YAP Laçın rayon təşkilatı müşavirə keçirib
21.10.2026 [12:44]
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsi məqsədilə YAP Laçın rayon təşkilatı laçınlıların kompakt məskunlaşdığı Tərtər şəhərində müşavirə keçirib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirəni giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədr müavini Şamo Qasımov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultaydakı nitqinin ölkəmizin keçdiyi inkişaf yolunun, əldə olunan tarixi nailiyyətlərin və qarşıda duran strateji vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Qeyd olunub ki, Azərbaycanın qazandığı uğurların əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, siyasi sabitlik, iqtisadi inkişaf, güclü ordu və xalq-iqtidar birliyi dayanır. Bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra qarşıda duran əsas vəzifələr əldə edilmiş tarixi nailiyyətlərin qorunması, dövlətimizin təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, milli həmrəyliyin gücləndirilməsi və davamlı inkişafın təmin edilməsidir.
Sonra Laçın rayonu Çaylı kənd tam orta ümumtəhsil məktəbinin müəllimləri Köçəri Şahvələdov və Ləman Əlizadə, Laçın rayonu Nərmaniya ümumi orta ümumtəhsil məktəbinin müəllimi Aynur Quluyeva, eləcə də rayon sakini Yaşar Həsənov çıxış ediblər.
Çıxışlarda YAP-ın VIII Qurultayının Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilməsinin tarixi əhəmiyyəti vurğulanıb. Dövlət başçısının nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsində partiya üzvlərinin üzərinə düşən məsuliyyət diqqətə çatdırılıb. Həmçinin ideoloji işin müasir dövrün tələblərinə uyğun təşkili, sosial şəbəkələrdə fəallığın artırılması, dövlətçilik ənənələrinin və tarixi yaddaşın qorunması, gənclərlə işin gücləndirilməsi, şəhid ailələrinə və qazilərə diqqət və qayğının davam etdirilməsinin vacibliyi qeyd olunub.
Müşavirəyə yekun vuran YAP Laçın rayon təşkilatının sədr müavini Şamo Qasımov Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin, Böyük Qayıdış prosesinin tarixi əhəmiyyətindən bəhs edib.
Bildirib ki, Laçın rayonunun yenidən qurulması, doğma yurdlardan uzun illər ayrı düşmüş laçınlıların öz torpaqlarına qayıdışının təmin edilməsi dövlətimizin qarşıya qoyduğu mühüm vəzifələrdəndir. Laçın şəhərində və rayonun kəndlərində həyata keçirilən quruculuq işləri, müasir yaşayış məntəqələrinin salınması, yol-nəqliyyat, enerji, su və digər infrastrukturun yenilənməsi, təhsil, səhiyyə və sosial təyinatlı obyektlərin yaradılması bölgənin dayanıqlı inkişafına geniş imkanlar açır.
Şamo Qasımov diqqətə çatdırıb ki, Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışının 2023-cü il mayın 27-dən başlanması doğma yurda qayıdış arzusunun gerçəkləşməsinin mühüm təzahürüdür. Böyük Qayıdış yalnız insanların öz doğma yurdlarına qayıtması deyil, həm də həmin ərazilərdə həyatın yenidən canlandırılması, məşğulluq imkanlarının genişləndirilməsi, sosial rifahın yüksəldilməsi və gələcək nəsillər üçün müasir yaşayış şəraitinin yaradılması deməkdir.
Qeyd olunub ki, Laçında aparılan bərpa-quruculuq işləri rayonun iqtisadi potensialının reallaşdırılmasına, tarixi-mədəni irsinin qorunmasına və turizmin inkişafına da mühüm töhfə verir. Bu prosesdə laçınlıların fəal iştirakı, doğma yurda bağlılığının qorunması, gənc nəslin milli-mənəvi dəyərlər və dövlətçilik ruhunda tərbiyə olunması xüsusi əhəmiyyət daşıyır.
Sonda vurğulanıb ki, partiya üzvləri Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin həyata keçirilməsinə, milli həmrəyliyin möhkəmləndirilməsinə, Böyük Qayıdış prosesinin uğurla davam etdirilməsinə və dövlətçilik maraqlarının qorunmasına öz töhfələrini verməli, qarşıya qoyulan vəzifələrin icrasında fəallıq nümayiş etdirməlidirlər.
Müşavirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45

