“Elektron hökumət”: perspektiv gələcəyin təminatı
28.03.2014 [08:58]
Bu gün dünyada uğurlu siyasi və iqtisadi inkişafa, çoxəsrlik zəngin tarixi ənənəyə, müxtəlif xalqların ümumi yaşayışının təhlükəsiz təminatının tolerant mühitinə malik olan Azərbaycan üçün müasir texnologiyalardan istifadə aktualdır. Respublikamızda reallaşan məqsədyönlü inkişaf modeli neft amilindən asılılığın ləğvinə, alternativ mənbələrdən istifadəyə yönlənmişdir. Bu strateji xəttin əsas qolunu İKT sektorunun sürətli inkişafı, neft gəlirlərinin İKT gəlirləri ilə əvəzlənməsi təşkil edir. Qeyri-neft kapitalının dinamik inkişafına istiqamətlənmiş praqmatik siyasət yeni inkişaf strategiyasının təməlində dayanır. Artıq bu istiqamətdə çevik addımlar atılmış, mərhələlər üzrə nəticəvi işlər görülmüşdür. Son illər Azərbaycan Respublikasında informasiya kommunikasiya texnologiyalarının inkişafı, mövcud potensialdan maksimum şəkildə istifadə olunması və respublikanın informasiya potensialının beynəlxalq aləmdə tanınması, eyni zamanda, dünyanın inkişaf etmiş dövlətlərinin təcrübəsini ehtiva edən ardıcıl, məqsədyönlü, strateji “elektron inkişaf modeli” həyata keçirilməkdədir. Bu öhdəliklər isə informasiya-kommunikasiya texnologiyaları sahəsində dövlət siyasətini həyata keçirən Rabitə və Yüksək Texnologiyalar Nazirliyində təcəssüm olunmuşdur. Yeni texnologiyaların tətbiqi və inkişafı çərçivəsində qəbul edilən çoxsaylı hüquqi-normativ aktlar məhz ölkənin elektron imkanlarından səmərəli şəkildə yararlanması məqsədini daşıyır. Hazırda dünyada “Elektron hökumət haqqında” qanunun qəbul edildiyi çox az ölkə (təqribən 7 ölkə) var ki, Azərbaycan bu siyahıda sadalanan ölkələrdən olan Avstriyanın təcrübəsinin yaxından öyrənilməsində maraqlıdır.
Azərbaycan MDB məkanında “Elektron hökumət” layihəsi üzərində işlərin aparıldığı 4-cü ölkədir. “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanmış “Elektron hökumət” layihəsi “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə Azərbaycan cəmiyyəti üçün nisbətən yeni və fərqli formatlı olsa da, cəmiyyətin qəbulu və uyğunlaşması baxımından arzuolunan nəticələri doğrultmaqdadır.
“Elektron hökumət”in formalaşması, ictimai şüurda mənimsənilməsi üçün əvvəlcə layihənin töhfələri, yenilikləri, sosial-iqtisadi üstünlüklərinin qiymətləndirilməsi və ötürülməsi zəruridir. Sosiumu təşkil edən hər bir vətəndaş layihədən xəbərdar olmalı, elektron xidmətdən istifadəyə biganə yanaşmamalıdır. Nəzərə almaq lazımdır ki, layihənin əsas məqsədi vətəndaş aktivliyinin artırılmasına, vətəndaş problemlərinin səmərəli həllinə, dövlət qurumları ilə cəmiyyət arasında münasibətlərin mütənasibliyinə, şəffaflığına nail olunmasına istiqamətlənmişdir. Yəni elektron xidmət idarəetmənin operativliyinə, çevikliyinə və düzgünlüyünə təminat yaratmaqla, vətəndaş-dövlət təmasının genişlənməsinə imkan verir.
“Elektron hökumət”in fəaliyyət prioritetlərini bir-biri ilə qarşılıqlı əlaqədə olan, informasiyadan düzgün istifadə etmə mümkünlüyünü ehtiva edən “e-demokratik özək” şəklində xarakterizə etmək mümkündür. Bu deyilənləri sxematik şəkildə: “qanunverici zərurət milli maraqlar informasiya obyektivliyi” kimi ifadə etmək olar.
“Elektron hökumət” dövlətin korrupsiyaya qarşı mübarizə üsulunun təsiredici faktoru rolunda çıxış edə bilər. Belə ki, bu qurum dövlət orqanları ilə vətəndaşlar arasında səmimi təmas yaratmaqla dövlətin adından sui-istifadə hallarını, vətəndaş hüquqlarının pozulmasını mümkünsüz edir. Korrupsiyaya qarşı mübarizəni dövlətin həyati məqsədlərindən birinə çevirən Azərbaycan Respublikası “Elektron hökumət”in bu üstünlüyündən istifadə etmək niyyətinindədir.
Müasir dövrün aparıcı amili qismində çıxış edən “Elektron-hökumət”in reallaşması bir sıra aspektdən gətirdiyi üstünlükləri və səmərəliliyi ilə mühüm əhəmiyyət kəsb edəcək.
20 illik tarixi əhatə edən qısa dövri təcrübəsinə baxmayaraq, artıq İKT sahəsində nüfuz sahibi olan ölkələr sırasında seçilən, milli peykə malik azsaylı dövlətlər içərisində vurğulanan Azərbaycan Respublikası üçün “E-hökumət” layihəsi perspektiv gələcəyin qarantı rolunda çıxış edir. Respublikamızın ilk peykinin orbitə çıxarılması, iqtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafı, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, o cümlədən Azərbaycanın regional və beynəlxalq nüfuzunun genişləndirilməsi, ölkəmizin İKT üzrə regional mərkəzə çevrilməsini təmin etmiş oldu. Peyk sənayesi innovativ və texnoloji cəhətdən inkişaf etmiş və dünya üzrə ən gəlirli sənaye sahələrindən biri hesab edilir. Təsadüfi deyil ki, 2015-ci ildə Azərbaycanın ikinci peykinin orbitə yerləşdirilməsi planlaşdırılır. Bu isə ölkə iqtisadiyyatının telekommunikasiya xidmətlərinə olan ehtiyacının ödənilməsinin təmin edilməsi və telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsi, iqtisadi səmərəlilik baxımından əhəmiyyətli rol oynayacaq. Təbii ki, bu amil ölkədə informasion cəmiyyət quruculuğu istiqamətində həyata keçirilən proseslərə daha sürətli şəkildə təkan verməklə, elektron hökumət quruculuğunun bazisi rolunda çıxış edir.
“Elektron hökumət”in səmərəli təşkili, mahiyyət və məzmununun açıqlığı və aydınlığı, vətəndaşların elektron rejimə adaptasiyası və dövlətin ayrılmaz bir qoluna çevrilməsi elektron-demokratiyanın mövcudluğuna gətirib çıxaracaq.
Azərbaycan hazırda şüurlara mühüm təsir göstərən qlobal transsərhəd informasiya-telekommunikasiya şəbəkəsinin formalaşması dövrünü - informasiya cəmiyyətinin yaranması mərhələsini yaşayır. Buna baxmayaraq, Azərbaycan yeni informasiya məkanında öz mövqeyini möhkəmləndirmiş, informasiya əməkdaşlığının üzvünə çevrilmişdir.
Nailə MƏmmƏdova,
“Azerbaijan Realities” layihə
qrupunun üzvü
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
YAP xəbərləri
26 Oktyabr 12:35
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
YAP xəbərləri
26 Oktyabr 10:34
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
YAP xəbərləri
26 Oktyabr 00:33
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55

