Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türk dövlətləri təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirməlidir - Qazaxıstan Prezidenti

Türk dövlətləri təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirməlidir - Qazaxıstan Prezidenti

03.11.2023 [15:35]

Türk dövlətləri təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirməlidir.

Bunu Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Astanada keçirilən 10-cu Zirvə Toplantısında əsas məruzə ilə çıxışında deyib.

"Dünyada qeyri-sabit vəziyyət qalmaqdadır. Beynəlxalq vəziyyət səbatsız olaraq qalır. Hazırkı narahat vəziyyətdə türk xalqlarının birliyini möhkəmləndirmək çox vacibdir. Bu, ümumi təhlükəsizliyimizin etibarlı təminatıdır. Silah və narkotik ticarəti, terrorizm, ekstremizm, miqrasiya ilə əlaqəli çağırışlar artmaqdadır. Bu kimi təhdidlərin qarşısını almaq üçün təhlükəsizlik sahəsində əməkdaşlıq möhkəmləndirilməlidir", - deyə o qeyd edib.

Tokayev gələn il Astanada Təhlükəsizlik Şurasının baş katiblərinin üçüncü görüşünü keçirməyi təklif edib.

"Cinayətkarlıqla birgə mübarizə və türk dövlətlərinin maliyyə tədqiqat orqanları arasında məlumat mübadiləsinə dair sazişin imzalanması vacibdir", - deyə Tokayev əlavə edib.

Paylaş:
Baxılıb: 1040 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30