Mərkəzi Bankdan yeni inflyasiya proqnozları
21.10.2026 [10:49]
Qiymət indeksi bu il 6,1 faiz,
2027-ci ildə isə 5,8 faiz təşkil edəcək
Mərkəzi Bank (MB) ölkəmizdə qiymət sabitliyi ilə bağlı yenilənmiş ehtimallarını açıqlayıb. Baza proqnozlarımıza əsasən, inflyasiya 2026-cı ilin sonuna 6,1 faiz, 2027-ci ilin sonuna isə 5,8 faiz təşkil edəcək. MB sədri Taleh Kazımov bildirib ki, inflyasiya ortamüddətli dövrdə hədəf diapazonu daxilində gözlənilsə də, təklif amilləri ilə bağlı inflyasiyanın artması riskləri mövcuddur. Belə ki, müxtəlif bölgələrdə davam edən geosiyasi gərginliklər fonunda artan bir sıra xarici bazar amilləri, ətraf regionlarda və Azərbaycanın sıx ticari mübadilələr həyata keçirdiyi ölkələrdə qiymət dalğalanmalarının artması inflyasiya təzyiqlərini yüksəldə bilər.
Baş verən qlobal təsirlərə baxmayaraq, Mərkəzi Bank prioritet hədəfinə uyğun olaraq, məzənnə sabitliyini əsas nominal lövbər kimi qorumaqla faiz dərəcələrinin ötürücülüyünü gücləndirmək və dərinləşdirmək, eyni zamanda, daxili inflyasiya baxımından banklararası faiz dərəcələrini əlavələr kimi istifadə etmək niyyətindədir. Belə ki, daxili bazar mühitində inflyasiya amilləri tam neytallaşmış vəziyyərdə qalmaqdadır. Bu istiqamətdə mühüm faktorlardan biri kimi banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR bir ildən artıqdır ki, ikinci dərəcəli əməliyyat hədəfi rolunu oynayır. AZIR ilə uçot dərəcəsi arasındakı fərq azalıb. Ötən il Avropa Yenidənqurma və İnkişaf Bankının birbaşa AZIR-ə istinad edilən dəyişən faizli istiqrazlar buraxması bu göstəricinin etibarlılığına verilən daha güclü dəstək verir. Nəticədə qiymət sabitliyinin qorunması dayanıqlılığını gücləndirir.
T.Kazımov 3 əsas prioriteti diqqətə çatdırıb. Bunlar faiz dərəcələrinin bazar faizlərinə ötürücülüyünü gücləndirmək, AZIR-ə istinad edən maliyyə alətlərinin çeşidinin genişləndirilməsi, o cümlədən gəlirlilik əyrisinin formalaşdırılması vasitəsilə kapital və pul bazarlarını dərinləşdirmək, habelə məlumat analitikası və süni intellektdən istifadə etməklə proqnozlaşdırma imkanlarını təkmilləşdirmək kimi hədəf istiqamətləridir.
Strateji hədəf birrəqəmli inflyasiya dəhlizinin qorunub saxlanmasıdır
Ümumilikdə, Mərkəzi Bank baza ssenarisi üzrə qiymət indeksinin 2026-cı və növbəti illərdə birrəqəmli həddə qorunub saxlanmasını təmin edəcəyinə əmindir. Xatırladaq ki, 2026-cı ilin ötən 9 ayı ərzində inflyasiya 5,7 faiz təşkil edib. Hökumət MB ilə birgə koordinasiyalı fəaliyyət çərçivəsində potensial riskləri nəzərə alaraq cari ildə və ortamüddətli dövrdə büdcə xərclərinin və kredit qoyuluşlarının inflyasiyaya təsirləri xüsusi diqqətdə saxlamağı düşünür. Nazirlər Kabinetinin 15 iyul 2023-cü il tarixli sərəncamından irəli gələn tələbləri qarşıdakı illərdə əsas yol xəritəsi kimi digər iqtisadi qurumlar tərəfindən diqqətdə saxlanılacaq. Ələlxüsus da monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində görülmüş səmərəverici tədbirlər yenə də əsas çağırış kimi iqtisadi blokun masasında qalacaq, MB öz mandatına uyğun olaraq zəruri nəzarət alətlərini davam etdirəcək.
BVF illik inflyasiyanı 5-6 faiz proqnozlaşdırır
Yeri gəlmişkən, bu günlərdə Beynəlxalq Valyuta Fondu (BVF) da Azərbaycanla bağlı yenilənmiş inflyasiya proqnzolarını təqdim edib. Fond cari ildə və 2027-ci ildə inflyasiyanın 5-6 faiz intervalında olacağını fərz edir. İnflyasiya üzrə artım istiqamətində dəyişikliklər əsasən xarici mənşəli xərc amillərinin fəallaşmasından yarana bilər. Bu amillərə qlobal ərzaq qiymətlərinin artım tempinin yüksəlməsi, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin aktivləşməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin səngiməsi aiddir. Belə ki, cari ilin ikinci rübündə artan geosiyasi gərginlik inflyasiyanın risklər balansında xarici amillərin rolunu yüksəldib. Yaxın Şərqdə baş verən münaqişə təchizat zəncirlərində maneələr yaratmaqla nəqliyyat və sığorta xərclərinin yüksəlməsinə, eyni zamanda, qlobal enerji bazarlarında artan istiqamətdə qiymət dəyişkənliyinin güclənməsinə səbəb olub. İlin qalan dövründə bu proseslərin davam etməsi ticarət tərəfdaşlarında inflyasiyanın dinamikasını müəyyən edən əsas amil olacaq. Ümumilikdə, proqnozlara görə, inflyasiyanın əhəmiyyətli hissəsinin təklif amilləri hesabına formalaşacağı gözlənilir.
BVF ilə yanaşı, digər beynəlxalq maliyyə institutları tərəfindən də cari il üzrə inflyasiya proqnozları dəyişdirilib. Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, “Standart & Poor’s” növbəti yarımillikdə idxal inflyasiyasının ticarət tərəfdaşlarındakı inflyasiya ilə yanaşı, Mərkəzi Bankın yürüdəcəyi nominal effektiv məzənnənin dinamikasından da asılı olacağını yəqin edir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45

