükəsizliyi üçün aktual olan bir sıra amilləri görə bilərik. C.Fridman məqaləsində buna ayrıca yer ayırıb. O yazır: “Qara dəniz strategiyası Gürcüstana və dənizin şərq sahillərinə geosiyasi əhəmiyyət verə bilərdi. Daha vacibi odur ki, bu, Azərbaycanı amerikan strategiyasında layiq olduğu səviyyəyə qaldırardı. Azərbaycansız Gürcüstanın geosiyasi “çəkisi” aşağıdır. Azərbaycanla Şimali Qafqazda cihadçılara (ilk növbədə İŞİD nəzərdə tutulur - Newtimes.az) qarşı əks qüvvə (və ya bufer) formalaşdırmaq olar. Çünki Azərbaycan məntiqi olaraq Böyük Qara dəniz strategiyasının “şərq lövbəridir” (bax: əvvəlki mənbəyə).
Burada sətiraltı mənaları duymaq olar. Birincisi, Azərbaycan Yaxın Şərq və Ukrayna hadisələri kontekstində qəbul edilir. Söhbət Qara dəniz hövzəsinin təhlükəsizliyindən getdikdə, Qafqazda daha çox Azərbaycan amilinə önəm verilir. İkincisi, Gürcüstanın geosiyasi əhəmiyyəti birbaşa Azərbaycanla əlaqələndirilir. Bu, o deməkdir ki, Bakı ABŞ-ın geosiyasi planlarına daxil edilməsə, Tbilisinin regionda elə bir rolu olmayacaq. Ermənistanın isə, ümumiyyətlə, adı çəkilmir. Görünür, İrəvana, sadəcə, Rusiyanın forpostu kimi baxılır. Üçüncüsü, C.Fridman hesab edir ki, başda İŞİD olmaqla radikal qruplar Qafqaza keçə bilər. Bu halda onların yolunu yalnız Qərbin Azərbaycanla birgə fəaliyyəti kəsə bilər.
Qara dəniz-Qafqaz xətti: təhlükəsizlik daha da aktuallaşır
Analitik iki məqamı önə çəkir. Onlardan biri erməni təbliğatının uzun illər Azərbaycanı radikal dini ölkə qismində təqdim etməsinin puç olduğunun təsdiqidir. Dağlıq Qarabağ məsələsi dini qarşıdurmadan yaranmayıb. Əksinə, Azərbaycan regionda dindən terror məqsədi ilə istifadə edənlərə sipər olan ölkədir. C.Fridman dini radikalizm kontekstində Qərbə tərəfdaş ola biləcək ölkə kimi Ermənistanın bir dəfə də olsun adını çəkmir. Digər məqam Azərbaycanın bütövlükdə terrorla mübarizədə əhəmiyyətli tərəfdaş olmasının vurğulanmasıdır. Bu kontekstdə Türkiyə amili xüsusi önəm kəsb edir.
C.Fridman açıq yazır ki, “Qara dəniz strategiyası baxımından Türkiyə ABŞ-ın əvəzolunmaz müttəfiqlərindən biri olmalıdır” (bax: əvvəlki mənbəyə). Çünki Türkiyə Rusiya ilə yanaşı, Qara dənizdə əsas güclərdən biridir. Eyni zamanda, onun Suriya, İraq, Ukrayna, Rusiya və Qafqazda öz maraqları vardır. Belə çıxır ki, ABŞ-ın Qara dəniz strategiyasında Ankara regionun lideri qismində qəbul edilməlidir. Rəsmi Vaşinqtonun bu yanaşmaya münasibəti məlum olmasa da, “Stratfor”un qurucusu Türkiyənin geosiyasi imkanlarını yüksək qiymətləndirir.
Türkiyə ilə yanaşı, C.Fridman Rumıniyanın da rolunu ayrıca vurğulayır. Bu ölkə ABŞ-ın hərbi planlarının reallaşmasında ciddi rol oynaya bilər. Buxarestin özünün müdafiəyə ehtiyacı vardır. Bundan başqa, onun regionda geosiyasi maraqları bir çox mənada Türkiyənin maraqlarına oxşardır.
Bununla da ABŞ-ın Qara dəniz strategiyasının ümumi cizgiləri məlum olur. Hər şeydən əvvəl, bu regionun Şərqi Avropa və Yaxın Şərq kontekstində nəzərdən keçirilməsi maraq doğurur. Buradan belə nəticə hasil olur ki, geosiyasi mübarizəni davam etdirmək üçün Qərb vahid cəbhə yaratmaq fikrindədir. Estoniyadan başlayıb Ukraynadan keçməklə Qara dəniz hövzəsini və Yaxın Şərq-Qafqaz məkanını əhatə edən geniş geosiyasi fəaliyyət meydanı yaradılır? Kimə qarşı?
Problemin maraqlı tərəflərindən biri elə məhz budur. Belə düşünmək olar ki, Rusiyanın qərb və cənub sərhədləri boyunca hansısa zolağın formalaşdırılması nəzərdə tutulur.
Özlüyündə bu kimi planlar təhlükəlidir. Çünki həmin halda region dövlətləri mürəkkəb vəziyyətə düşmüş olur. Rusiya kimi böyük qonşu ilə düşmənçilik etmək qəbuledilməzdir. Belə ki, məsələn, Bakı Moskva ilə yüksək səviyyədə əməkdaşlıq edir və onun davam etdirilməsi daha doğrudur. Digər tərəfdən, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini də unutmamalıyıq. Qərbin geosiyasi proqnozlarında Ermənistanın adının çəkilməməsi müəyyən şübhələr yaradır.
İrəvanın forpost kimi müstəqil fikrinin olmaması öz yerində. Lakin ABŞ-ın geosiyasi savaşda qalib gəldiyi halda, Ermənistana münasibət necə olacaq? Məlumdur ki, Amerika bu təcavüzkar ölkəyə yardımlar göstərir, ona havadarlıq edir. ABŞ-ın bir neçə ştatı qondarma “DQR”i tanıdığını bəyanlayıb. Bütün bunlara görə Vaşinqtonun gələcəkdə Ermənistanı hansı statusda görmək istədiyi aydın deyil. Belə şəraitdə Azərbaycanın kiminsə tərəfini tutması riskli olardı.
Problemin başqa bir aspekti də xeyli suallar yaradır. C.Fridman Amerikanın Yaxın Şərq, Qafqaz, Qara dəniz və Şərqi Avropa siyasətini xarakterizə edərkən “amerikan əsgərləri döyüşməməlidir!” sözlərini tez-tez vurğulayır. İŞİD-lə mübarizədə ABŞ hərbçilərinin vuruşmayacağını B.Obama da xüsusi olaraq qeyd etmişdi. Buradan aşağıdakı nəticəyə gəlmək olar - Amerikanın geosiyasi planlarında yalnız yerli ölkələrin ordusunun müharibə aparması nəzərdə tutulur. Amerikalılar isə vasitəçi və idarəedici rolunda iştirak etmək istəyirlər.
Bu, geniş bir ərazidə xalqları üz-üzə qoymaq deyilmi? Həmin taktika ilə hətta bir cəmiyyətdə olan qruplar arasına belə ixtilaf salmaq olar. Yaxın Şərqdə bu proses artıq gedir. İraq və Suriyada sünnilər, şiələr və kürdlər bir-birlərinə düşmən kəsiliblər. C.Fridman açıq yazır ki, Vaşinqton şiələrdən sünnilərə qarşı lazımi səviyyədə güc yarada bilməyib. İndi İŞİD amilindən istifadə edərək ABŞ şiə və kürdləri silahlandırır. Əgər yeni silahlar varsa, onun hədəfləri olmalıdır.
Bir anlıq təsəvvür edək ki, Estoniyadan Azərbaycana qədər böyük bir ərazidə bir neçə ölkənin ordusu qarşı-qarşıya gəlib. Bunun nə kimi fəlakətlərə səbəb ola biləcəyi aydındır. Belə isə, bu “strategiyalar”, əslində, nə deməkdir? Söhbət ölkələri, cəmiyyətləri və xalqları bir-birinə düşmən etməkdən getmirmi? Onda onun adı “strategiya” deyil, düşmənçilik yaratmaqdır ki, bu da qədimdən bəlli olan bir üsuldur.
Newtimes.az
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29

