Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Yeni inşa olunan “Atelye 61” restoranında Meksika mətbəxinin nümunələri təqdim ediləcək

Yeni inşa olunan “Atelye 61” restoranında Meksika mətbəxinin nümunələri təqdim ediləcək

09.06.2015 [09:32]

İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Dövlət Bayrağı Meydanı ərazisində yeni inşa edilən “Atelye 61” restoranı ilə tanış olublar.
Dövlətimizin başçısına məlumat verilib ki, Meksika mətbəxinin nümunələrinin təqdim olunacağı “Atelye 61”də qonaqlar həm də Latın Amerikası rəqslərini izləyə biləcəklər.
Son illərdə Dənizkənarı Milli Parkın genişləndirilməsi istiqamətində görülən işlər, Dövlət Bayrağı Meydanı, onun ətrafında həyata keçirilən abadlıq-quruculuq tədbirləri paytaxtımızın daha da gözəlləşməsinə, insanların rahatlığına xidmət edir və şəhər sakinlərində xoş təəssüratlar, dərin məmnunluq hissi yaradır. Yeni mədəniyyət və istirahət obyektlərinin açılışı isə şəhərimizi daha da gözəlləşdirir, ölkə sakinlərinin və paytaxtımıza gələn qonaqların istirahətini təmin etməklə yanaşı, respublikamızı turizm mərkəzi kimi tanıdır.

 
Paylaş:
Baxılıb: 957 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31