Azərbaycan rayonlarının infrastrukturu əsaslı şəkildə yenidən qurulur
22.07.2011 [01:34]
Son 7 ildə regionlarda geniş vüsət alan abadlıq və quruculuq işləri sayəsində Azərbaycanın bütün rayonlarının infrastruktur təminatında əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib. Regionlarda mövcud olan iqtisadi potensialdan səmərəli istifadə olunması, dövlətin investisiya xərclərinin böyük bir hissəsinin sosial infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə yönəldilməsi hər bir rayonun simasını dəyişdirib. Bölgələrdə yeni istehsal və emal müəssisələrinin, təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət, turizm obyektlərinin istifadəyə verilməsi sahəsində genişmiqyaslı işlər görülüb.
2011-ci ilin əvvəllərindən başlayaraq Prezident İlham Əliyevin bölgələrə müntəzəm səfərlərinin və rayonlarda əhali ilə keçirilən görüşlərinin intensiv xarakter alması, eləcə də, yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtərəfli tanış olması, regionların inkişafı, yoxsulluğun azaldılması ilə bağlı müəyyən edilmiş strateji proqramlar üzrə konkret tapşırıqlar və göstərişlər verməsi proqramın icrasının və əhatəliliyinin daha da sürətlənməsinə səbəb olub. Dövlət başçısı ilin əvvəllərindən indiyədək respublikamızın bir çox rayonlarına səfərlər edib və ən mühüm infrastruktur obyektlərinin, sosial, təhsil, mədəniyyət, səhiyyə, idman və digər bölmələrdə inşa olunan müəssisələrin tikintisinin vəziyyəti ilə yaxından tanış olub.
Azərbaycanın dövlət başçısı istər Bakı kəndləri olsun, istərsə də regionlardakı kənd və qəsəbələr, ölkənin hər bir yaşayış məntəqəsinin sosial infrastrukturunun yaxşılaşdırılması, abadlaşdırılması üçün tələb olunan maliyyə vəsaitlərinin ayrılmasını təmin edir. Bütün ölkə üzrə aparılan yenidənqurma işlərinin və inkişaf proqramlarının həyata keçirilməsinə dövlət büdcəsindən ayrılan xərclərlə yanaşı, Prezidentin Ehtiyat Fondundan əlavə maliyyə vəsaitləri yönəldilir ki, bu da insanların rahatlığına, firavan yaşamasına, hər bir kommunal vasitələrlə təmin olunmasına səbəb olur.
Prezident İlham Əliyevin Ağdam, Bərdə və Sabirabad rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında imzaladığı sərəncamlar bir daha regionlara olan böyük diqqət və qayğının göstəricisi sayıla bilər. Qeyd edək ki, sərəncamlara əsasən, Ağdam, Bərdə və Sabirabad rayonlarının avtomobil yollarının tikintisi, eləcə də, digər sosial infrastruktur məsələlərinin həlli məqsədi ilə büdcədən əlavə vəsaitlər ayrılıb. Göründüyü kimi, dövlət başçısı davamlı olaraq hər bir yaşayış məntəqəsinin sosial infrastrukturunun yaxşılaşdırılması və yenidən qurulması tələb olunan maliyyə vəsaitlərinin ayrılmasını təmin edir.
Bu günlərdə Xızı rayonuna səfəri zamanı Prezident İlham Əliyev ölkəmizin maliyyə imkanlarının yaxşılaşması nəticəsində infrastruktur layihələrinin daha da geniş vüsət alması üçün tədbirlərin gücləndiriləcəyini diqqətə çatdırıb. Dövlət başçısı qeyd edib ki, sosial infrastruktur layihələrinin həyata keçirilməsi, ilk növbədə, insanların yaxşı yaşamalarına, hər bir şəraitlə təmin olunmalarına xidmət edir: “Bu, bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasəti sosialyönümlüdür, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşları sağlam olmalıdır. Ona görə biz bu şəraiti yaradırıq, insanların sağlamlığı üçün, gənc nəslin sağlamlığı üçün başqa tədbirlər də görülür. Bütün bölgələrdə olimpiya idman kompleksləri tikilir, ekoloji tədbirlər gücləndirilir, ölkəmizdə həyata keçirilən böyük su layihələri də məhz bu məqsədi güdür. Həkimlər yaxşı bilir ki, insanın sağlamlığı üçün ilk növbədə, təmiz, keyfiyyətli su olmalıdır, keyfiyyətli qida olmalıdır. Ona görə bu istiqamətdə görülən işlər əlbəttə ki, sevindiricidir. Ancaq biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daha da böyük işlər görməliyik və görəcəyik”.
Yeni istifadəyə verilən sosial infrastruktur layihələri, o cümlədən diaqnostika mərkəzləri ən qabaqcıl texnologiyalara malik olmaqla yanaşı, arxitektura baxımından milli koloritlərin zənginliyi ilə də seçilir. Məsələn, Xızıda istifadəyə verilən Müalicə-Diaqnostika Mərkəzi xarici görünüşünə görə gözəl memarlıq əsəri kimi diqqəti cəlb edir və dövlət başçısı bu cür zövqoxşayan binaların tikintisini müsbət dəyərləndirib. Cənab İlham Əliyev dünya standartları səviyyəsində olan tibb müəssisələrinin bütün bölgələri əhatə etməli olduğunun vacibliyinə də toxunub. “Azərbaycanda, bölgələrdə yeni tikilmiş və təmir edilmiş bütün səhiyyə ocaqları ən yüksək standartlara cavab verməlidir” deyən dövlət başçısı səhiyyə sisteminin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımların atılacağını xatırladıb. Həm regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramına, həm də digər inkişaf layihələrinə uyğun olaraq bütün rayonlarda yeni səhiyyə ocaqları tikilərək istifadəyə veriləcək.
Dövlətimizin başçısı respublikanın bütün bölgələrində sosial və infrastruktur layihələrinin, inkişaf proqramlarının davamlı olaraq həyata keçiriləcəyini və mövcud olan problemlərin tamamilə öz həllini tapacağını ifadə edib: “Bütövlükdə ölkəmizdə bütün istiqamətlər üzrə işlər yaxşı gedir. İqtisadi inkişaf sürətlidir, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkə kimi artıq özünü tanıtdırıb və qəbul edilmiş proqramlar, xüsusilə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı bizə imkan verir ki, ölkəmiz hərtərəfli inkişaf etsin. O cümlədən Xızı rayonunda da müsbət dəyişikliklər göz qabağındadır. Rayonun infrastrukturunun inkişafı üçün çox vacib tədbirlər görülmüşdür, yol çəkilibdir. Həm magistral yol - Bakı-Rusiya sərhədi magistral yolunun bir hissəsi xızılılara da xidmət edir, eyni zamanda, trasdan Xızıya çəkilmiş yeni yol da yüksək səviyyədədir. Mənə indi verilən məlumata görə, Xızıda işıq problemi yoxdur, qaz problemi yoxdur, qazlaşdırma demək olar ki, yüz faizə çatıbdır. Bu, böyük uğur, böyük nailiyyətdir. İndi içməli su-kanalizasiya layihələri icra edilir, əminəm ki, yaxın vaxtlarda bu məsələ də öz həllini tapacaqdır. Məktəblərin tikintisi, təmiri gedir, gözəl diaqnostika-müalicə mərkəzi tikilibdir. Yəni insanların sağlamlığı, normal yaşaması üçün bütün şərait var”.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44

