Şuşanın ilk qurultayı
22.04.2022 [09:46]
Zəfər Günündən Zəfər Qurultayına
Bu gün dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzirlər və tarixi vətəni olan Azərbaycanla fəxr edirlər!
Türk dünyasının mədəniyyət paytaxtında azərbaycanlıların birlik nümunəsi
Nurlan QƏLƏNDƏRLİ
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayır. Zəfər qurultayı aprelin 22-23-də keçiriləcək. Qurultay son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq. Zəfər qurultayında bundan sonra diasporun fəaliyyətini müəyyənləşdirəcək mühüm qərarların qəbul ediləcəyi gözlənilir. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edəcək. Qurultayda postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələrin, Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələrinin və digər bir sıra məsələlərin müzakirəsi gözlənilir.
Heydər Əliyev ideyalarının təntənəsi
Dünyada indiyə qədər çox sayda müharibə baş verib. Öz müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün milli mübarizəyə qalxan millətlər heç də həmişə qalib olmayıblar. Yalnız qətiyyətli lideri olan, güclü dövlət quruculuğuna müvəffəq olmuş və həmrəylik nümayiş etdirən xalqlar haqq-ədalətin təmininə nail olublar. Eynilə Azərbaycan xalqı kimi. Azərbaycan dövləti Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli Liderliyi, xalqımızın milli birliyi-həmrəyliyi, ordumuzun qüdrəti, əsgər və zabitlərimizin şücaəti sayəsində ərazi bütövlüyünü, tarixi ədaləti bərpa edib. Bu gün Azərbaycan xalqı dünyada qalib, müzəffər, qürurlu və qurucu xalq kimi tanınır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün əminəm ki, dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər”.
Zəfər artıq Azərbaycanın mənəvi-siyasi simvoludur. Qarabağ Zəfərindən Şuşa qurultayına gedən yol Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin siyasətinin nəticəsi, müstəqillik və dövlətçilik tariximizin zirvə hadisəsidir.
Zəfər təntənəsi
Azərbaycan xalqı - dünya azərbaycanlıları və bütün dünya 8 noyabr tarixində Şuşanın işğaldan azad edilməsindən və ondan 1 ay sonra Zəfər paradının keçirilməsinin ardınca bu gün Zəfər qurultayına şahidlik edir.
Şuşanın hərbi-siyasi əsarətdən xilas edilməsi qəhrəmanlıq dastanıdır. 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalsa da, Şuşa öz milli kimliyini - azərbaycanlı ruhunu itirməyib. Ermənilərin Şuşanın mədəni-siyasi aurasını dəyişdirmək, onu erməni şəhəri kimi təqdim etmək cəhdləri heç bir nəticə verməyib. Şuşa öz əzəmətini - möhtəşəmliyini, tarixi simasını bərpa etməkdədir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəyovun heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası bu baxımdan xüsusi vurğulanmalıdır. 2022-ci ilin “Şuşa ili” elan edilməsi isə bu prosesin davamı, yaxud prosesə tarixi töhfədir. Dövlətimizin başçısı bununla həm də milli - tarixi-mədəni və ictimai-siyasi yaddaşı təzələyir, gənc nəslə vətənpərvərlik, zəngin mədəni irsimizə bağlılıq hissi aşılayır, milli mirasımıza sahib çıxmaq nümunəsi göstərir. Şuşa bu gün bəşər sivilizasiyasının mədəni xəzinəsidir.
2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradının keçirilməsi isə ölkəmizin qüdrətini, xalqımızın milli mübarizə əzmini növbəti dəfə göstərib. Zəfər paradı Azərbaycanın şanlı qələbəsinin əzəmətli və təntənəli nümayişi idi. Azərbaycan Prezidentinin və Vətən müharibəsində ölkəmizə mənəvi-siyasi dəstək verən qardaş Türkiyənin Prezidentinin qatıldığı paradda “Qarabağ Azərbaycandır!” şüarı bir daha qürurla ifadə olunmuşdu. Paytaxt Bakının Azadlıq meydanında bir çox parad keçirilib. Lakin Zəfər paradı tarixi, siyasi, mənəvi əhəmiyyətinə görə unikal və bənzərsizdir. Prezident İlham Əliyev paradların birində demişdi ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. O, qətiyyətlə və əminliklə bildirmişdi ki, gün gələcək, işğaldan azad edilmiş torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək. O gün gəldi. 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradına işğaldan azad edilmiş ərazilərimizdə qürurla və əzəmətlə dalğalandırılan üçrəngli bayrağımız gətirildi. Bu, xalqımızın sonsuz qürur və iftixar mənbəyi kimi dövlətçilik tariximizə qızıl hərflərlə əbədi həkk olunan müstəsna hadisədir. Prezident İlham Əliyev Azərbaycan xalqına Qələbə sevinci və Zəfər paradı qüruru yaşadan Müzəffər Ali Baş Komandan və yenilməz Sərkərdə kimi növbəti dəfə şanlı tarix yazdı.
Zəfər qurultayı isə qələbəmizin simvollarından biri olmaqla yanaşı, milli həmrəyliyi, mübarizə ruhunu əks etdirir.
Tarixi qələbənin strateji prosesə çevrilməsinə vacib töhfə
Şübhəsiz ki, Vətən müharibəsində tarixi Qələbənin əldə olunmasında və Zəfərimizin diplomatik müstəvidə möhkəmləndirilməsində milli həmrəyliyin - birliyin müstəsna rolu var. Xaricdəki soydaşlarımızın, diaspor təşkilatlarının sistemli fəaliyyəti isə bu səpkidə mühüm əhəmiyyətə malikdir.
Ümumiyyətlə, dünya azərbaycanlılarının milli birlik və həmrəyliyinin təmin olunmasında əhəmiyyətli amillərdən biri də dövlətimiz tərəfindən həyata keçirilən uğurlu diaspor siyasətidir. Milli ideologiya əsasında davam etdirilən diaspor siyasətinin nəticəsi kimi, ölkəmizi təmsil edən diaspor təşkilatlarının fəaliyyətinin əhatə dairəsi genişlənir, səmərəlilik səviyyəsi isə daha da artır. Bunlar isə, nəticə etibarilə, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi və soydaşlarımızın birliyinin daha da möhkəmlənməsi işinə, tarixi Qələbənin strateji prosesə çevrilməsinə vacib töhfədir.
Diaspor təşkilatları yeni çağırışlar qarşısında...
Əlbəttə, yeni reallıqlar fonunda diaspor təşkilatlarının üzərinə böyük məsuliyyət düşür. Fəaliyyətin yeni metodlar əsasında davam etdirilməsi, xüsusilə də informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə edilməsi zəruridir. Eyni zamanda, xarici media qurumları ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması müstəsna önəm daşıyır. Xarici ölkələrdə təbliğat işinin düzgün qurulması ermənilərin ölkəmizə qarşı qara piar kampaniyasının iflasa uğradılmasında böyük əhəmiyyətə malikdir. Diaspor təşkilatları öz fəaliyyətlərini Azərbaycanın hücum diplomatiyası və ya dərin strateji diplomatiya siyasətinə uyğun qurmalıdırlar.
Əziz Şuşada, doğma Qarabağda...
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının - Zəfər qurultayının keçirilməsi isə bu baxımdan mühüm önəm daşıyır. Ermənistan siyasi dairələri əziz Şuşada - əzəli Azərbaycan torpağında baş tutan Zəfər qurultayından ciddi narahatlıq - təlaş keçirdiklərini ifadə edirlər. Amma reallıq dəyişmir - qalib və güclü Azərbaycan yeni tarix yazır. Şuşada Qarabağ zəfəri, milli həmrəylik, xalq-lider birliyi və Azərbaycanın qüdrəti nümayiş etdirilir. Bu, mənəvi-siyasi əhəmiyyətə, rəmzi mənaya malik olmaqla yanaşı, dövlətçilik tariximizin mühüm səhifələrindən birinə çevriləcək. Qurultay yeni reallıqların təqdimatı, qlobal ictimai rəydə Azərbaycanın mövqeyinin möhkəmlənməsi və yeni strateji hədəflərin - milli vəzifələrin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

