Ermənistana yardımlar: geosiyasət və ədalət arasında
22.11.2014 [11:28]
KİV-də Qərbin İrəvana növbəti dəfə maliyyə yardımları etdiyi haqqında informasiyalar yayılır. Bu addımı əsaslandırmaq üçün müxtəlif səbəblər göstərilir, insan sağlamlığından tutmuş demokratik islahatlara qədər geniş spektrdə faktorlar sadalanır. Lakin məsələyə Cənubi Qafqazdakı vəziyyət kontekstində yanaşdıqda ziddiyyətli mənzərə alınır. Burada bir sıra faktorun təsir göstərdiyi müşahidə edilir. Proseslər bu istiqamətdə inkişaf etsə, regionda geosiyasi gərginliyi aradan qaldırmaq çox çətin olacaq. Bu, Qərbi ciddi düşündürməlidir.
Dəstək ənənəsi: ədalətsizlik və uydurulmuş səbəblər
Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin başçısı Trayan Hristea bəyan edib ki, təşkilat bu ölkədəki islahatlara dəstək vermək haqqında öhdəlik götürüb. Onun sözlərinə görə, Aİ üçün əsas məsələ “Ermənistanın hansı istiqamətdə irəliləməsi və hansı islahatları həyata keçirməsidir”.
ABŞ-ın Ermənistandakı səfiri Con Heffern “NATO günləri” adlı tədbirdə erməni tələbələrlə görüşdə bildirib ki, bu ölkə həm Avrasiya İqtisadi İttifaqına üzv ola, həm də Qərblə yaxşı münasibətlər qura bilər.
Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan bir az da irəli gedərək, Avropa İttifaqı ilə yeni iqtisadi saziş imzalayacaqlarını bəyan edib. O, bir neçə gün əvvəl Brüsseldə Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Hanla təşkilatın 2014-2017-ci illər ərzində Ermənistana 140-170 milyon avro həcmində yardım edəcəyi haqqında sənəd imzalayıb. Yayılan informasiyalara görə, tərəflər iqtisadi əməkdaşlıq formatını müəyyənləşdirmək üçün müzakirələrə başlamaq niyyətindədirlər.
Göründüyü kimi, Qərb Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasını onunla əməkdaşlıq üçün ciddi maneə hesab etmir, bu ölkədə proseslərin inkişafını izləyir və imkanı çərçivəsində yardım göstərir. Maraqlıdır ki, tərəflər əlaqələri nəinki zəiflətmək istəyir, əksinə, onu daha da inkişaf etdirmək və sistem şəklinə salmaq arzusundadır. Qərb Ermənistanın Aİİ çərçivəsindəki fəaliyyətini də diqqətdən qaçırmayacaq və mümkündür ki, İrəvanın geosiyasi mövqeyini nəzarətdə saxlamağa çalışacaqdır. Burada onu tamamilə Moskvanın ixtiyarına vermək istəmirlər.
Əslində, Qərb ermənilərə həmişə isti münasibət bəsləyib, hətta Ermənistanın təcavüzkarlığına göz yumub. Deyilənləri Qərbin keçən əsrin 90-cı illərindən bu yana İrəvana göstərdiyi hər cür dəstək sübut edir. Hesablamalara görə, 1992-ci ildən indiyə qədər ABŞ Ermənistana 2 milyard dollardan çox maliyyə yardımı göstərib. Dağlıq Qarabağdakı separatçılara isə 1998-ci ildən bəri 83 milyon dollar həcmində maddi yardım verib (bax: Azərbaycan yalnız bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan dialoq aparmaq əzmindədir və buna hazırdır, dövlətlərarası münasibətlərin başqa formaları onun üçün qəbuledilməzdir / “Xalq qəzeti’’, 27 may 2014).
Belə çıxır ki, Qərb Ermənistanın seçdiyi geosiyasi kursdan asılı olmayaraq, ona dəstək vermək yolunu seçib. Təcrübə göstərir ki, bu, regionda müəyyən problemlər yaradır. Ekspertlər məsələnin bu aspektini nəzərdə tutaraq Qərbin Cənubi Qafqazda yol verdiyi səhvləri qeyd edirlər.
Məlumdur ki, Qərbin ermənilərə xüsusi olaraq isti münasibətində lobbi faktoru da ciddi rol oynayır. Barak Obama çıxışlarının birində bu faktı etiraf edib. O, ermənilərin Amerikaya verdikləri faydanın əvəzini qaytarmaq vaxtının yetişdiyini deyib. Ancaq məsələyə qlobal miqyasda yanaşdıqda belə münasibətin səmərəli, obyektiv və ədalətli olmadığına əminlik yaranır.
İkili standartlar və dini təəssübkeşlik: reallığın təhrifi
Qərbin Cənubi Qafqazda tarazlı geosiyasi mövqe nümayiş etdirə bilməməsini şərtləndirən bir neçə amil var. Burada, hər şeydən əvvəl, ikili standartlar siyasətini vurğulamaq lazımdır. Azərbaycan Prezidenti bununla bağlı dəfələrlə qəti fikrini bildirib. Reallıqda Bakı Qərblə həmişə konstruktiv, obyektiv, səmimi və ədalətli münasibətlər qurub. Bunu bir çox siyasətçi və mütəxəssislər də etiraf ediblər. Azərbaycanın Qərbin enerji təhlükəsizliyinin təmini məsələsində oynadığı rol da yüksək qiymətləndirilir.
Bunların fonunda Qərbin kütləvi informasiya vasitələrində Ermənistanın təcavüzkarlığını əks etdirən mütəxəssis mövqeləri tez-tez yer alır (bax: məs., Denis Jaffe. Armenia has always been the aggressor / “The Hill”, 11 sentyabr 2014). Beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə də ermənilərin Azərbaycan ərazilərini işğal etdikləri aydın surətdə yazılıb. Bütün bunlara rəğmən, Qərbin Ermənistana müxtəlif yardımlarını davam etdirməsini ilk olaraq ikili standartlar siyasəti ilə izah etmək mümkündür.
Digər tərəfdən, burada xristian təəssübkeşliyinin də yer aldığını təəssüflə vurğulamalıyıq. Müasir dünya üçün bəlaya çevrilmiş dini radikalizmin genişlənməsi fonunda bu, son dərəcə narahatedici amil təsiri bağışlayır. Sirr deyil ki, Qərbdə islamofobiya getdikcə güclənir. Bu barədə mütəxəssislər və siyasətçilər açıq danışırlar. Əgər dövlət səviyyəsində də dini faktora görə fərqlər qoyulursa, onda dünya üçün ciddi təhdidlərin meydana gəldiyini etiraf etməliyik.
Bir neçə misal həmin tezisi təsdiq edir. Belə ki, müsəlman ölkələri ilə bağlı beynəlxalq təşkilatlar qərar çıxardıqda, ona dərhal əməl edilir. Liviya, İraq, Əfqanıstan və başqa ölkələrə qarşı BMT TŞ-nin qəbul etdiyi qərarlar tez bir zamanda həyata keçirildi. Lakin Ermənistana qarşı uzun illərdir ki, heç bir real addım atılmır. Əksinə, ona müxtəlif yollarla yardımlar edilir.
Təsəvvür edək ki, erməni işğalçı qoşunları Azərbaycanın işğal edilmiş ərazisində qalmaqda, Qərb isə Ermənistana dəstək verməkdə davam edir. Bunu hansı siyasətlə izah etmək olar? Bir tərəfdən, guya, ATƏT-in Minsk qrupu münaqişəni tənzimləməklə məşğuldur, digər yandan isə burada günahkara yardımlar göstərilir. Məntiq aydın deyil.
Qərbin bu cür hərəkətlərini postsovet məkanı ölkələrinə bir qəlibdə yanaşılması ilə də izah etmək mümkündür. Onlar hər bir dövlətin real həyata keçirdiyi siyasətini nədənsə əsas götürmürlər. Belə olan halda haqsızla haqlı tərəzinin eyni gözündə olur. Ədalət prinsipini gözləmək imkansız hala gəlir. Ermənistana yüz milyonlarla yardım edilməsi müxtəlif səbəblərlə izah edilir. Guya, bu addımlar həmin ölkədə biznesin, demokratiyanın, insan sağlamlığının inkişaf etdirilməsinə kömək naminə atılır. Lakin bir müsəlman dövləti üçün bunlar edilmir, üstəlik, onun qarşısına süni şərtlər qoyulur.
Nəhayət, Qərbin Ermənistan siyasətinə hazırkı geosiyasi mənzərənin təsir etdiyini qəbul etmək gərəkdir. Qərbin öz mövqelərini gücləndirmək naminə atdığı addımlar real vəziyyətə uyğun gəlmir. Bununla hansısa uğur əldə edə biləcəklərini düşünürlər. Bu sahədə də təcrübə tamamilə başqa həqiqətləri üzə çıxarır. Çünki regional məsələlərdə geosiyasi nüfuzu yüksək olan ölkə ilə hesablaşmamağın sonu yaxşı olmur. Cənubi Qafqazda Azərbaycanın lider dövlət olmasını Qərbdə açıq etiraf edirlər. Məsələn, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin belə bir fikir söyləyib: “Azərbaycanın əhəmiyyəti onun ölçülərindən qat-qat artıqdır”.
Belə olan halda hansı səbəbdən Azərbaycanın torpaqlarının bir hissəsini işğal etmiş ölkəyə bu dərəcədə yardımlar edilir? Bizcə, bu sualın üzərində düşünülsə, yaxşı olar. Əks halda, Azərbaycan Qərb tərəfdaşlarının səmimiyyətinə şübhə edə bilər. Aydındır ki, bunun heç kəsə xeyri yoxdur. Terrora qarşı mübarizədə daim beynəlxalq birliyin yanında olan Bakının həm də qlobal enerji təhlükəsizliyinin təminində rolu danılmazdır. Demokratik inkişaf yolu seçmiş ölkə başqalarından ədalətli münasibət gözləməkdə tam haqlıdır. Ermənistana gəldikdə isə, bu dövlət kənardan nə qədər yardım alsa da, atdığı addımlara görə cavab verəcək. Sadəcə, zamana ehtiyac var.
Newtimes.az
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Siyasət
17 Aprel 12:44
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:58
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
Gündəm
17 Aprel 11:24
Gündəm
17 Aprel 11:22
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35

