Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz YAP nümayəndə heyətini qəbul edib
01.03.2024 [22:30]
III Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Cevdet Yılmaz Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
YAP nümayəndə heyətini ölkəsində salamlamaqdan məmnunluğunu ifadə edən Cevdet Yılmaz Antalya Diplomatiya Forumunun regional və beynəlxalq məsələlərin müzakirəsi baxımından etibarlı platforma olduğunu diqqətə çatdırıb. O, qardaş ölkə təmsilçilərinin ADF-də iştirakının faydalı və önəmli olduğunu söyləyib.
Vitse-prezident 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin 2024-cü ilin fevralın 19-da Türkiyəyə rəsmi səfərini məmnunluqla xatırladan Cevdet Yılmaz iki dost və qardaş ölkə arasındakı münasibətlərin uğurla inkişaf etdiyini, dövlət başçılarının iradələri əsasında ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib. Vitse-prezident qeyd edib ki, Türkiyə və Azərbaycanın beynəlxalq platformalarda da bir-birini fəal şəkildə dəstəkləməsi milli maraqlarımızın təmin olunması və strateji hədəflərin gerçəkləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Səmimi təbrikə və yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov cənab İlham Əliyevin Zəfər seçkisində qazandığı inamlı qələbənin xalq-Lider birliyinin nümunəsi olduğunu vurğulayıb.
Prezident İlham Əliyevin Zəfər seçkisindən sonra ilk rəsmi səfərini Türkiyə Cümhuriyyətinə etməsinin Azərbaycan-Türkiyə qardaşlığının bariz örnəyi olduğunu diqqətə çatdıran Tahir Budaqov yeni mərhələdə iki dövlət arasında çoxşaxəli və məqsədyönlü işbirliyinin həm ölkələrimizin inkişafına, həm də regional və beynəlxalq təhlükəsizliyə xidmət etdiyini söyləyib. “Ortaq milli-mənəvi dəyərlər və köklü tarixi ənənələr üzərində təşəkkül tapmış sarsılmaz qardaşlıq əlaqələri və strateji müttəfiqlik münasibətləri Azərbaycan-Türkiyə birliyini gücləndirən çox önəmli amillərdir. Bu birlik Türk dünyasında da əməkdaşlığın dərinləşdirilməsi, Türk Dövlətləri Təşkilatının güc mərkəzi kimi inkişafı üçün yeni imkanlar və parlaq perspektivlər yaradır”,- deyə YAP Sədrinin müavini bildirib.
III Antalya Diplomatik Formunun önəminə diqqəti cəlb edən YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, bu platforma dünya miqyasında ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafı, dünya ölkələrini maraqlandıran qlobal məsələlərin dialoq və diplomatiya müstəvisində həll edilməsi baxımından olduqca əhəmiyyətli və faydalıdır. O, rəhbərlik etdiyi nümayəndə heyəti adından Forumun işinə uğurlar arzulayıb.
Tahir Budaqov iki ölkənin hakim partiyaları arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini də məmnunluqla diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
Qeyd edək ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov daxildir.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15

