Türkiyə Naxçıvanda iqtisadi imkanlarını gücləndirir
05.12.2025 [11:45]
2-ci Azərbaycan-Türkiyə Regional İqtisadi Forumunda yeni hədəflər müəyyənləşdirilib
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Türkiyə Palatalar və Birjalar Birliyi, Qars Ticarət və Sənaye Palatası, “Cahan Holding” və “Marsol Group”un dəstəyi ilə Naxçıvanda 2-ci Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu keçirilib. Muxtar Respublikanın, Türkiyənin Qars, İğdır, Ərdahan və Ərzurum vilayətlərinin dövlət və özəl sektor nümayəndələrinin iştirak etdiyi forumda birgə əməkdaşlığın mövcud vəziyyəti və qarşıda duran yeni hədəflər barədə faydalı müzakirələr aparılıb.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib ki, tədbirin keçirilməsinin məqsədi Azərbaycan və Türkiyə regionları arasında işgüzar əlaqələrin inkişaf etdirilməsi, bu sahədə mövcud potensialın və biznes əməkdaşlığı üçün imkanların səfərbər olunması, eləcə də Naxçıvan Muxtar Respublikasının biznes və investisiya potensialının artırılmasında türk iş adamlarının rolunun gücləndirilməsi, bölgələrarası ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsidir.
Zəngəzur dəhlizinin açılması bölgədə yeni körpü yaradacaq
C.Cəlilov bildirib ki, Prezident İlham Əliyev Naxçıvana xüsusi diqqət ayırır. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” icra olunur. Növbəti ildən başlayaraq Azad İqtisadi Zona elan edilən Muxtar Respublikada sahibkarlar 10 il müddətinə gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən, eləcə də gömrük rüsumlarından azad ediləcək. Bu islahatlar yerli iş adamları ilə yanaşı, türkiyəli investorlar üçün də mühüm əhəmiyyət kəsb edir və onlar da bu, əlverişli biznes mühitindən yararlana biləcəklər.
Eyni zamanda, regionun logistika qapılarından biri olan Naxçıvanın yeni nəqliyyat şəbəkələrinə bağlanması istiqamətində qətiyyətli addımlar atılır, bölgədə sülh prosesinin başlanması və Zəngəzur dəhlizinin reallaşması istiqamətində gerçəkləşən qərarlar Naxçıvanı mühüm logistika qovşağı kimi bu nəqliyyat habına birləşdirəcək. Muxtar respublika Türk dünyasının və regionun mühüm coğrafi mərkəzlərindən birinə, ticarət, logistika və turizm mərkəzinə çevriləcək. Bu iqtisadi əməkdaşlıq və rifah dividentlərindən isə ən çox faydalananlardan biri qardaş Türkiyə olacaq.
Türkiyə muxtar respublikanın xarici ticarət dövriyyəsində ilk yerdədir
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev bildirib ki, Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu platforması iki ölkənin iş adamları arasında sərhədyanı ticarətin, investisiya qoyuluşu və biznes əməkdaşlığının təşviqi və daha da inkişaf etdirilməsi məqsədilə yaradılıb. İlk forum 2025-ci ilin iyun ayında Türkiyənin Qars şəhərində keçirilib. Növbəti forumun təşkili qarşılıqlı ticarət və iqtisadi əlaqələrin daha dərindən inkişafı baxımından yeni fürsətlər açacaq.
K.Hüseynəliyev vurğulayıb ki, Türkiyə ilə Naxçıvan arasında ticari dövriyyənin dinamikası son illərdə artmaqdadır. Bu dinamika 2025-ci ilin 10 ayı ərzində də davam edib və qarşılıqlı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq 47,8 milyon dollar təşkil edib. Bu dövrdə muxtar respublikadan Türkiyəyə ixracın həcmi 24,8 faiz artıb. Naxçıvandan Türkiyəyə mineral sular, tütün məmulatları, günəbaxan tumu, meyvə qurusu, plastik və travertin daş məhsullarının ixracı həyata keçirilib, Türkiyədən Naxçıvana isə ərzaq və kənd təsərrüfatı məhsulları, məişət-elektrik əşyaları, mebel, tekstil məhsulları, müxtəlif texnikalar göndərilib. Hazırda Türkiyə Naxçıvanın xarici ticarət dövriyyəsində ilk yeri tutaraq 46,5 faizlik paya malikdir. Eyni zamanda, Naxçıvanda fəaliyyət göstərən xarici kapitallı şirkətlərin böyük hissəsini də türk şirkətləri təşkil edir.
KOBİA biznes missiyaları təşkil etmək niyyətindədir
ASK-ın vitse-prezidenti, Azərbaycan-Türkiyə Ticarət və Sənaye Palatasının həmsədri Vüqar Abbasov bildirib ki, ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin və strateji tərəfdaşlığın inkişafı Naxçıvanla Türkiyənin bölgələrinin birgə iqtisadi bağlantılarının artmasına da xüsusi töhfələr verir. Tərəflər arasında əməkdaşlıq, biznes və investisiya qoyuluşu üçün imkanlar ildən-ilə genişlənir.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Naxçıvan və Türkiyənin biznes sektoru arasında logistika, sərhədyanı ticarət, investisiya və KOB-ların dəstəklənməsi istiqamətində atılan qarşılıqlı addımlar bölgədə iqtisadi dinamikanın güclənməsinə və yeni tərəfdaşlıq imkanlarının yaranmasına töhfə verir. Xüsusilə də Naxçıvanın regional əməkdaşlıq baxımından yaratdığı imkanlar biznes dairələri üçün böyük perspektivlər açır. Həmçinin ticarət, xüsusilə sərhədyanı ticarət, sənaye, turizm, nəqliyyat-logistika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün mövcud olan geniş potensialın səfərbər edilməsi biznesin bu imkanlardan daha səmərəli istifadəsini təşviq edir. Qarşılıqlı təmasların möhkəmlənməsində mühüm rol oyanayan KOBİA Türkiyədə fəaliyyət göstərən müvafiq qurumlarla əməkdaşlığı daha da artırmaqla, Naxçıvanda biznes missiyalarının reallaşdırılmasına töhfə vermək niyyətindədir.
Ticarət və gömrük güzəştlərinin tətbiqi nəzərdə tutulur
Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya isə vurğulayıb ki, bu cür forumların keçirilməsi ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına, eləcə də Naxçıvanla ortaq layihələrin icrası regionun davamlı iqtisadi rifahına mühüm töhfə verəcək. Türkiyənin yaxın bölgələrinin Naxçıvanla ticarət əlaqələrinin ən üst səviyyəyə çıxmasında maraqlı olduqlarını bildirən A.Kaya Zəngəzur dəhlizinin reallaşmasının Naxçıvanla yanaşı, Türkiyənin İğdır, Qars, Ağrı və Ərdahan vilayətlərinin də inkişafında əsaslı rol oynayacağını diqqətə çatdırıb, qarşılıqlı işbirliklərinin fayda verəcəyini vurğulayıb.
Forumda tərəflər sərhədyanı ticarət və gömrük güzəştlərinin tətbiqi istiqamətlərində perspektiv imkanları dəyərləndirərək ticarət disbalansının aradan qaldırılması, sərhədkeçmə prosedurlarının daha da asanlaşdırılması və digər məsələlər barədə təkliflərlə çıxış edib. Türk iş adamları səfər çərçivəsində Naxçıvanda fəaliyyət göstərən bir sıra müəssisələrin fəaliyyəti ilə də tanış olublar.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22

