Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tacikistanda yağan güclü yağışlar nəticəsində 13 nəfər ölüb

Tacikistanda yağan güclü yağışlar nəticəsində 13 nəfər ölüb

28.08.2023 [10:36]

Tacikistanın bir sıra bölgələrində yağan güclü yağışlar nəticəsində 13 nəfər ölüb. Bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmonun Mətbuat Xidməti məlumat yayıb.

“Güclü yağışlar nəticəsində Vəhdət şəhəri və Rudəki bölgəsində təbii fəlakət baş verib, nəticədə 13 nəfər, o cümlədən Vəhdət şəhərində 11, Rudəki rayonunda iki nəfər həlak olub”, - məlumatda deyilir.

Dövlət başçısı həlak olanların ailələrinə başsağlığı verib, onlara yardım göstərməyi, fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməyi ölkənin baş nazirinə, Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinə və digər strukturlara tapşırıb.

Paylaş:
Baxılıb: 765 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Siyasət

22-ci səfər...

16 Sentyabr 11:39  

İqtisadiyyat

Siyasət

Analitik

Sosial

Sosial

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30