“Formula-1” Avropa Qran-prisi zamanı dünyanın üç musiqi ulduzu Bakıya gələcək
14.04.2016 [09:58]
İyunun 17-19-da Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-prisi çərçivəsində təşkil olunacaq konsert proqramlarında üç dünya ulduzu öz ifaları ilə azarkeşləri əyləndirəcək.
AZƏRTAC xəbər verir ki, konsert proqramında çıxış edəcək dünya musiqisinin ulduzlarının adları açıqlanıb. Əyləncə proqramında Kris Braun, Enrike İqlesias və Farrell Uilyamsın iştirakı gözlənilir. Onlar “Formula-1” şəhərciyində xüsusi olaraq qurulmuş əsas səhnədə axşam saatlarında müvafiq ardıcıllıqla çıxış edəcəklər.
Proqrama əsasən, iyunun 17-də Kris Braun özünün yüksək enerjili məşhur şousu ilə əyləncə proqramına start verəcək. Amerikalı müğənni, bəstəkar və rəqqas trekdə yarışın ilk günü sona çatdıqda minlərlə “Formula-1” azarkeşinin qarşısında özünün “Yeah3x”, “Look At Me Now” və “Beautiful People” kimi məşhur hitlərini ifa edəcək.
İyunun 18-də səhnədə canlı musiqi ifa etməkdə ad çıxarmış Enrike İqlesias yer alacaq. “Latın pop musiqisinin kralı” kimi tanınan ispan əsilli müğənni tamaşaçılar qarşısında özünün “Hero”, “Bailamos” və “I Like It” kimi məşhur hitlərini səsləndirəcək. O, balladaları və yüksək enerjili rəqs musiqilərindən ibarət albomları ilə təsnifat yarışları sona çatdıqdan sonra Dənizkənarı Bulvarda yerləşən “Formula-1” şəhərciyində çıxış edəcək.
Yarışların sonuncu günü isə Farrell Uilyams əsas səhnədə yer alaraq öz məşhur musiqi proqramı ilə 2016-cı il “Formula-1” Avropa Qran-prisinə yekun vuracaq. İstedadlı amerikalı ifaçı, bəstəkar və prodüser “Get Lucky”, “Happy” və “Frontin” kimi populyar hitlərin və digər musiqi əsərlərinin müəllifi kimi tanınır.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai jurnalistlərə açıqlamasında “Formula-1” şəhərciyində bir neçə səhnənin qurulacağını bildirərək deyib: “Bilet alanlar yarışı izləməklə yanaşı, müğənnilərin konsertində iştirak etmək və məşhurlarla avtoqraf sessiyasına qatılmaq şansı qazanacaqlar. Onlar, həmçinin GP 2 yarışlarına da tamaşa edə biləcəklər. Biz özümüz üçün Sinqapur proqramını seçmişik. Məqsədimiz Avropa Qran-prisi zamanı tam əyləncə proqramı tətbiq etməkdir”.
Konsertə giriş pulsuz olacaq. Proqramda yalnız Avropa Qran-prisinə bilet alan tamaşaçılar iştirak edə biləcəklər.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

