Keniyalı atlet inanılmaz dünya rekordu qırıb
14.10.2024 [19:12]
Marafonda qadınlar arasında dünya rekordu indi 2 saat 09 dəqiqə 56 saniyədir. Hətta hamıdan cəld atlet efiopiyalı Abebe Bikila da belə sürətlə qaçmayıb, kişilər arasında Rusiya rekordu ilə müqayisədə bu rekord yalnız bir dəqiqə geridə qalır. Lakin məhz bu nəticə ilə keniyalı Rut Çepngetitç Çikaqoda Tigist Assefanın əvvəlki nailiyyətini iki dəqiqə, ən yaxşı şəxsi rekordunu isə dörd dəqiqə yaxşılaşdırıb.
AZƏRTAC xəbər verir ki, ötən il efiopiyalı Asefa Berlində 2:11.54 nəticə göstərib və bu, möhtəşəm nailiyyət idi. 2 saat 12 dəqiqədən tez qaçmaq artıq yüksək nəticədir. Ancaq 2:10.00-dan tez qaçmaq isə kişilər üçün yaxşı nəticədir. Müqayisə üçün: mərakeşli Yuness Bennar Moskva marafonunu 2:11.34 vaxta qaçaraq, turnir rekordu vurub. Amma bu, Çepngetitçin rekordundan 1.40 daha azdır.
Otuz yaşlı Çepngetitçin həm nəticəsi, həm də məsafə planı inanılmaz, heyrətamiz bir göstəricidir. Bu, kişilərdən birinin rəqabət rejimində iki saatdan az vaxt sərf etməsi ilə müqayisə edilə bilər, axı Eliud Kipçoge bu maneəni dəf edib, lakin ürək stimulyatorları ilə xüsusi təşkil edilmiş yarışda belə rekordlar nəzərə alınmır.
Çepngetitç əvvəllər də çox sürətli və aqressiv qaçırdı, lakin o, bütün məsafəni qət edəcək qədər güclü deyildi. Keniyalı üçüncü dəfədir ki, Çikaqoda qalib gəlir, əvvəllər bunu 2021 və 2022-ci illərdə etmişdi. 2022-ci ildə ovaxtkı dünya rekordunu qırmağa cəmi 14 saniyə çatmayıb.
İndi Çikaqoda yalnız doqquz kişi daha sürətlə qaçıb. Ən yaxın rəqiblər səkkiz dəqiqədən çox geridə qalıblar. Rut finişə birinci gəlib, məşqçisi ilə qucaqlaşıb, Keniya bayrağı ilə öz nailiyyətini fotoqraf və operator izdihamı qarşısında qeyd edib, həmçinin bildirib ki, o, rekordunu bir il əvvəl Çikaqoda kişilər arasında yeni nailiyyət əldə edən və bu ilin fevralında yol qəzası nəticəsində faciəli şəkildə dünyasını dəyişən həmyerlisi Kelvin Kiptuma həsr edib.
O, qələbəyə görə 100 min dollar, rekorda görə isə daha 50 min dollar mükafat alacaq. Lakin nailiyyət əvvəlcə təsdiqlənməlidir.
Çepngetitç öz nailiyyətindən yenicə həzz almağa başlamışdı ki, mətbuat konfransında “LetsRun” portalının jurnalisti Robert Conson ona birbaşa sual verdi ki, “belə bir nəticəyə inanmaq mümkün olmur və o, yəqin ki, dopinq qəbul edir” şayiələrinə cavab verə bilər? Həm də nəzərə almaq lazımdır ki, son illərdə bir çox aparıcı keniyalı idmançının qanunsuz preparatlardan istifadə etdiyi məlum olub. Rut “qoy danışsınlar”, deyə suala cavab verib.
Ən böyük atletika forumlarında istifadəçilərin əksəriyyəti onun nəticələrinin təmizliyinə şübhə edir. Ancaq sosial şəbəkələrdə Consonun hərəkəti pislənib, görünür, keniyalı qadının həqiqətən dopinq testindən keçə bilməyəcəyi ehtimalı daha çoxdur.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

