“Şimal-Cənub” dəhlizi genişləndirilir
12.09.2024 [09:28]
Astara-Bakı-Həştərxan marşrutu ilə konteyner qatarlarının hərəkəti reallaşacaq
“Şimal-Cənub” Nəqliyyat Dəhlizi ailəsinə üzv ölkələr bu tranzitin genişləndirilməsi istiqamətində təşəbbüsləri artırmaqdadır. Bu istiqamətdə yeniliklərdən biri Astara (İran) - Bakı (Azərbaycan) - Həştərxan (Rusiya) marşrutu ilə konteyner qatarının buraxılması imkanlarının reallaşdırılmasıdır. Rusiyanın Həştərxan vilayətinin Xarici Əlaqələr Nazirliyinin məlumatına görə, hazırda Azərbaycanla Həştərxan vilayəti arasında əsas yük axını dəmir yolu ilə həyata keçirilir. Bu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Marşrutunun qərb qoludur. Azərbaycandan Rusiyaya bir çox mallar, həmçinin İran, Türkiyə və Hindistandan tranzit yüklər daşınır. Azərbaycanla birgə həmin nəqliyyat qolunun daha da genişləndirilməsi məqsədilə Kutum stansiyasında yerləşən Həştərxan dəmir yolu qovşağının infrastrukturunun yenidən qurulması nəzərdə tutulur. Yeni infrastrukturdan istifadə etməklə Astara-Bakı-Həştərxan marşrutu üzrə konteyner qatarının buraxılması mümkün olacaq.
Həştərxan vilayətinin Xarici Əlaqələr Nazirliyi bu layihənin “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndə heyətinin bu günlərdə Həştərxana səfəri zamanı müsbət qiymətləndirilərək razılaşdırıldığını və nəzərdə tutulan plana əsasən, mövcud infrastruktur təminatlarının yaradılacağını bildirib.
Hədəf ildə 15 milyon tondan çox yük daşınmasını təmin etməkdir
Qeyd edək ki, “Həştərxan vilayəti ilə Azərbaycan Respublikası hökuməti arasında əməkdaşlığın inkişafı üzrə 2024-2026-cı illər üçün Proqramı”na əsasən, Həştərxanın logistika qovşaqları vasitəsilə Azərbaycandan Rusiya Federasiyasına və əks istiqamətdə yükdaşımalarının həcminin artırılması nəzərdə tutulub. Rusiya Prezidenti Vladimir Putinin ötən ay Bakıya səfəri zamanı da “Şimal-Cənub” layihəsinin müstəsna əhəmiyyətinə toxunulub. Bu trans-magistralın regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları ilə bağlı xüsusi strateji rolunun artırılması məsələsi əsas müzakirə mövzularından biri olub. Həmin görüşdə bəyan edilib ki, “Şimal-Cənub” dəhlizinin Azərbaycan ərazisindəki dəmir və avtomobil yolları tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırkı mərhələdə isə ölkəmiz dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuldur. Hədəf ildə 15 milyon ton və daha çox yüklərin daşınması imkanlarını təmin etmək üçün bütün zəruri infrastrukturları müasirləşdirməkdir. Kutum stansiyasındakı dəmir yolunun yenilənməsi və Azərbaycanın şimal dəmir yolu xətti ilə birlikdə tam müasirləşdirilərək vahid şəbəkəyə inteqrasiya olunması da məhz həmin tədbirlərin tərkib hissəsidir.
“Şimal-Cənub” həm də “Trans-Xəzər”lə nəqliyyat sistemində birləşəcək
“Şimal-Cənub” dəhlizinin digər marşrutlarla müqaisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hind Okeanı, Süveyş kanalı, Aralıq Dənizi, Baltik Dənizindən keçərək Helsinki şəhərinə 45-60 gün ərzində daşıma müddəti təşkil edirsə, Şimal-Cənub Tranzit Dəhlizi ilə bu müddət 20-25 gün təşkil edir. Yəni bu nəqliyyat arteriyası dünya üçün ən əhəmiyyətli daşınma xətlərindən biri kimi aktulllığını daha da artırır.
Nəqliyyat dəhlizinin ən mühüm quru hissəsi Rusiya, Azərbaycan və İrandan keçir və hər 3 ölkə bu marşrut xəttinin tamamilə modernləşdirilməsində və digər kənar nəqliyyat qovşqları ilə birləşməsində maraqlıdır. Rusiya və Azərbaycan, eyni zamanda, “Şimal-Cənub” marşrutunun “Trans-Xəzər” bölməsi ilə yük daşımalarının artırılması istiqamətində də fəal iş aparılır. Məqsəd hər iki ölkənin bu nəqliyyat dəhlizinin gücünü daha da artırmaq, Xəzər klasteri zonasında bütün obyektlərinin, xüsusilə liman infrastrukturu və konteyner qovşaqlarının əlaqələndirilməsi ilə geniş bir dəniz yükdaşıma sisteminin yaradılmasıdır.
Yeri gəlmişkən, Azərbaycan və Rusiya “Ulyanovsk-Bakı-Astara” birbaşa yük blok qatarının marşrutunu da istifadəyə hazı vəziyyətə gətirməkdədir ki, bu nəqliyyat xətti də “Şimal-Cənub” dəhlizi ailəsinin tərkib hissəsidir. “Ulyanovsk- Bakı - Astara” marşrutu “Orta Volqa - Xəzər dənizi - Fars körfəzi” logistika layihəsinin qərb dəmir yolu dəhlizi hesab edilir və aqrar-sənaye, o cümlədən ağac emalı məhsullarının daşınmasını nəzərdə tutur.
Azərbaycan Cənub dəmir yolunu da yenidən qurur
Azərbaycan həm də dəhlizin cənub seqmentində dəmir yolu infrastrukturlarını da müasirləşdirir. İndiyə qədər öz dəmir yolu xətlərinin İran dəmir yollarına birləşdirilməsinə dair xeyli işlər görüb, Azərbaycanın Astara stansiyasından İranın Astara şəhərinə qədər dəmir yolu artıq inşa edilib. Hazırda dəhlizboyu daşımaların əsas hissəsi yük maşınlarından istifadə etməklə həyata keçirilir. Cənubdan daxil olan yük axınlarını qarşılamaq üçün İran və Azərbaycan öz dəmir yollarını tam birləşdirməyi qərar alıb və bu məqsədlə 167 km uzunluğunda Astara-Rəşt dəmir yolunun tikintisi nəzərdə tutulur.
Mövcud infrastrukturların qurulması və yeni dəmir yolu xətlərinin birləşdirilməsindən sonra Şimal dövlətləri öz nəqliyyat xətlərini dəhlizə tam inteqrasiya edəcək, Skandinaviyanın nəqliyyat xətləri Rusiya, Azərbaycan və İranın dəmir yolları bir şəbəkədə birləşəcək və Şimaldan İran körfəzinə qədər vahid dəmir yolu formalaşacaq. Həmçinin, layihənin digər iştirakçı tərəfləri olan Orta-Mərkəzi Asiya ölkələri də öz dəmir yolu xətlərini bu dəhlizə inteqrasiya etməkdədir.
Göründüyü kimi “Şimal-Cənub” Nəqliyyat Dəhlizi region ölkələri üçün öz strateji əhəmiyyətini daha da artırmaqdadır. Hindistandan və İran Körfəzi regionundan, yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə yük və daşınmaların fasiləsiz hərəkətini təmin edən dəhlizin rentabelliliyi ildən-ilə daha da yüksəlir. 13 ölkənin təmsil olunduğu bu nəqliyyat xəttində hazırda aparılan infrastruktur yeniləmələri “Şimal-Cənub” arteriyasının daha da hərəkətliliyinin güclənməsinə hesablanıb.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46

