Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı
14.01.2026 [11:33]
İtaliya ilə ölkəmiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
Azərbaycan İtaliya ilə yaxın tarixi dostluq əlaqələrinə malikdir. Rəsmi Roma sadiq və prinsipial dövlət kimi beynəlxalq tribunalardan həmişə Azərbaycanın haqlı mövqeyini, yürütdüyü qətiyyətli siyasəti daim dəstəkləyərək ədalətli dövlət prinsipiallığını ifadə edib. Avropa İttifaqı, Avropa Şurası, AŞPA, ATƏT kimi təşkilatlarla əlaqələrin genişləndirilməsində maraqlı olan Azərbaycan üçün İtaliya ilə münasibətlərin dərinləşməsi Avropaya inteqrasiya baxımından mühüm əhəmiyyət kəsb edib. Eyni zamanda, regionda lider dövlət olan Azərbaycanla əməkdaşlıq rəsmi Romanın regionun iqtisadi həyatında aktiv yer alması üçün də şərait yaradır. İki ölkə arasında Çoxtərəfli Strateji Əməkdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması əlaqələrin coğrafiyasını artırmaqla və şaxələndirməklə Roma ilə Bakı arasında olan iqtisadi körpünü daha da möhkəmləndirib. Bunun nəticəsidir ki, Azərbaycan Qafqazda İtaliyanın ən yaxın strateji tərəfdaşına çevrilib.
Neft Fondunun 3 milyard dollara yaxın investisiyası
Bakıda keçirilən Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclasında çıxış edən komissiyanın Azərbaycan tərəfindən həmsədri, energetika naziri Pərviz Şahbazov bildirib ki, hər iki ölkənin dövlət başçılarının və hökumət üzvlərinin qarşılıqlı səfərləri və imzalanan mühüm sazişlər ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Tərəflər arasında iqtisadi-ticari əməkdaşlığın dinamikası dayanmadan hər il artım nümayiş etdirib və iqtisadi münasibətlərin keyfiyyəti və strukturu genişlənib, İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşına çevrilib. 2025-ci ilin yanvar-noyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 11,3 milyard dollar təşkil edib ki, Azərbaycanın toplam ticarət dövriyyəsinin 25 faizi bu dövlətin payına düşür. Azərbaycanın ixracının isə 46,7 faizi İtaliyada cəmləşir. Eləcə də hər iki tərəf fəal investisiya mübadilələri qurub. İndiyədək Azərbaycan İtaliyaya 342 milyon dollar, qarşı tərəf isə ölkəmizə 805 milyon dollar məbləğində investisiya yatırıb.
Hazırda Azərbaycan Dövlət Neft Fondunun İtaliyadakı investisiya portfelinin bazar dəyəri 2,8 milyard dollar təşkil edir. Bu göstəricilərin artımını təmin etmək üçün sərmayələrin təşviqi və qarşılıqlı qorunmasına dair sazişin imzalanması qarşıda duran zəruri məsələlərdən biri hesab edilir.
Neft ixracında birinci, qaz nəqlində ikinci
İtaliya ilə Azərbaycan arasında iqtisadi sahədə əlaqələrin ən mühüm sahələrindən biridə enerji əməkdaşlığıdır. Azərbaycan ötən il təkcə SOCAR vasitəsilə 10 milyon 340 min ton neft və ümumilikdə 9,5 milyard kubmetr qaz tədarük etməklə İtaliyanın xam neft üzrə əsas, təbii qaz üzrə isə ikinci ən böyük təchizatçısı mövqeyini qorub saxlayıb. Bu yaxın tərəfdaşlıq modeli eyni zamanda, Cənub Qaz Dəhlizi üzrə genişşaxəli əməkdaşlıq alyansını gücləndirir, Avropa regionunda nümunəvi neft və qaz təchizatı zəncirini qurmaqdadır. Həmin əməkdaşlığın mühüm töhfəsi kimi Trans-Adriatik Boru Kəmərinin (TAP) əhəmiyyəti xüsusi önəm daşımaqdadır. TAP kəməri ilə 5 il ərzində Avropaya 54,3 milyard kubmetr qaz nəql olunub ki, bu da Azərbaycanın Pan-Avropa ailəsində mövqeyinin güclənməsinə səbəb olub. Bu enerji ailəsində ilk yerdə dayanan İtaliya Avropada Azərbaycanın neft və qazının ən böyük alıcısı olub, ümumi neft ixracının təxminən 45 faizi, qaz ixracının isə 38 faizi bu ölkəyə yönəlib.
“Eni” və SOCAR-ın təmiz enerji planları
“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının “Eni S.P.A” şirkəti arasında enerji keçidi və istixana qazlarının azaldılması sahəsində Anlaşma Memorandumu” isə təmiz enerjiyə keçid və ekoloji səmərəliliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İtaliya Avropada təmin enerjiyə keçid üzrə ən iddialı ölkələrdən biri kimi qətiyyətli layihələr icra edir və öz təcrübəsini yaxın tərəfdaşları ilə bölüşür. Tərəflər Azərbaycanda ənənəvi enerjidən günəş və külək, su elektrik stansiyalarının istifadəyə verilməsində və qazla işləyən stansiyaların yeni enerjiyə keçidində yeni modulları tətbiq edəcək. Nəticədə “Eni” şirkətinin SOCAR-la bu istiqamətdə əməkdaşlığı isə ölkəmiz 2030-cu ilə qədər istixana qazlarının səviyyəsinin 35 faizə qədər azaldılması öhdəliyinin icrasında mühüm bir vasitə rolunu oynayacaq.
P.Şahbazov vurğulayıb ki, Azərbaycanla Mərkəzi Asiya, Türkiyə və Avropa arasında regional “yaşıl enerji” dəhlizi təşəbbüsləri Azərbaycan-İtaliya əlaqələri üçün də yeni perspektivlər açır. “İtaliyanın “CESI” şirkəti “Xəzər-Qara dəniz-Avropa və Mərkəzi Asiya-Azərbaycan yaşıl enerji dəhliz”i layihəsinin texniki-iqtisadi əsaslandırmalarının hazırlanmasında məsləhətçi kimi ölkəmizin yaxın tərəfdaşıdır.
İtalyan şirkətləri azad ərazilərdə layihələr icra edir
İtaliya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində bərpaolunan enerji ilə bağlı həyata keçirilən layihələrə də böyük maraq göstərir. İtalyan investorları Qarabağ və Şərqi Zəngəzura 10 min meqavatdan çox günəş və külək enerjisi potensialı yüksək alternativ mənbə hesab edir, “yaşıl enerji zonası” elan edilmiş bu ərazilərdə müştərək müəssisələr yaratmaq niyyətindədir. Bu bölgədə təmin edilmiş əlverişli sərmayə mühiti, eləcə də tətbiq olunan vergi-gömrük güzəştləri və iqtisadi stimullar onlarda motivasiyanı artırır. Artıq bir neçə italyan şirkəti bu ərazilərdə layihələrin icrasına başlayıb. Məsələn, “Ansaldo Energia” şirkəti azad edilmiş ərazilərdə yarımstansiyaların qurulmasında və enerji infrastrukturunun bərpasında yaxından iştirak edir. Bu, Azərbaycanın “yaşıl enerji” keçidi üzrə ortamüddətli strateji proqramlarında İtaliya ilə əməkdaşlığın yeni müstəviyə çatmasını təmin edəcək, ənənəvi enerji resurslarının təchizatı ilə yanaşı, gələcəyin gündəliyi olan “yaşıl enerji”nin investisiya platformasının yaradılmasına töhfə verəcək.
Orta Dəhlizdə ölkəmizin yaxın müttəfiqi
Qafqazın ən mühüm geostrateji nöqtəsində, Şimal və Cənub, Qərb və Şərq dəhlizlərinin qovuşuğunda yerləşən Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Cənub Qaz Dəhlizinin ən axıcı qollarından biri olan Trans-Adriatik (TAP) qaz boru kəmərində də İtaliya təchizatçı kimi yer almaqdadır. Hazırda iki ölkə enerji-nəqliyat dəhli?lərində yeni gündəliyə uyğun olaraq tərəfdaşlıq imkanlarını daha da artırmaqda qərarlıdır.
Əməkdaşlığın gündəliyi olduqca genişdir, tərəflər birgə mübadilələri, sərmayə təşviqlərini və müştərək müəssisələrin sayını artırmaq niyyətindədir. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. İki il əvvəl “Ansaldo Energia” ilə “AzərEnerji” arasında imzalanan və dəyəri 160 milyon avro olan müqavilə çərçivəsində İtaliya şirkətinin Azərbaycandakı yeni elektrik stansiyasını 4 qaz turbini ilə təchizatı nəzərdə tutulub. İtaliyanın qabaqcıl texnologiyaları və Azərbaycanın əlverişli biznes mühiti bu sahələrdə də birgə uğurlara imza atmağa imkan verir. Hərbi-texniki sahələr üzrə də əlaqələr inkişaf edir, İtaliyanın “Leonardo” şirkətinin Azərbaycan Silahlı Qüvvələrinin hərbi-texniki modernləşdirilməsi proqramı çərçivəsində Azərbaycana “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi tədarük edib.
Qeyd edək ki, Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclasının yekunlarına dair Protokol imzalanıb. Həmin sənəd və iclasda əldə edilən yeni razılaşmalar biznes ictimaiyyəti və investorlar üçün konkret layihələrdə praktiki fəaliyyəti təşviq etməklə, yeni layihələrin icrası baxımından mühüm əhəmiyyət kəsb edir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

