Hər bir ölkənin təhlükəsizliyi dövlət üçün böyük əhəmiyyət kəsb edir
06.10.2011 [23:32]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 14-cü iclasının iştirakçılarını qəbul edib.
Dövlətimizin başçısı İlham Əliyev deyib: “Mən sizi Azərbaycanda salamlayıram, xoş gəlmisiniz. çox şadam ki, ölkəmizdə toplaşmısınız. Bilirəm ki, bu cür görüşlər müntəzəm keçirilir. Mən çox şadam ki, bildiyimə görə, dost dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərləri arasında yaxşı qarşılıqlı anlaşma vardır, səylərin əlaqələndirilməsi mövcuddur və bu, çox vacibdir. Müasir dünyada informasiya mübadiləsi, təhlükələrin aradan qaldırılması üzrə əlaqələndirmə və birgə tədbirlər müstəsna əhəmiyyətə malikdir. Hər bir ölkənin təhlükəsizliyi dövlət üçün böyük əhəmiyyət kəsb edir. Təbii ki, təhlükəsizliyi daha uğurla təmin etmək yalnız birgə səylərlə mümkündür”.
Prezident İlham Əliyev dost ölkələrin xüsusi xidmət orqanları arasındakı qarşılıqlı fəaliyyətin gələcək təhlükələrə qarşı birgə mübarizədə uğurlu olacağına əminliyini bildirib. Dövlətimizin başçısı müasir dünyada terror təhlükələrinə qarşı birgə mübarizənin xüsusi önəm daşıdığını vurğulayıb. Prezident İlham Əliyev əlaqələndirmə, informasiya mübadiləsi, qarşılıqlı yardım və dəstəyin xüsusi xidmət orqanları qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsi üçün əsas şərtlərdən olduğunu qeyd edib.
Azərbaycan Prezidenti deyib: “Əminəm ki, Bakıda keçirilən görüş sizin əlaqələrinizi daha da möhkəmləndirəcəkdir. Bu, bizim regionda sülhün möhkəmləndirilməsinə, vətəndaşlarımızın təhlükəsizliyinə, ölkələrimizin sabit inkişafına xidmət edəcəkdir. Sizə uğurlar, yaxşı iş və yaxşı nəticələr arzulayıram”.
Türkiyə Cümhuriyyəti Milli İstihbarat Təşkilatının müstəşarı Hakan Fidan bu tədbirin yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan tərəfinə minnətdarlıq edib. Bildirib ki, bölgədə mövcud olan təhlükələrin birgə əməkdaşlıq şəraitində aradan qaldırılmasında xüsusi xidmət orqanlarının əməkdaşlığı faydalıdır və əlaqələr gücləndikcə bu təhlükələr də zəifləyir. Hakan Fidan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçına çatdırıb.
Prezident İlham Əliyev Onun da salamlarını Türkiyə hökumətinin başçısına çatdırmağı qonaqdan xahiş edib.
Azərbaycan tərəfinə gözəl qonaqpərvərliyə və bu tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür edən Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Nurtay Abıkayev bildirib ki, bütün səylər regionda mövcud olan təhlükələrin aradan qaldırılması üçün qarşılıqlı fəaliyyətə yönəlib. Bir neçə il bundan əvvəl Bakıda olduğunu, ötən müddətdə paytaxtımızda böyük inkişafın yaşandığını, budəfəki səfəri zamanı bütün bunların şahidi olduğunu deyən Nurtay Abıkayev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin salamlarını Prezident İlham Əliyevə çatdırıb.
Dövlətimizin başçısı Nursultan Nazarbayevin salamlarına görə təşəkkürünü bildirib, Onun da salamlarını Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş edib.
Prezident İlham Əliyev bir daha ölkələrimizin xüsusi xidmət orqanları arasında səmərəli əməkdaşlığa toxunub. Dövlətimizin başçısı mövcud əlaqələrin daha da möhkəmləndirilməsi üçün bütün səylərin səfərbər olunmasının vacibliyini diqqətə çatdırıb. Prezident İlham Əliyev bu məsələdə qarşılıqlı fəaliyyətin önəmini vurğulayıb və regiondakı təhlükələrə qarşı birgə mübarizənin əhəmiyyətini qeyd edib. Azərbaycan Prezidenti bir daha Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Bakıda keçirilən 14-cü iclasının işinə uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxGündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00

