Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası olub
15.02.2020 [10:50]
Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbiri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb.
Akademiyanın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın 2019-cu il dekabrın 28-də keçirilmiş ümumi yığıncağında AMEA-nın Nizamnaməsinin yeni redaksiyada qəbul olunduğunu xatırladıb. Akademik İsa Həbibbəyli Nizamnamə üzrə AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin (HİEB) yeni yaradılmış elmi şurasının tərkibindən bəhs edib. Qeyd olunub ki, Rəyasət Heyətinin qərarı ilə HİEB-nin elmi şurasının yeni tərkibi müavinlər - akademiklər Teymur Kərimli, Nərgiz Axundova və 14 nəfər tanınmış alimdən ibarət üzvlərlə təsdiqlənib.
Sonra akademik İsa Həbibbəyli “Elm və həyat” jurnalı barədə məlumat verib. İ.Həbibbəyli 1961-ci ildən nəşr olunan jurnalın yarandığı ilk dövrlərdən öz səhifələrində dünyanın və Azərbaycanın görkəmli alimlərinin elmi əsərlərinin nəticələrinin işıqlandırılmasına, bu nəticələrin həyat və cəmiyyətin inkişafı ilə əlaqələndirilməsinə, gənc alimlərin apardığı tədqiqatların nəticələrinin təbliğinə geniş yer ayırmaqla bütün dünyada ənənə halını almış elmin təbliğinə layiqli töhfələr verdiyini nəzərə çatdırıb. Akademik jurnalın yüksək keyfiyyətli tərtibatda nəşr olunmasının zəruriliyindən söz açıb.
İclasda “Elm və həyat” jurnalının zəngin ənənələrinin müasir dövrün elmi-kütləvi nəşr tələblərinə uyğun, yüksək poliqrafik tərtibatda davam etdirilməsi məqsədilə redaksiya heyətinin yeni tərkibi təsdiq olunub.
Sonra akademik Fərəməz Maqsudovun 90 illik, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədovun 100 illik, AMEA-nın müxbir üzvü Yevgeni Paxomovun 140 illik və AMEA-nın müxbir üzvü Rəna Məmmədovanın 70 illik yubileylərinin keçirilməsi qərara alınıb.
Tədbirdə Yer Elmləri Bölməsinin (YEB) elmi şurasının tərkibi barədə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev bölmənin 2020-ci il yanvarın 15-də ümumi yığıncağının keçirildiyini, gizli səsvermə nəticəsində YEB-in Elmi şurasının üzvlərinin seçildiyini bildirib. Rəyasət Heyətinin qərarı ilə tərkib təsdiqlənib.
İclasda, həmçinin AMEA-nın Kimya Elmləri Bölməsinin elmi şurasının tərkibi bərədə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Biologiya və Tibb Elmləri Bölməsinin elmi şurasının tərkibi ilə bağlı isə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edərək elmi şuraların üzvlüyünə keçirilən seçkilərin nəticələrindən danışıblar.
Qərarla bölmələrin elmi şuralarının yeni tərkibi təsdiqlənib.
Daha sonra Azərbaycan Respublikası “Qırmızı Kitabı”nın III nəşri üzrə iş proqramı haqqında akademik İradə Hüseynova çıxış edib. O, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşrinin Redaksiya heyəti tərəfindən 2020-2023-cü illəri əhatə edən iş proqramının hazırlandığını nəzərə çatdırıb. Kitabın III nəşri üzrə 2020-2023-cü illəri əhatə edən iş proqramı ətrafında müzakirələr aparıldıqdan sonra Rəyasət Heyəti tərəfindən proqram qəbul edilib. Bununla yanaşı, nəşrlə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müvafiq məsələlərin birgə müzakirəsinin təşkil edilməsi məqsədəuyğun hesab edilib. “Qırmızı Kitab”ın III nəşri ilə əlaqədar elmi-təşkilati, texniki, maliyyə və s. məsələlərin vaxtında və səmərəli həllini nəzərdə tutan multidissiplinar elmi tədqiqat proqramının hazırlanması tövsiyə olunub.
“AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin strukturu və ştat cədvəli barədə növbəti məsələ ilə bağlı AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov çıxış edib. O, Məhdud Məsuliyyətli Cəmiyyətin yeni strukturunun müasir dövrün tələblərinə uyğunlaşdırıldığını və bununla da YT Parkın struktur vahidlərinin işinin daha da təkmilləşdiriləcəyini diqqətə çatdırıb.
Müzakirələrdən sonra Rəyasət Heyətinin qərarı ilə “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin struktur və ştat cədvəli təsdiqlənib.
Sonda kadr məsələsinə baxılıb. Akademik İbrahim Quliyev öz xahişi ilə AMEA-nın Neft və Qaz İnstitutunun direktoru vəzifəsindən azad edilib və institutun direktoru vəzifəsinin icrası akademik Fəxrəddin Qədirova həvalə edilib.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46

