Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Aİ daxilində səyahət üçün peyvənd sertifikatları üçün 9 ay müddət tətbiq edilib

Aİ daxilində səyahət üçün peyvənd sertifikatları üçün 9 ay müddət tətbiq edilib

21.12.2021 [21:54]

Avropa İttifaqı (Aİ) 1 fevral 2022-ci il tarixindən etibarən, Birlik daxilində səyahətlərdə istifadə edilən Rəqəmsal COVID-19 Sertifikatının etibarlılığını qorumaq üçün son dozadan sonra 9 aylıq müddət veriləcəyini bildirib. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Aİ daxilində səyahət üçün peyvənd sertifikatları üçün 9 aylıq etibarlılıq müddəti tətbiq edilib.

Aİ Komissiyası tərəfindən edilən açıqlamada, peyvənd sertifikatlarında son doza tarixinin 270 gün səyahət icazəsi verəcəyi və bu tarix bitdikdən sonra əlavə doza şərtinin tələb ediləcəyi ifadə olunub.

Üzv dövlətlərə gücləndirici dozaları əldə etmək üçün kifayət qədər vaxt vermək məqsədi ilə qadağa 2022-ci il fevralın 1-dən qüvvəyə minəcək. Tətbiq ümumi bazarın və Şengen bölgəsində səyahət azadlığını qorumaq məqsədi daşıyır.

Qeyd edək ki, Aİ bu günə qədər 807 milyon sertifikat çap edib və Türkiyə də daxil olmaqla 5 qitədə 60 ölkə sistemə daxil edilib.

Xatırladaq ki, Aİ-də istifadə üçün təsdiqlənmiş vaksinlər “BioNTech-Pfizer”, “Moderna”, “AstraZeneca”, “Johnson and Johnson” və “Novavax”tərəfindən istehsal olunur.

Paylaş:
Baxılıb: 818 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30