“Bakı-2015” Avropa Oyunları ilə Türkiyənin “NTV Spor” kanalı arasında saziş imzalanıb
02.09.2014 [09:04]
Sentyabrın 1-də “Bakı-2015” Avropa Oyunları ilə Türkiyənin aparıcı idman kanalı olan “NTV Spor” arasında beynəlxalq yayım haqqında ilk saziş imzalanıb.
AzərTAc xəbər verir ki, sazişə görə, “NTV Spor” kanalı Türkiyə ərazisində birinci Avropa Oyunlarının yayımını həyata keçirməklə gələn ilin yayında keçiriləcək 17 günlük yarışları canlı izləməkdə idman azarkeşlərinə imkan yaradacaq.
“NTV Spor” televiziya, internet və mobil platformalar üzərindən hər gün yeddi saat ərzində Oyunları təqdim edəcək. Həmin yeddi saatın böyük hissəsi canlı olaraq yayımlanacaq. Eyni zamanda, yarışların parlaq məqamlarından seçilmiş videomateriallar ilə birgə açılış və bağlanış mərasimləri də canlı nümayiş olunacaq.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq qeyd edib ki, ilk beynəlxalq yayım sazişi bağlamaqdan çox şaddır: “Sözügedən saziş milyonlarla türkiyəli idman azarkeşinə birinci Avropa Oyunlarını canlı izləmək imkanı yaradacaq. Türkiyədə böyük idman tədbirlərini yayımlayan “NTV Spor” Avropa Oyunlarında hər bir idman növünün keyfiyyətli şəkildə təqdim olunmasına xidmət edəcək”.
“Doğus Media Group”un İdman Qrupunun prezidenti Fuat Akdağ deyib: “Biz Türkiyədəki idman azarkeşlərini Avropa Oyunlarının yayımlanması xidməti ilə təmin etmək üçün Beynəlxalq İdman Yayımı Şirkəti və “Bakı-2015” ilə işləməyi səbirsizliklə gözləyirik. Bu saziş təkcə Türkiyədə çoxsaylı idman növlərindən ibarət yarışlara olan marağı əks etdirmir, eyni zamanda, həmin yarışların beynəlxalq yayım şirkətləri üçün güclü məhsul olaraq qalacağını göstərir”.
Türkiyə Olimpiya Komitəsinin baş katibi xanım Nəşə Gündoğan bildirib ki, bu saziş Türkiyədəki idman azarkeşlərini bir araya gətirəcək və bütün türk xalqına birinci Avropa Oyunlarında yarışmaq üçün seçilmiş idmançılarımıza öz dəstəklərini göstərməyə imkan yaradacaq. Biz hər zaman Azərbaycan ilə güclü dostluq münasibətlərində olmuşuq və bu sövdələşmə tarixi əlaqələrimizi daha da möhkəmləndirəcək.
“NTV Spor” kanalı Türkiyənin ən böyük media şirkətlərindən olan “Doğus Media Group”a məxsusdur.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

