Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Biznes icması və vətəndaşlar üçün...

Biznes icması və vətəndaşlar üçün...

12.09.2024 [09:47]

Vergi Məcəlləsinin yeni variantı onların təklifləri əsasında hazırlanacaq

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsinin yeni strukturunun hazırlanması üçün biznes icması və vətəndaşlardan təkliflərin qəbuluna başlayıb. Biznes cəmiyyətini, sahibkarları vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə öz töhfəsini verməyə dəvət edən qurum bu məqsədlə vergi ödəyicilərinin və biznes ictimaiyyətinin təkliflərin təqdim edilməsi üçün rəsmi internet səhifəsində ayrıca bölmə yaradıb. Qarşıdakı 1 ay ərzində ölkədə biznesin inkişafına təkan verəcək, sahibkarlıq fəaliyyəti zamanı ortaya çıxan çətinliklərin həllinə kömək edəcək, vergi orqanı ilə biznes icması arasında münasibətlərin ən sivil formada tənzimlənməsini təmin edəcək təkliflər qəbul olunacaq.

Vergi qanunvericliyində təkmilləşdirmələr davamlı xarakter daşıyır...

Vergi qanunvericiliyinin təkmilləşdirilməsi davamlı xarakter daşıyır və ölkəmizin iqtisadi inkişaf strategiyasının tələblərinə, vergi sistemində baş verən mühüm dəyişikliklərə, ələxsus da qabaqcıl ölkələrin vergi sistemlərində tətbiq olunan ən müasir vergi alətlərinin ölkəmizə gətirilməsi, daha çevik vergi siyasətinin aparılmasına uyğun olaraq daim yeniləşir. İqtisadiyyatın inkişafı yeni reallıqları meydana çıxarır, bu qanunauyğunluqların ritminə əsasən, vergi güzəşt və azadolmalarının əhatəsi genişləndirilir, optimallaşma sayəsində vergi dərəcələri aşağı salınır, iqtisadiyyata investisiya qoyuluşu stimullaşdırıllr, kiçik və orta sahibkarlıq üçün əlverişli vergi mühiti yaradılır, habelə vergi xidməti orqanlarının fəaliyyətinin səmərəliliyi də artırılır.

Bununla yanaşı, ölkədə iqtisadi islahatlar dərinləşdikcə vergiqoymanın qanunvericilik və metodoloji bazasının təkmilləşdirilməsi zərurəti yenidən meydana çıxır, qanunvericilikdə mövcud olan bir sıra boşluqların aradan qaldırılması labüdləşir. Məhz bu tələbatlardan doğan zərurətlərə uyğun olaraq son 20 ildə vergi qanunvericliyində bir neçə dəfə təkmilləşdirmələr aparılıb. Vergi qanunvericiliyinin təkmilləşdirilməsinin konseptual əsasları vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi güzəştlərinin minimuma endirilməsi, vergidən yayınma hallarına qarşı səmərəli mübarizənin təşkili, əlverişli investisiya mühitinin yaradılması, bütün vergi ödəyiciləri üçün bərabər iqtisadi şəraitin təmin edilməsi, ölkədə sahibkarlığın inkişafı və azad rəqabətin formalaşmasından ibarət olub. Xüsusilə də Vergi Məcəlləsində aparılan təkmilləşdirmələrin ən başlıca prioritetlərindən biri isə biznesin mənafeyinə xidmət edən səmərəli mexanizmlərin yaradılmasını özündə əks etdirib. Ötən dövrlər ərzində Məcəllənin ən azı 100-dən artıq maddəsi bu və ya digər formada vergi ödəyicilərinin hüquqlarının qorunmasına və onların qanuni maraqlarının təmin olunmasına yönəldilib.

“Kölgə iqtisadiyyatı”nın azaldılması vergitutma bazasını genişləndirir...

Son illərdə yeni iqtisadi islahatların dərinləşdirilməsi, 2018-ci ildən başlayaraq vergi sistemində köklü dəyişikliklərin baş verməsi vergi siyasətinin daha da optimallaşdırılmasına səbəb olub ki, bu da qanunvercilikdə aparılan dəyişikliklərlə müşayiət olunub. Xüsusilə də, iqtisadiyyatın şəffaflaşdırılması, vergidən yayınma hallarının qarşısının alınması, qeyri-rəsmi iş yerlərinin rəsmiləşdirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və digər mühüm addımlar nəticə etibarilə biznesin məsuliyyətini, könüllü vergi ödəmə mədəniyyətini də yüksəldib. Bu, islahatlar eyni zamanda, ölkədə biznesin iqtisadi fəallığının artmasına və vergi yığımlarının həcminin əhəmiyyətli həcmlərdə yüksəlməsinə səbəb olub.

Ümumilikdə, son illərdə Azərbaycanda sahibkarliğin inkişafi, biznes mühitinin daha da yaxşilaşdirilmasi məqsədilə vergi qanunvericiliyinə edilmiş mühüm dəyişiklikləri 5 əsas istiqamət üzrə təsnifləşdirmək mümkündür:

• sahibkarliğin dəstəklənməsi;

• vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nin miqyasinin azaldılması;

• vergitutma bazasının genişləndirilməsi;

• vergi inzibatçılığının təkmilləşdirilməsi;

• mövcud və yeni veriləcək vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi.

İslahatlar vergi daxiolmalarının həcminin artmasına səbəb olub...

Azərbaycanın vergi sistemi son 5 ildə mühüm iqtisadi çağırışlara uyğun inkişaf yolunda əsaslı islahatlarla zənginləşərək özünün yeni simasını formalaşdırıb. Vergi sistemi hazırda iqtisadiyyatın mühüm sütunu, büdcə daxilolmalarının hərəkətverici qüvvəsi və biznes mühitinin əlverişliliyini təmin edən əsas iştirakçıya çevrilib. Xüsusilə də, müasir islahatlar ölkə iqtisadiyyatının mühüm çağırışlarından olan qeyri-neft sektorunun inkişafının təmin edilməsinə mühüm təsir edir.

2023-cü ildə həm iqtisadi artımın, həm də şəffaflaşma tədbirlərinin davam etməsi şəraitində dövlət büdcəsinə proqnozdan əlavə 1,1 milyard manat daxilolma təmin edilib. 2014-cü ilin birinci yarısında dövlət büdcəsinin daxilolmalarının 8 milyard 282 milyon manatı və ya 44 faizi vergi daxilolmalarının payına düşüb. Vergi gəlirləri təsdiq edilmiş proqnozdan 1 milyard 53 milyon manat və ya 14,6 faiz çox olub. Qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 874,7 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 675,3 milyon manat və ya 13 faiz çoxdur. 5 ildir ki, qeyri-neft-qaz vergi daxilolmalarının artım tempi qeyri-neft-qaz ÜDM-in nominal artım tempini üstələyir ki, bunun da əsas səbəbi dövriyyələrin şəffaflaşmasıdır.

Həmçinin, vergi sistemində aparılan islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi informasiya texnologiyalarının geniş tətbiqi fonunda  rəqəmsallaşmanın da rolunu gücləndirib. Rəqəmsallaşmanın genişləndirilməsi isə vergi ödəyicilərinə yüksək səviyyədə xidmətin göstərilməsinə yol açır.

Beləliklə, iqtisadiyatın vahid orqanizminin ən ayrılmaz tərkib hissəsi kimi vergi sisteminin normativ-hüquqi bazasının təkmilləşdirilməsi paralel və davamlı xarakter daşıyır. Vergi inzibatçılığının keyfiyyətinin tamamilə yeni standartlar əsasında formalaşır.

Məcəllənin yeni strukturunu labüd edən əsas amillər hansılardır? 

Vergi sistemi ölkə iqtisadiyyatının fundamental hissəsidir və burada islahatlar ölkənin sosial-iqtisadi inkişaf hədəflərinə uyğun həyata keçirilməkdədir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri”nə uyğun olaraq dayanıqlı iqtisadiyyata dəstək, özəl sektorun iqtisadi inkişafda payının artırılması, qeyri-neft sektorunun inkişaf tempinin davamlılığının təmin edilməsi, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması kimi hədəflər əsas istiqamətləri müəyyən edir. Habelə, “2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf strategiyası”nın icrası Vergi Məcəlləsinin daha da rəqabətqabiliyyətli və anlaşılan olmasını, bir sıra məsələlərin detallı tənzimlənməsini və mövcud maddələrin tərkib elementlərinin təkmilləşdirilməsini zəruri edir.

Bu hədəflərə çatmaq üçün vergi inzibatçılığının təkmilləşdirilməsi, optimallaşdırma tədbirlərinin daha da artırılması olduqca zəruridir. Ortamüddətli perspektivdə “kölgə iqtisadiyyatı” ilə sistemli mübarizənin davam etdirilməsi, şəffaflıq səviyyəsinin artırılması üçün vergi siyasətində rəqəmsallaşmanın genişləndirilməsi, iqtisadiyyatın strateji sahələrinin inkişafının stimullaşdırılması, habelə investisiya və kapital qoyuluşu həcminin artırılması üçün vergi təşviqi alətlərindən effektiv istifadə edilməsi labüddür.

Əlverişli biznes mühitinin yaradılması, habelə dövlət-biznes münasibətlərində qarşılıqlı etimadın artırılması baxımından biznes nümayəndələri ilə fikir mübadiləsinin aparılması, onların rəy və təkliflərinin, qarşılaşdığı çətinliklərin, qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi prosesində onların təkliflərinin dinlənilməsi və öyrənilməsi məqsədilə sahibkarlıq subyektləri ilə mütəmadi olaraq sahəvi görüşlər keçirilib. Həmin görüşlərdə irəli sürülən bir sıra təkliflər uğurlu təcrübələr də nəzərə alınmaqla vergi qanunvericiliyində aparılmış dəyişikliklərdə öz əksini tapıb. Bu baxımdan sahibkarlar, sahəvi assosiasiyalar, bütövlükdə biznes və ictimaiyyət tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təqdim ediləcək təkliflər xüsusi önəm daşıyır.

Beləliklə, biznes icmasının və ödəyicilərin irəli sürdüyü təkliflər vergi orqanı tərəfindən dəyərləndirilərək vergi qanunvericiliyinin təkmilləşdirilməsində nəzərə alınacaq. Sahibkarların irəli sürdüyü səmərəli rəy və təkliflər, eləcə də biznes assosiasiyaları tərəfindən təqdim olunan yeni təşəbbüslər Vergi Məcəlləsində müvafiq dəyişikliklər və təkmilləşdirmələr aparılan zaman nəzərə alınacaq ki, bu da ümumilikdə, ölkəmizdə vergi siyasətinin optimallaşdırılmasında mühüm rol oynayacaq.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 395 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31