Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırır
03.09.2025 [09:54]
Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub marşrutlarını əlaqələndirən nəhəng haba çevriləcək
Sentyabrın 1-də Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxış edən Prezident İlham Əliyev təşkilata üzv ölkələrlə Azərbaycan arasında iqtisadi-ticari əlaqələrin inkişafı, nəqliyyat-enerji bağlantılarının möhkəmlənməsində birgə tərəfdaşlığın verdiyi töhfələrə toxundu. Azərbaycanın dövlət başçısı ŞƏT-in aparıcı proqramlarından olan logistika infrastrukturlarının genişləndirilməsi və nəqliyyat coğrafiyalarında yeni əməkdaşlıq potensialının artırılması istiqamətində artan səyləri yüksək dəyərləndirərək ölkəmizin bu platformada təşəbbüskar roluna diqqət çəkdi.
Qeyd edildiyi kimi Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur qurur, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb. Həmin təşəbbüskarlığın nümunəsi kimi Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırılması nəzərdə tutulur. Bu infrastruktur quruculuğu və modernləşmə ŞƏT-in iqtisadi hədəf konseptlərindən biri olan “Bir kəmər, bir yol” təşəbbüsünün ən böyük coğrafi qovşağı sayılan Orta Dəhlizin daşınma qabiliyyətinin güclənməsinə xidmət edir. Belə ki, Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb.
Azərbaycanın ŞƏT çərçivəsində üzv ölkələrlə, ələlxüsus da Orta Asiya dövlətləri ilə Orta Dəhliz alyansında sıx bağlantısı da ŞƏT-ə inteqrasiyanın dərinləşməsi üçün əlverişli zəmin yaradır. Azərbaycanın genişşaxəli dəhlizlər formatı Pekinin də strateji maraqları ilə üst-üstə düşdüyündən bölgədəki kommunikasiyaların birləşməsinə, xüsusilə də Azərbaycanın Trans-Xəzər dəhlizindəki təşəbbüskarlığını dəstəkləyir.
Orta Dəhliz ortaq iqtisadi həmrəylik körpüsüdür
Orta Dəhlizin növbəti qovşağına çevrilməkdə olan Zəngəzur xətti isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək. Prezidentin bəyan etdiyi kimi yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.
Göründüyü kimi Azərbaycan Orta Dəhlizin Zəngəzur seqmentini qlobal rifah alyansı kimi görür, Şərq-Qərb dəhlizi ilə yanaşı, Şimal-Cənub marşrut xəttinə də xüsusi əhəmiyyət verir və bunu şərtləndirən əsas amil ölkəmizin ən sərfəli coğrafi kəsişmə nöqtəsində yerləşməsidir. Azərbaycan nəqliyyat kommunikasiyaların şaxələndirilməsinə önəm verərək Yeni İpək Yolunun Orta Dəhlizində və Şimal-Cənub xəttində orta mövqe tutmaqla bütün beynəlxalq nəqliyyat marşrutlarda iştirak edir. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində yer alan ölkələri vahid nəqliyyat habında və tranzit həmrəyliyində birləşdirməyə çalışır. Strateji baxımdan mühüm geosiyasi məkanda - Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşməsi Azərbaycanın bu transmilli niyyətlərini tam gerçəkləşdirməyə imkan verir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın geoiqtisadi maraqlarının təminatçısı olmaqla, beynəlxalq kommunikasiya qovşağında aktiv aktorluq qüdrətini də şərtləndirir. Gerçək geosiyasi-iqtisadi mənzərə ondan ibarətdir ki, Azərbaycan Avropa, Qara dəniz, Qafqaz, Xəzər və Mərkəzi Asiya regionları arasında iqtisadi, ticari, nəqliyyat və logistika əlaqələrinin əsas həlqəsidir. Habelə Çin və Avropa İttifaqı arasında ən qısa quru yolu üzərində qurulan multimodal komminikasiya və dəhlizlərin əlaqələndiricisidir.
Körfəz ölkələri də vahid nəqliyyat ailəsində birləşir
Çoxvektorlu nəqliyyat siyasəti Azərbaycanın qlobal platformalarda layiqli yerini möhkəmləndirməklə, bu coğrafiyalarda yer alan ölkələrin iqtisadi klubunda birləşdirməyə, əməkdaşlıq və rifahın yeni koordinatlarını müəyyən etməyə, yeni tərəfdaşları inteqrasiyaya cəlb etməyə hesablanıb. Bu baxımdan ŞƏT platforması çoxdəhlizli nəqliyyat alyanslarının müasir arxitekturası kimi qiymətləndirilə bilər.
Hətta Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələri də bu coğrafi haba cəlb etməyə çalışır. Baş nazirin müavini Şahin Mustafayev avqustun 26-da Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasında bildirib ki, Cənubi Qafqazda sülh və əməkdaşlığın möhkəmlənməsi və kommunikasiyaların açılması Körfəz ölkələri-Naxçıvan-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Qara Dəniz avtomobil marşrutunu meydana çıxarmaqla KƏŞ dövlətlərini Qara Dənizə bağlayan yeni marşrut olacaq. Bu o deməkdir ki, Körfəz ölkələri də həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin imkanlarından istifadə edəcəklər.
Beləliklə, Azərbaycan Orta Dəhliz-Zəngəzur blokunun koordinasiyalı inkişafı sayəsində İslam, Türk və Qərb dünyasını inteqrasiyada birləşdirən körpü funksiyasını tamamlamaqdadır.
Sözsüz ki, rəsmi Bakı qlobal və regional təşkilatlara hansısa siyasi maraqlar bucağından yox, iqtisadi mənafe və bərabərhüquqlu təmsilçiliyə əsaslanan tərəfdaşlıq, qarşılıqlı etimad və anlaşma şəraitində inteqrasiyanı dərinləşdirən formatlar rakursundan yanaşır. Respublikamız indiyə qədər üzv olduğu və yaxud tərəfdaş kimi cəlb edildiyi bütün institutlarda yalnız səmərəverici və faydalı əməkdaşlıq töhfələri ilə yadda qalıb, Avropa və Asiya ölkələrinə, Qoşulmama Hərəkatına üzv dövlətlərinə enerji və qeyri-enerji ixraclarında birinci prinsip kimi iqtisadi həmrəyliyi əsas götürüb, münasibətlərində heç bir zaman siyasi motiv olmayıb. Buna görə də, sülh və rifaha xidmət edən bütün platformalara açıq ölkə kimi Azərbaycan nümunəvi iqtisadi davranışı ilə hörmət və etibar qazanıb. Bu baxımdan Azərbaycanın ŞƏT-lə əməkdaşlığı balanslı xarici siyasətin mühüm tərkib hissəsi olmaqla, enerji, nəqliyyat, təhlükəsizlik və rifah quruculuqlarında çoxtərəfli əməkdaşlıq institutlaşmasını təmin edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

