Yeni müdafiə strategiyası: Almaniya müharibəyə hazırlaşır?
22.05.2015 [09:14]
Ukrayna böhranı Avropa İttifaqı (Aİ) ölkələrinin öz xarici və müdafiə siyasətlərini yenidən nəzərdən keçirmələrinə səbəb oldu. Burada ən fəal mövqeni “Bundesverin ağ kitabı” adlanan yeni təhlükəsizlik strategiyası hazırlayan Almaniya tutdu. Yeni hərbi doktrina II Dünya müharibəsindən sonra məğlub olan faşist ölkəsi Almaniyaya qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur. Hərbi doktrinada əsas istiqamət, ilk növbədə, “Rusiyanın təcavüzü”nə qarşı mübarizə olacaq.
Almaniyanın yeni təhlükəsizlik strategiyası “beynəlxalq məkanda bərqərar edilmiş qaydalar və tənzimləyici normalar”ı Rusiyanın “təsir dairələri” yaratmaqla “dominantlıq” qurması cəhdlərindən qorumaq üçün nəzərdə tutulmuşdur və burada söhbət, əlbəttə ki, Ukraynadan gedir. Ukrayna böhranı Berlinin bugünkü siyasi xətti üçün bünövrəyə çevrilib.
Mayın 6-da, hətta Alyansın özünün icazəsini gözləmədən NATO-nun hər hansı üzvünə edilən hücumu dəf etməyə hazır olduğunu bəyan edən ABŞ yanğını daha da alovlandırır. Bu barədə Vaşinqton sazişinin müddəalarına əsaslanan ABŞ-ın NATO-dakı səfiri Duqlas Lyut bəyanat verib. Bu arada indi Avropada həm Almaniyaya, həm də digər ölkələrə dəstək verməyə hazır təxminən 60 min amerikalı hərbçi var.
Almaniyanın bu gün Avropada və dünyada “daha çox cavabdehlik” daşımalı olduğu barədə Almaniya kansleri Angela Merkelin və digər rəsmi şəxslərin gurultulu bəyanatlarını xatırlamağa dəyər. Bu cavabdehliyin dərəcəsi həm Almaniyada, həm də ölkənin hüdudlarından kənarda ciddi müzakirələrə səbəb olub. AFR-in xarici işlər naziri Frank-Valter Ştaynmayer əmindir ki, “tərəfdaşlar Almaniyadan gələcəkdə daha fəal və hətta daha güclü xarici siyasət gözləyirlər”.
Ötən ilin noyabrında Sidneydə Angela Merkel narahatlığını ifadə edərək demişdir ki, “iki dünya müharibəsinin dəhşətindən, həmçinin, “Soyuq müharibə”nin bitməsindən sonra Rusiyanın davranışı Avropada sülhü sual altına qoyur”. Onun fikirlərini müdafiə naziri Ursula fon der Layen də təsdiq edir və bildirir ki, “Rusiyanın Ukraynaya qarşı fəaliyyəti Avropada təhlükəsizliyin strukturunu kökündən dəyişir”. Nazirin fikrincə, Almaniya xəyal qurmamalı və Kremlin siyasətinə qarşı adekvat cavab tapmalıdır. AFR-in nail olmağa çalışdığı “münaqişələrin həlli, qanunun aliliyi, Avropada dayanıqlı iqtisadi inkişaf” və digər məsələlər heç bir şübhə doğurmur, problem təkcə bunların hansı üsullarla əldə ediləcəyindədir.
Yeni hərbi doktrinanın hazırlanmasına həsr olunan konfrans fevralın 17-də Berlində keçirilmişdir, lakin doktrina tam olaraq gələn il hazır olacaq. Buna baxmayaraq, bu strategiya artıq “təcavüzkar” və “qadağasız” adlandırılıb. Ekspertlərin fikrincə, Almaniya qlobal cəhətdən istiqamətlənmiş militarist xarici siyasət seçir.
Bu gün təhlükəsizlik və müdafiə siyasəti, silahlı qüvvələr, əməkdaşlıq məsələləri və alyanslar və milli fəaliyyət çərçivəsi ilə məşğul olan dörd işçi qrupu məlumdur. Bu qrupların işində siyasətçilər, jurnalistlər, alimlər, hərbçilər, Almaniya və ABŞ analitik mərkəzlərinin ekspertləri iştirak edirlər. “Internationale Politik” (“Beynəlxalq siyasət”) jurnalının baş redaktoru Silke Tempelin, XİN-in planlaşdırma şöbəsinin rəisi Tomas Baqqerin və Berlin ərazi komandanlığının başçısı, general-mayor Hans-Verner Virmanın buraya daxil olduğu məlumdur.
Dövlət rəsmilərinin sözlərinə görə, 2006-cı ildə hazırlanmış əvvəlki alman təhlükəsizlik strategiyası artıq köhnəlib. Həmin strategiya Rusiyanı Avropa İttifaqı və NATO çərçivəsində “əsas tərəfdaş” kimi tanıyırdı. Almaniyanın bu strategiyası Rusiyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü və “Böyük səkkizliyin” iştirakçısı olmasına, nüvə enerjisi sahəsində fəal iş görməsinə əsaslanırdı. Bununla yanaşı, Avropa Şurasının və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvü olan Rusiya ən azı Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarındakı vəziyyətlə bağlı xüsusi məsuliyyət daşıyır. Bununla yanaşı, Almaniyanın nöqteyi-nəzərindən Rusiya bir çox Avropa ölkələri üçün mühüm enerji təminatçısı və iqtisadi tərəfdaş hesab olunur. Alman təhlükəsizlik strategiyasının müəllifləri güman edirdilər ki, Rusiya amili olmadan Avropada təhlükəsizlik, sabitlik, inteqrasiya və tərəqqi təmin oluna bilməz. Buna görə də Almaniya Aİ-nin uzaq şərq hüdudlarında siyasi, iqtisadi və sosial əməkdaşlığın canlandırılmasında Rusiyaya qarşı xüsusi marağa malikdir. Məhz bu reallıqları nəzərə alaraq Almaniya Rusiya və Avropa İttifaqı arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın yaxşılaşmasına kömək etmiş və Rusiyanın Şimali Atlantika Alyansı ilə daha sıx əməkdaşlıq etməsinə dəstək olmuşdur.
1997-ci ildə Rusiya-NATO təməl aktı qəbul edilib. 2002-ci ildə Rusiya-NATO Şurası yaradılıb. Almaniya təhlükəsizlik strategiyasının müəlliflərinə görə, Rusiyanın NATO ilə birgə 1999-cu ildən 2003-cü ilədək Kosovoda sülhməramlı missiyada iştirak etməsi uğurlu əməkdaşlığa nümunə ola bilər.
Rusiyanın NATO ilə əməkdaşlığının tam xronoloji analogiyasında - 1997-ci ildə Ukrayna NATO ilə əməkdaşlıq xartiyası imzalanmışdır. Amma nəticələrinə görə Ukrayna-NATO əməkdaşlığı Rusiya ilə əməkdaşlıqdan fərqli istiqamətdə inkişaf etmişdir. Bunu Almaniya təhlükəsizlik strategiyasının müəllifləri də görüblər. Ukrayna-NATO əməkdaşlığı NATO-nun Ukrayna ilə xüsusi əməkdaşlığının siyasi transformasiyasında əsas amilə çevrilib. Ukraynanın NATO ilə əməkdaşlığı “xüsusi” statusunu alıb. Əməkdaşlığın əsas istiqamətləri 2002-ci ildə Ukrayna-NATO fəaliyyət planında irəli sürülüb. 2005-ci ildən etibarən hərbi alyansın üzvləri və Ukrayna bu ölkənin NATO-ya qəbul edilməsi məsələləri ilə bağlı fəal dialoq aparmağa başladılar. O vaxtdan etibarən Ukrayna NATO-nun rəhbərliyi ilə aparılan əməliyyatlara töhfə verməyə başladı.
Beləliklə, qeyd etmək olar ki, Almaniyanın təhlükəsizlik strategiyasında NATO-nun Ukrayna və Rusiya ilə əməkdaşlığı ilə bağlı müxtəlif xətlər müəyyən edilib. NATO-nun Rusiya ilə əməkdaşlığının “qucaqlaşmaq vasitəsilə dayandırma” rolunu oynadığı bir vaxtda Ukraynanın NATO ilə yaxınlaşması müəyyən fasilələrlə Ukraynanın bu təşkilata üzv olması perspektivinin müzakirə olunması ilə müşayiət olunurdu. Hazırda NATO bəyan edir ki, heç kəs Ukraynanın NATO-ya mümkün üzvlüyünə mane ola bilməz. Eyni zamanda, Almaniya NATO-nun “açıq qapı” siyasətini dəstəkləyir.
NATO-nun ümumi siyasəti ilə bağlı Almaniya təhlükəsizlik siyasətinin müəllifləri Almaniyanın hər hansı xüsusi xəttini görmürlər. Onlar məhz Trans-Atlantik əməkdaşlığın Almaniya və Avropada ümumi təhlükəsizliyin təməli olmasına əsaslanırlar. Buna görə də 2006-cı il “Bundesverin ağ kitabı” strategiyasının müəllifləri Şimali Atlantika Alyansının Almaniyanın gələcək təhlükəsizlik və müdafiə siyasətinin təməl daşı olaraq qalacağını güman edirlər.
Eynilə Almaniya təhlükəsizlik siyasəti Avropa İttifaqının ümumi təhlükəsizlik siyasəti üzərində qurulub. Burada Almaniyanın təhlükəsizliyi qırılmaz surətdə Avropanın siyasi inkişafı ilə bağlıdır. Bu gün Almaniya müharibədən sonrakı süni bölünməni aradan qaldıran daha həmrəy Avropanın bir hissəsidir. Birləşmiş Almaniya Avropanın gələcəyinin formalaşmasında mühüm rol oynayır. Almaniya təhlükəsizlik strategiyasının müəlliflərinin gəldiyi nəticəyə görə, Avropa İttifaqının və Şimali Atlantika Alyansının (NATO) üzvü kimi Almaniya özünü etibarlı tərəfdaş kimi tanıdıb və hələlik biz Berlinin bu rəsmi sənəddən hər hansı əhəmiyyətli uzaqlaşmasını görmürük.
Bundesver Almaniyanın hərtərəfli və fəal təhlükəsizlik və müdafiə siyasətinin bir vasitəsidir. 2006-cı il təhlükəsizlik strategiyasının konsepsiya siyasətinə əsasən, Almaniyanın silahlı qüvvələri üç kateqoriyaya bölünməli idi: çevik, sabitləşdirmə və dəstək qüvvələri. Bundesverin hissələrindən hər biri təlim keçməli və bu üç funksiyaya uyğun olaraq avadanlıq və silah əldə etməlidirlər. Çevik qüvvələr 35 min, sabitləşdirmə qüvvələri 70 min və dəstək qüvvələri 147.5 min hərbi qulluqçudan ibarət olmalıdır. Buna görə də 2006-cı ilin strategiyasına əsasən Bundesver ümumilikdə 252.5 min hərbi qulluqçudan ibarət olmalıdır. Strateji planlaşdırmaya əsasən, bu qüvvələrin birgə kontingentləri bir əməliyyat zamanı uzun müddət ərzində aşağı və orta intensivlikdə hərbi əməliyyatlar apara bilərlər.
2006-cı ilin təhlükəsizlik strategiyası Bundesverin NATO-nun çevik qüvvələrinin tərkibində daim hazır vəziyyətdə olan 5 min hərbi qulluqçunun olduğu 15 min hərbi qulluqçu ilə təmsil olunması hesabı ilə qurulmasını nəzərdə tuturdu. Avropa qüvvələri üçün Bundesver 18 min (ümumi sayın təxminən üçdə biri) əsgər, BMT-nin beynəlxalq sülhməramlı missiyası üçün min və bütün növ xilasetmə və evakuasiya missiyası üçün min hərbi qulluqçu ayırıb.
Beləliklə, cari təhlükəsizlik strategiyası çərçivəsində Almaniya hərb meydanına bir, maksimum iki mükəmməl hərbi qruplaşma çıxara və işğal qüvvəsi kimi saxlaya bilər. 2006-cı il alman təhlükəsizlik strategiyasının müəllifləri Bundesverin kütləvi qırğın silahlarından istifadə etməklə və kütləvi ehtiyat yaratmaqla ümumi müharibədə iştirakını düşünməmişdilər. Ümumi müharibə təhlükəsi Almaniya və Aİ-nin yeni xarici ambisiyalarının qarşısını alan amil ola bilər.
Elsevər Abdullayev
Xəbər lenti
Hamısına baxSosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Analitik
29 Oktyabr 09:13
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30

