Elm və təhsil naziri məktəb direktorlarının təkliflərini dinləyib
28.12.2024 [21:17]
Elm və təhsil naziri Emin Əmrullayev Bakının Nəsimi, Xətai, Qaradağ və Binəqədi rayonlarının məktəb direktorları ilə görüş keçirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, görüşün əsas mövzusu məktəb idarəetməsinin təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, vətəndaş məmnuniyyətinin artırılması, həmçinin məktəb-icma əməkdaşlığının inkişaf etdirilməsi və digər müvafiq məsələlərlə bağlı olub.
Elm və təhsil naziri Emin Əmrullayev məktəblərin inzibati idarəetməsində mövcud problemlər və bu onların həlli istiqamətində atıla biləcək addımlardan söz açıb.
Şagirdlərin qiymətləndirilmə prosesinin şəffaf və obyektiv təşkilinin vacibliyini vurğulayan nazir bu yanaşmanın yalnız nəticələrə deyil, təhsilin keyfiyyətinə də əhəmiyyətli təsir göstərəcəyini qeyd edib. Həmçinin şagirdlərin təhsil göstəricilərini artırmaq üçün səriştəəsaslı yanaşmaların tətbiqi məsələləri müzakirə edilib. Bu prosesdə innovativ təhsil metodlarının, layihəəsaslı öyrənmənin və şagirdlərə fərdi yanaşmanın əhəmiyyəti vurğulanıb.
Məktəb və müəllimin cəmiyyətdəki nüfuzunun artırılmasının əhəmiyyətinə toxunan Emin Əmrullayev müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsinin, eləcə də nümunəvi təhsil mühitinin yaradılmasının prioritet məsələlərdən biri olduğunu qeyd edib.
İcma ilə ünsiyyətin əhəmiyyətindən bəhs edən nazir məktəblərin yalnız təhsil müəssisəsi deyil, həm də cəmiyyətin inkişafında əsas mərkəzlərdən biri olduğunu bildirərək valideyn və icma üzvlərinin təhsil prosesinə daha fəal cəlb edilməsinin vacibliyini nəzərə çatdırıb. Əlavə edilib ki, bu əlaqələrin möhkəmləndirilməsi həm şagirdlərin, həm də valideynlərin təhsil prosesinə daha aktiv cəlb olunmasına şərait yaradacaq.
Görüş məktəb direktorları ilə qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib, onların təklif və tövsiyələri dinlənilib.
Xəbər lenti
Hamısına baxElm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58

