7 il öncə bu gün - Azərbaycan daha bir ilkə imza atdı
12.06.2022 [14:50]
XXI əsrin ikinci onilliyində baş tutmuş birinci Avropa Oyunları ilə yeni standartlar müəyyənləşdi
Azərbaycan 31 ilə yaxın müstəqillik dönəmində möhtəşəm nailiyyətlərlə yanaşı, bir çox ilklərə imza atıb, tarix yazıb, adını tarixə yazdırıb. Belə ilklərdən biri də XXI əsrin ikinci onilliyinə təsadüf edən idman bayramı - birinci Avropa Oyunlarıdır.
7 il öncə bu gün - 12 iyun 2015-ci ildə Bakıda start verilən və 16 gün (iyunun 28-dək) davam edən "Bakı - 2015" birinci Avropa Oyunları Azərbaycanın və Avropanın idman tarixində əlamətdar hadisə oldu.
Bəs "qoca qitə"nin idman festivalına çevrilən və dünyada böyük maraqla qarşılanan - izlənən ilk Avropa Oyunları nə ilə yadda qaldı?
- Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çalışan “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin səmərəli fəaliyyəti sayəsində Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi;
- Təşkilat Komitəsi 7 rəsmi tərəfdaşla çalışdı. Oyunlar 100-dən artıq ölkədə, o cümlədən Avropada, Asiyada, Afrikada, Şimali və Cənubi Amerikada, eləcə də Avstraliyada yayımlandı;
- Beynəlxalq idman ictimaiyyətinin ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi ilə bağlı yekun qənaəti müsbət oldu, bu tarixi hadisə Azərbaycanın möhtəşəm nailiyyəti kimi səciyyələndirildi. Məlumdur ki, belə genişmiqyaslı yarışların təşkili üçün ev sahibi ölkələrinə təxminən 7 il vaxt verilir. Azərbaycan rekorda imza ataraq Oyunlara hazırlığı cəmi iki il yarıma yüksək səviyyədə tamamladı. Oyunların möhtəşəm açılış və bağlanış mərasimləri dünyaya ölkəmizin potensialını, eləcə də yüksək nüfuzunu və qüdrətini bir daha nümayiş etdirdi;
- Avropa Oyunları çərçivəsində Olimpiya idman növləri üzrə 16, qeyri-Olimpiya idman növləri üzrə 4 olmaqla 20 idman növü üzrə yarışlar keçirildi;
- 289 idmançı ilə Oyunlara qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazanmaqla Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Ukrayna, Türkiyə kimi yüksək idman nailiyyətləri olan ölkələri geridə qoyaraq komanda olaraq ikinci yerin sahibi oldu.
Avropa Olimpiya Komitəsi ilk Avropa Oyunlarının keçirilməsi ilə bağlı müzakirələr apararkən və qərar qəbul edərkən dünya idman ictimaiyyəti, nüfuzlu araşdırma mərkəzləri, ekspertlər iqtisadi baxımdan güclü, siyasi cəhətdən sabit və təhlükəsiz, müasir və təkmil infrastruktura malik Azərbaycanın seçilməsini yerində - doğru qərar kimi xarakterizə etmişdilər. Və gözləntilər özünü doğrultdu. Bakıda keçirilən ilk Avropa Oyunları möhtəşəmliyi ilə fərqləndi, "qoca qitə"nin idman təqviminə unudulmaz tarix kimi yazıldı.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15

