ABŞ xarici siyasətdə ənənəvi dəyərlərə sadiqdir
17.03.2009 [12:22]
ABŞ-ın yeni hökumətinin son vaxtlar beynəlxalq aləmdə atdığı diplomatik addımların təhlili onu göstərir ki, müəyyən taktiki gedişlər və yeniliklər də nəzərə alınmaqla rəsmi Vaşinqton xarici siyasət kursunda ənənəvi dəyərlərə sadiqdir. Belə ki, bu gün beynəlxalq arenada cərəyan edən və Ağ Ev üçün daim mühüm əhəmiyyət kəsb edən, eləcə də, prioritet xarakter daşıyan siyasi proseslərə ABŞ-ın münasibəti bu fikri söyləməyə əsas verir. Prezident Barak Obama hələ seçkiqabağı kampaniya zamanı İran və Suriya kimi ölkələrlə mövcud problemləri yoluna qoymaq üçün birbaşa danışıqlar üstünlük verəcəyini söyləsə də, müəyyən səbəblər ucbatından bu dövlətlərlə siyasi dialoqun başlanması yubanır.
Siyasi müşahidəçilərin fikrincə, bu da ilk növbədə İranın hələ də davam etdirdiyi “nüvə enerjisi proqramın”dan beynəlxalq aləm üçün doğan təhlükə, eləcə də, bu ölkənin “beynəlxalq terrorçuluğu dəstəkləməsi” faktları ilə bağlıdır. ABŞ-ın xarici siyasətində strateji önəm kəsb edən və milli həyatı maraqlarının qorunmasında prioritet rol oynayan Yaxın Şərq regionu ilə də bağlı bu ənənələrə sadiqliyini Ağ Ev bir daha nümayiş etdirdi. Belə ki, dövlət katibi Hillari Klintonun Yaxın Şərqə ilk işgüzar səfərində istər İsrail, istər Fələstin rəhbərləri, eləcə də, regiondakı digər ölkələrin liderləri ilə keçirdiyi görüşlər zamanı Vaşinqton rəsmisi Ağ Evin bölgə ilə bağlı prinsipial mövqeyini bir daha ortaya qoyub. Vaşinqtonun bu prinsipial mövqeyinin əsas məğzi isə ondan ibarətdir ki, ərəb-İsrail münaqişəsinin təməl xəttini təşkil edən Fələstin probleminin həlli yolunda müstəqil demokratik, dünyəvi dəyərlərə əsaslanan Fələstin dövlətinin yaranması (“İki xalq, iki dövlət prinsipləri zəmnində”) mühüm şərtlərdən biridir. Eyni zamanda, İsrailin təhlükəsizliyinin qorunması və təminatı xüsusi olaraq vurğulanıb.
Dövlət katibi H.Klinton, həmçinin, bölgədə cərəyan edən proseslərlə bağlı “Həmas” təşkilatının qeyri-konstruktiv mövqeyini kəskin tənqid edib. Bu yaxınlarda ABŞ Dövlət Departamentinin yaydığı beynəlxalq aləmdə insan hüquqları ilə əlaqədar illik hesabat və bu hesabatda ayrı-ayrı ölkələrdə demokratik dəyərlərlə bağlı səslənən tənqidi fikirlər də (xüsusilə, Ermənistanda son bir il ərzində yaranmış vəziyyət) yuxarıda deyilənlərə bariz nümunədir. Belə münasibət də onun göstəricisidir ki, demokratik ideallara və dəyərlərə bağlılıq həm ölkə daxilində, həm də beynəlxalq aləmdə ABŞ hökuməti üçün önəmli xarakter daşıyır.
Dövlət Departamentinin illik hesabatında bu sahədə İraq və Əfqanıstan kimi ölkələrdə azacıq da olsa, irəliləyiş olduğu qeyd edilir. Lakin bütövlükdə Əfqanıstanda hərbi-siyasi vəziyyət mürəkkəb olaraq qalır. Təxminən son 7 il ərzində ölkədə terrorçu-ekstremist qüvvələrə qarşı mübarizədə, yeni dövlətçilik sisteminin bərqərar olmasında müəyyən uğurlar əldə edilsə də, bu hadisələrin gedişi onu göstərir ki, bu istiqamətdə hələ çox ciddi işlər görülməlidir. Belə ciddi mübarizə indiki şəraitdə nəinki təkcə Qərb aləmi, bütövlükdə beynəlxalq aləm üçün ən aktual problemlərdən sayılır. Əfqanıstanda hərbi-siyasi vəziyyətin sabitləşməsi ilk növbədə ABŞ-ın yeni hökuməti üçün prioritet xarakter daşıyır. Əfqanıstanla bağlı prezident B.Obama “yeni strategiyanı” həyata keçirmək əzmindədir.
Qeyd edək ki, Əfqanıstanda beynəlxalq sülhməramlı qüvvələrin sayının artırılması məsələsi hələ NATO-nun ötən ilin aprelində Buxarestdə keçirilmiş sammitində yekdilliklə dəstəkləndi. İndi Əfqanıstanda xidmət edən 35 minlik Amerika hərbi kontingentinin sayının artırılması məqsədilə prezident B.Obamanın sərəncamına əsasən, Pentaqon yaxın gələcəkdə bu ölkəyə daha 17 min hərbi qulluqçu göndərəcəkdir. Bu proses əsasən, ABŞ-ın İraqdan çıxarılacaq hərbçilərinin hesabına baş verəcəkdir.
Prezident B.Obama isə bu yaxınlarda verdiyi bəyanatda bildirib ki, o, Taliban və “Əl-Qaidə” kimi müdhiş terrorçu-ekstremist təşkilatlara, qüvvələrə qarşı mübarizədə qələbəyə hələ də inanır. Qırğızıstandakı “Manas” hərbi bazasını itirdikdən sonra rəsmi Vaşinqton bu mübarizədə Rusiyanın, Qazaxıstanın və özbəkistanın da tərəfdaşlığına bel bağlayır. Eyni zamanda, NATO üzvü olan digər Qərb dövlətləri də Əfqanıstanda öz silahlı qüvvələrinin sayını artırmaq niyyətindədirlər. Azərbaycan da artıq Əfqanıstandakı hərbi kontingentinin sayını artırıb. Radikal qüvvələrə qarşı mübarizədə davam gətirmək üçün ABŞ hökuməti Əfqanıstanda Həmid Kərzay hakimiyyətinə hər cür dəstək verməyə hazırdır. Otuz ildən çox bir müddətdə qanlı vətəndaş müharibəsi girdabında olan Əfqanıstanın yenidən sivil dünyanın ağuşuna qayıtması nəinki bu ölkə üçün, bütövlükdə, beynəlxalq aləm üçün də böyük əhəmiyyət kəsb edir. çünki bugün Əfqanıstan, əslində, şər qüvvələrlə yenilikçi qüvvələrin döyüş meydanına çevrilib. Bu mübarizənin hansı qüvvələrin xeyrinə qurtarmasından çox şey asılıdır. Bu gün terrordan və dini ekstremizmdən doğan təhlükə kifayət qədər ciddidir. Təcrübə onu göstərir ki, beynəlxalq terrorçuluğa qarşı mübarizə yalnız birgə səylərlə bağlı effektiv nəticələr verir. Qloballaşan beynəlxalq aləmdə terrorizmlə mübarizə getdikcə daha aktual xarakter alır.
Elxan RZAYEV
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

